Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR - Təhlükəli imiş

Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR - Təhlükəli imişDünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın insan sağlamlığına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr həm sinir, həm də tənəffüs sistemi üçün təhlükə yaradır.
Milli.Az xəbər verir ki, Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsasən, sintetik ətirlərdəki uçucu birləşmələri beyin funksiyalarını zəiflədir, yaddaş problemlərinə və konsentrasiya çətinliklərinə səbəb olur. 
Bu maddələr eyni zamanda xroniki yorğunluq və baş ağrılarına yol aça bilər.
Dünya Səhiyyə Təşkilatı və Kanada Sağlamlıq Təşkilatı qeyd edir ki, parfüm qoxuları bronxial qıcıqlanma, astma tutmaları və uzunmüddətli nəfəs alma problemlərinə səbəb ola bilər. Qapalı məkanlarda bu təsirlər daha da güclənir.
Bununla yanaşı, Avropa Kimyəvi Agentliyinin (ECHA) yaydığı məlumatda bəzi ətirlərdə istifadə olunan ftalat və sintetik musk kimi maddələrin insanın hormonal balansını poza biləcəyi qeyd olunub. Bu isə reproduktiv sağlamlığa mənfi təsir göstərir.
Xüsusilə uşaqlar və körpələr üçün bu risk daha yüksəkdir. Amerika Pediatriya Akademiyası bildirir ki, güclü qoxulu ətirlər uşaqlarda yuxusuzluq, narahatlıq və hətta nəfəs tutmaları kimi hallar törədə bilər.
Alimlər insanları bu maddələrə qarşı daha diqqətli olmağa çağırır və ətir istifadəsində təbii və dermatoloji cəhətdən test edilmiş məhsullara üstünlük verilməsini tövsiyə edirlər. Həmçinin uzunmüddətli qapalı qoxulu mühitlərdən uzaq durmaq və otaqları tez-tez havalandırmaq məsləhət görülür.
Tanınmış əttar və parfümeriya mütəxəssisi Türkan Alixanovanın sözlərinə görə, insanlar ətir seçərkən onun təbii tərkibli olmasına diqqət yetirməlidir:
"Ətir istifadə edərkən əsas məqsəd həm zövq almaq, həm də sağlamlıqdır. Lakin bazarda çoxlu sayda sintetik maddələrlə zəngin, bədənə və nəfəs yollarına zərər verən məhsullar mövcuddur. İnsanlar ətir seçərkən onun təbii tərkibli olmasına, allergik reaksiyalara səbəb olmamasına diqqət etməlidir. Xüsusilə çox ətir iyləmək, qoxu orqanlarını yormaqla yanaşı, bəzən ürəkbulanma, baş ağrısı və hətta yuxu pozuntularına səbəb ola bilər. Təbiilik və sadəlik ən yaxşı seçimdir. Hər zaman az, amma keyfiyyətli istifadə etmək məsləhətdir".
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 617   Tarix: 17 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər. xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhli

.

Sonsuzluğa səbəb nədir?

Son illər Azərbaycanda qadınlar arasında sonsuzluq halları artıb. Kimisi bunu qidalar, kimisi də fizioloji səbəblərlə bağlı olduğunu deyir. Həkim Pərvanə Mustafayeva -a deyib ki,son zamanlarda yalnız ölkəmizdə deyil, dünyad

.

Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür

Uzun müddətdir ki, tənhalıq sağlamlıq üçün ciddi təhlükə hesab edilsə və bəzi ekspertlər onun təsirini gündə 15 siqaret çəkməklə müqayisə etsələr də, beynəlxalq alimlər qrupunun yeni araşdırması tənhalığın ölüm hallarını

.

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı qorumaq və istilikdən yaranan narahatlıqların qarşısını alma

.

Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı

Doktor Sateş Qanatranın rəhbərlik etdiyi amerikalı tədqiqatçılar dəniz suyunda mikroplastiklərin konsentrasiyası ilə 2-ci tip diabet, koronar ürək xəstəliyi və insult kimi xroniki xəstəliklərin yayılması arasında mümkün əlaqən

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

Allergiyası olan uşağa antibiotik verilməməlidir

Körpə uşaqlarda ən çox müşahidə edilən hallardan biri də allergiyadır. xəbər verir ki, pediatr Mətanət Əliyevə -a deyib ki, uşaqlarda allergik reaksiyalar immunitet sisteminin bəzi maddələrə qarşı yüksək həssaslığı nəticəsind

.

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 faydası

Milyonlarla insan çayı sevir, xüsusilə azərbaycanlıar. Bəziləri hətta gündə dörd-beş fincan belə içir. Və əksəriyyəti bunu bilmir ki, çay yalnız ləzzətli deyil, həm də çox faydalıdır. -a istinadən xəbər verir ki, seçdiyini

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az həkim məsləhəti qaşların formalari sac duzumleri boyurtken kompotu kisiler yataqda xina hakista qerkules maskasi usaq seirleri dostluq haxisda bürcler novruz bayrami hakisda
OSZAR »