Ağızdan nəfəsalma zərərli adətin əlamətidir?

Ağızdan nəfəsalma zərərli adətin əlamətidir?Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir.
Milli.Az axar.az-a istinadən bildirir ki, müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.
Adenoiditlər: Udlağın arxa divarında limfa toxumalarının böyüməsini (badamcıqlar) adinoiditlər adlandırırlar. Badamcıqlarının böyüməsi boğaz və burunun nəfəs yollarının xroniki soyuqdəyməsi ilə bağlıdır. Adenoiditlər havanın burundan keçməsinə, xüsusilə də yuxu zamanı, mane ola bilərlər. Bu uşaqda halsızlıq, dodaqların və ağız boşluğunun quruması, udlağın soyuqdəyməsi, daimi zökəm, yuxuda xoruldamaq, "tıntınlıq" kimi hallara gətirir və nəfəsalma çətinləşir. Uşaq həm də öskürək, orta qulağın xroniki soyuqdəyməsi, dadbilmə qabiliyyətinin pozulmasından da əziyyət çəkir. Ağızın daimi açıq olması səbəbindən üzdə ifadəsiz baxış əmələ gəlir.
Yardım: Uşağı qulaq-burun-boğaz həkiminə (həkim - otolarinoloq) göstərmək vacibdir. Adenoiditləri konservativ (dərman vasitəsi) və ya cərrahi üsulla müalicə edirlər.
Allergik zökəm: Ağızdan nəfəsalma burunun selikli qişasında əmələ gələn allergiyanın nəticəsi ola bilər. Mövsümi (fəsli) allergiyada (pollinos) antigen allergen bitkilərin tozudur. Digər hallarda allergiyaya süd, yumurta, balıq və digər ərzaq məhsullarının, dərman, bakteriya, parfümeriya antiqenləri səbəb olur. Simptomlara burunun və gözün selikli qişalarının qıcıqlanması, asqırmaq, burundan çoxlu seliyin axması və gözlərin yaşarması da daxildir.
Yardım: Birinci növbədə uşağı allerqen mənbəyindən təcrid etmək lazımdır. Qidada allergiyaya səbəb olan ərzaqları istifadə etməmək. Uşağı mümkün qədər allergiyanı əmələ gətirən bitkilər olmayan yerə aparmalıdır.
Burun çəpərinin inkişafı deffektləri: burun çəpərininnin gözəçarpacaq dərəcədə əyruliyi bir və ya iki tərəfli burunla nəfəsalma çətinləşir. Ağızdan nəfəsalmanın nəticəsində uşaq daima ağız boşluğunda quruluq hiss edir, tez - tez zökəm, baş ağrıları, burun qanaxması, qoxu hissiyatının pozulması (iybilmə) kimi vəziyyətlərdən əziyyət çəkir. Buruna toxunma belə ağrı verir.
Yardım: uşağın burun çəpərinin defektinin aradan götürülməsi üçün kosmetik əməliyyata ehtiyyacı var.
Burunda yad cisim: kiçik yaşlı uşaqların buruna düymə, tum, kürəcik və sairə kimi kiçik əşyaların sala bilməsi hallara rast gəlmək olur. Bu zaman ağızdan nəfəsalmadan əlavə burunun selikli qişasının qıcıqlanması nəticəsində çoxlu ifrazat axır. Burundan gələn ifrazat pis iyli və qanlı olur.
Yardım: birtərəfli burun keçəcəyindən yad cismin çıxarılması üçün həkim otolarinoloqun köməyi vavibdir. Bunu özünüz etməyə çalışmayın çünki, bu zaman yad cisimi daha da dərinliyə, nəfəs yollarına itələyə bilərsiniz.
Burunda urlar: selikli qişa üzərində xoş xassəli şişlərdir. Ağızdan nəfəsalmadan əlavə burundakı urlar, xroniki zökəm, asqırmaq, baş ağrıları, iybilmə qabiliyyətin pisləşməsi ilə özünü büruzə verir. Uşağın burnundan daima selik axır.
Yardım: urlar ancaq cərrahi yolla çıxarılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1366   Tarix: 16 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.  xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib. "Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalın

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

Ev konservi hazırlamaq istəyənlərə MƏSLƏHƏT

Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üçün evlərdə konservləşdirmə ənənəsi canlanır. Lakin məhsulların uzun müddət saxlanılması üçün görülən bu proses zamanı bəzi vacib qaydalara əməl edilməzsə

.

Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş

Alimlər deyir ki, beynimiz xəyal ilə gerçək görüntünü ayırmaq üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil. xəbər verir ki, ABŞ-də aparılan yeni bir araşdırmaya görə beynin bir hissəsindəki aktivlik səviyyəsi

.

Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər. xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhli

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Bu tərəvəzləri çiy yemək olmaz

Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifad

.

Sonsuzluğa səbəb nədir?

Son illər Azərbaycanda qadınlar arasında sonsuzluq halları artıb. Kimisi bunu qidalar, kimisi də fizioloji səbəblərlə bağlı olduğunu deyir. Həkim Pərvanə Mustafayeva -a deyib ki,son zamanlarda yalnız ölkəmizdə deyil, dünyad

.

Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür

Uzun müddətdir ki, tənhalıq sağlamlıq üçün ciddi təhlükə hesab edilsə və bəzi ekspertlər onun təsirini gündə 15 siqaret çəkməklə müqayisə etsələr də, beynəlxalq alimlər qrupunun yeni araşdırması tənhalığın ölüm hallarını

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin dunyasi hamiləlik qadin sayti agardici maskalar resepti cennet almasinin hazirlanmasi badımcan yeməyi ləkə üçün maskalar veten haqqinda atalar sozleri öpüşme gunay novruz hakışdaları oyunlar
OSZAR »