Baş ağrılarını həkimə getmədən sağaltmanın yolları

Baş ağrılarını həkimə getmədən sağaltmanın yollarıBugünkü hava şəraiti migrenə meyilli insanlar üçün çətinlik yarada bilər.
Milli.Az xəbər verir ki, xüsusilə meteohəssas şəxslər bu gün baş ağrılarından əziyyət çəkə bilərlər. Migren tutmaları həyat fəaliyyətin çətinləşdirə bilər.
Növlərinə görə fərqli şəkildə büruzə verən baş ağrıları bir neçə saat, hətta bir neçə gün davam edə bilir.
Baş ağrılarına qarşı həkimə getmədən sağaltmanın yolları:
1. Lavanda yağı:
İyləmək, diffuzora 2 damcı tökərək otağı havalandırmaq, kağız salfetin üzərinə damcılatmaqla istifadə edə bilərsiniz.
2. Nanə yağı:
Tıbbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.
3. Reyhan yağı:
Reyhan yağı əzələləri rahatladan vasitə olaraq təsirlidir. Baş ağrılarına və zəif əzələlərə də musbət təsir gostərir.
4. Kətan toxumu:
Kətan toxumu da omega 3 baxımından zəngin olması ilə baş ağrılarına yüngülləşdirici təsir göstərir.
5. Türk qəhvəsi və çay:
Qəhva və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə olunur.
Qəhvənin içərisindəki kafein baş ağrısını azalmağa qadirdir. Bir fıncan Türk qəhvəsi, yaxud çay içmək ağrının başlanğıcında çox təsirli ola bilir. Lakin qəhvəni həddindən artıq istifadə etməmək lazımdır.
6. Barmaqla akupunktur bölgələrə təsir göstərmək:
• Baş barmaqla işarət barmağı arasındakı sahəyə diğər əllə təzyiq göstərmək baş ağrısının dayanmasına səbəb ola bilir.
Qaşlar arasındakı nöqtədəki akupunktur bölgəyə təzyiq etmək stress və yorğunluqdan yaranan baş ağrılarını yüngülləşdirir.
• Burun və göz yuvası arasındakı nöqtə burun çəpərinin və göz yuvasının üzərində qaşlarınızın altında yerləşir. Stress və ya soyuqdan qaynaqlanan baş ağrılarından xilas olmaq üçün işarət barmaqları vasitəsilə o bölgəyə təzyiq göstərə bilərsiniz.
7. İsti duş:
Əğər baş ağrısı qrip, yaxud da sinusit ilə əlaqədardırsa duş zamanı ilıq hava burun yollarının açılmasına təsir göstərəcək.
8. Alın və gicgahlara buz qoymaq:
Alın və gicgah bölgəsinə yaş dəsmal qoymaq və ya buz torbası ilə soyuq kompres qoymaq rahatlamağa səbəb olacaq. Alın və gicgah bölgəsinə soyuq komres qoyulduğu zaman baş ağrılarından qısa zamanda xilas olmaq olar. Təsirli olması üçün proses təkrarlanmalıdır.
9. Susuz qalmamaq:
Baş ağrılarının səbəblərindən biri də susuzluqdur. Ona görə də baş ağrısı başlayan kimi su içmək lazımdır.
Baş ağrısı varsa suyu çox da soyuq içməməyə diqqət edilməlidir.
10. Baş arxasına, boyun və çiyindən masaj:
Bu, baş ağrısını yüngülləşdirmək üçün tətbiq oluna bilər.
11. Nəfəs hərəkətləri:
Bəzən sadəcə düzgün nəfəs alıb vermək belə müalicəvi təsir gostərə bilər. Dərin nəfəs alıb verməklə orqanizmdəki gərginliyi azaldaraq baş ağrısını da qısa zamanda yüngülləşdirə bilərsiniz.
12. Qaranlıq və səssiz bir yerde dincəlmək:
Sərin, qaranlıq və səssiz bir yerdə ən az 30 dəqiqə dincələrək baş ağrısının yüngülləşməsinə nail ola bilərsiniz.
13. Alma sirkəsi:
1 stəkan qaynar suya 1 çay qaşığı alma sirkəsi əlavə edilir. Yaxşıca qarışdırılır və içilir.
14. Limon suyu:
Bir stəkan isti suya yarım limon sıxılır və qarışdırıldıqdan sonra içilir.
15. Mixək:
Açıq halda olan çayın içərisinə 9-10 ədəd mixək atılır və şəkər əlavə edilmədən içilir.
16. Bibəriyə çayı:
Miqren ağrıları üçün bir stəkan su qaynadılır, içərisinə bir çay qaşığı bibəriyə əlavə edilir. 9-10 dəqiqə zəif odun üzərində dəmlənir.
Dəmləndikdən sonra süzülüb yeməklərdən sonra içilir. Bu qarışıq gündə 2 dəfə 21 gün ərzində tətbiq edilir.
17. Yaşıl çay:
Yaşıl çay şiddətli baş ağrıları zamanı ən təsirli həll yollarından biridir. Baş ağrıları zamanı yaşıl çay içilməsi tövsiyə olunur.
18. Cökə:
Cökə çayı da şiddətli baş ağrıları zamanı içilməsi məsləhət görülən çaylardandır.
19. Çobanyastığı çayı:
Çobanyastığı çayının sakitləşdirici xususiyyəti şiddətli bas ağrıları zamanı faydalı təsirə malikdir.
Migren problemini ciddi qəbul etmək vacibdir. Əgər tez-tez bu problemlə qarşılaşırsınızsa, mütləq həkimə müraciət edin. Sağlamlığınız prioritetiniz olsun!
Milli.Az

Xəbərlər     Baxılıb: 832   Tarix: 10 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb. xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperia

.

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar. xəbər verir ki, bu barədə "Nnaked- " məluma

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik anoreksiya) səbəbilə həyatını itirməsi bu xəstəliyi yenidən gündəmə gətirib. . xəbər verir ki, görünüş təzyiqi və psixoloji travmaların səbəb olduğ

.

Yodla zəngin qidalar

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balansı üçün vacibdir. xəbər verir ki, Yod çatışmazlığı qalxanabənzər vəz problemlərinə, halsızlığa, zehni zəifliyə və digər ciddi pozuntulara səbəb ola bilər

.

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin

Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır. xəbər verir ki, bu barədə plastik cərrahlara istinadən yazıb. Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməy

.

Qara istiotun bilmədiyimiz FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?.  xəbər verir ki, qara istiot sağlam həyat tərz

.

Qadınlar gündə nə qədər pivə içə bilər?

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox pivəyə üstünlük verir. . xəbər verir ki, pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır. Qadınlar gün ərzind

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yay kolleksiyasi kosmetika mehsullari qaşların formalari fikrət əmirov qəlyanaltı reseptləri ancelina colinin sekilleri qonag otagi dizayni fitat məsəllər hüzeyir hacibəyov haxisdalar saglam qidalanma
OSZAR »