Alça yedikdən sonra bunlara diqqət edin

Alça yedikdən sonra bunlara diqqət edinYay aylarının sevilən meyvələrindən biri olan alça həm ləzzətli, həm də faydalıdır.
Lakin mütəxəssislər alça və digər turş meyvələrin istehlakından sonra diş sağlamlığını qorumaq üçün bəzi vacib tövsiyələr verirlər.
Dişlərinizi dərhal fırçalamayın
Milli.Az xəbər verir ki, xüsusilə turş və şəkərli qidalar, eləcə də qazlı içkilər qəbul etdikdən sonra dişləri dərhal fırçalamaq tövsiyə olunmur. Çünki bu qidalar və içkilər diş minasını zəiflədir və onu eroziyaya məruz qoyur.
Araşdırmalar göstərir ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edən şəxslərdə diş eroziyası riski digərlərlə müqayisədə 37 dəfə çoxdur. Həftədə bir dəfədən artıq alma sirkəsi və ya idman içkisi içənlər, gündəlik qazlı içki qəbul edənlər də yüksək risk qrupuna daxildir. Bu vərdişlər diş minasının zədələnmə ehtimalını 4-10 dəfə artırır.
Diş minasını necə qoruyaq?
Diş həkimləri məsləhət görür ki, turş və ya şəkərli məhsullar qəbul etdikdən sonra dişlərin dərhal fırçalanması əvəzinə, bir qədər gözləmək daha doğrudur. Bu cür qidalar diş minasını müvəqqəti olaraq yumşaldır və həmin an fırçalama minanın daha da zədələnməsinə səbəb ola bilər. Bu halda dişlər turşunun təsiri ilə daha çox aşınır və həssaslaşır.
Ən düzgün yanaşma - dişləri yeməkdən sonra 1-2 saat keçdikdən sonra fırçalamaqdır. Ən ideal vaxt isə gecə yatmazdan əvvəl dişləri təmizləməkdir.
Sadə, amma təsirli bir üsul
Alça və digər turş meyvələr yedikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. Ardınca bir stəkan adi su için. Bu, ağızdakı turşu miqdarını azaldaraq dişlərinizi qorumağa kömək edəcək.
Unutmayın, düzgün vərdişlərlə həm sağlam qidalardan zövq ala, həm də diş sağlamlığınızı qoruya bilərsiniz!
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 698   Tarix: 02 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar

Gizli şəkildə inkişaf edən, lakin gec aşkarlandıqda ciddi fəsadlara yol açan şəkərli diabet (xalq arasında "şəkər xəstəliyi" kimi tanınır) bu gün getdikcə daha çox insanın gündəminə çevrilir. xəbər verir ki, bəzə

.

Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir. qafqazinfo-ya istinadən xəbər verir ki,  bu bitkinin insan sağlamlığına çoxlu faydaları və töhfələri var. Jenşenin faydalarını təqdi

.

Yatmazdan əvvəl 1 stəkan için: xorultunuz kəsəcək

Xoruldamaq, insanın gecə yuxusunu pozan, hətta ətrafdakıları narahat edən ümumi yuxu problemidir. Bir çox insan müxtəlif müalicə üsullarını sınasa da, ən təsirli üsullardan biri ökseotu çayıdır. .  xarici mediaya istinadə

.

Gilası yeyəndən sonra atmayın - Saplağı çox faydalıdır

Yayın əsas meyvəsi sayılan gilas olduqca faydalıdır. . Ancaq yeyildikdən sonra atılan gilasın saplağı da faydalıdır. . xəbər verir ki, bu bitki B, C və D vitamini ilə zəngindir:. "Bu məhsuldan arıqlamaq istəyənlərd

.

Su pəhrizi nədir?

Artıq çəkidən əziyyət çəkənlər arıqlamaq üçün müxtəlif vasitələrə, yollara əl atır. . Kimisi idman edir, kimisi arıqladıcı həblərdən istifadə edir, başqa birisi isə dieta saxlayır. . Ancaq dieatalar da müxtəlif olur. So

.

Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə

Tədqiqatçılar bir məlumatı tanıdığımız və ya düzgün xatırladığımız anlarda gözbəbəklərimizin verdiyi reaksiyaları öyrəniblər. Əldə edilən nəticələr göstərir ki, yaddaş düşündüyümüzdən daha mürəkkəb işləyir. -a istinadən xəbə

.

İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - Alimlər

Uşaqların heyvanlarla, xüsusilə də itlərlə erkən təması atopik ekzemanın - dəriyə təsir edən xroniki iltihablı xəstəliyin yaranma ehtimalını azalda bilər. Bu nəticəyə Edinburq Universitetinin alimləri gəliblər. . -a istinadə

.

Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır

İngiltərənin aparıcı həmkarlar ittifaqlarından biri olan GMB bəzi peşə sahələrində çalışan şəxslərin sidik kisəsi xərçəngi riski ilə daha çox üzləşdiyini açıqlayıb. xəbər verir ki, həmkarlar ittifaqının son üç ildə xəstəliy

.

Bu vitamin xərçəngi 10 günə öldürür

Böyük Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayır. Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının demək olar ki, antitümör təsiri olduğunu müşahidə etmək mümkün olub. Sözü

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sade makiyaj sekilleri hamiləlik həkim məsləhəti sarımsaq mütləq bilməlisiniz ədəbiyyat testləri xolesterini azaldan qidalar dovsan burcler haqqinda qaynana hakista novruza aid hakisdalar novruza aid hakista
OSZAR »