Bitki yağlarının faydalı olması üçün belə istifadə edin

Bitki yağlarının faydalı olması üçün belə istifadə edinOrqanizmimiz üçün rafinə olunmamış yağlar daha faydalıdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt-dietoloq, tibb elmləri namizədi Tatyana Solntseva bildirib.
O qeyd edib ki, belə yağlar adətən salatlara əlavə olunur.
"Bu yağlar daha kəskin qoxuya malikdir, bu isə bəzən insanların xoşuna gəlməyə bilər. Lakin bu zəngin qoxu onların tərkibindəki yüksək miqdarda aromatik və digər faydalı maddələrlə bağlıdır. Rafinə edilmiş yağlar isə emal prosesindən keçdiyi üçün faydalı xüsusiyyətlərinin bir hissəsini itirir," - deyə Solntseva qeyd edib.
Mütəxəssis bildirib ki, bununla belə, ən faydalı olan tək bir yağ növü yoxdur.
"Ən yaxşısı - rasionda bir neçə yağ növünü qarışdırmaqdır. Məsələn, "omeqa-6" yağ turşuları ilə zəngin günəbaxan yağını götürüb ona bir az yağçiçəyi yağı, balqabaq yağı və ya kətan toxumu yağı əlavə etmək olar. Bu qarışıqlarla salatları dadlandırmaq mümkündür.
Pəhrizdə yağların müxtəlifliyi sağlam qidalanmanın əsasını təşkil edir. Nə qədər çox yağ növündən istifadə etsək, orqanizmimiz üçün bir o qədər yaxşıdır", - deyə Solntseva əlavə edib.
Mütəxəssis qızartma zamanı hansı bitki yağlarından istifadənin zərərsiz oluğunu da açıqlayıb. O, bu proses üçün rafinə edilmiş yağları tövsiyə edib.
"Bu, yağın buxarlanma temperaturuna görədir. Bunlar yüksək buxarlanma temperaturuna malik yağlardır. Onlarda qızartma zamanı zərərli maddələr əmələ gəlmir və bu yağları 250 dərəcəyə qədər qızdırmaq olar. Belə yağlarda heç bir zərərli maddə olmur," - deyə Solntseva izah edib.
Ekspertin sözlərinə görə, bunun əksinə rafinə edilməmiş təzə sıxılmış yağlar qızartma üçün istifadə olunarsa, onlarda yanma məhsulları əmələ gələ bilər, çünki bu yağlar çoxlu əlavə maddələr ehtiva edir.
"Buna görə də salatların hazırlanmasında rafinə edilməmiş yağ qarışıqlarından istifadə etmək, qızartma və yüksək temperaturlu yemək bişirmək üçün isə xüsusi olaraq qızartma üçün nəzərdə tutulmuş rafinə edilmiş yağlara üstünlük vermək tövsiyə olunur," - deyə Solntseva bildirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 797   Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Yuxuda çığırmaq və əl-qol atmaq Parkinson və demensiyanın erkən əlaməti ola bilər. Əgər bir insan yuxu zamanı çığırır, əl-qol və ya ayaq hərəkətləri edirsə, bu hal ciddi nevroloji problemlərin - Parkinson xəstəliyi və y

.

Gündə nə qədər gilas yemək olar?

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. . xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışa

.

Tutun sağlamlığımıza faydası

Tut yazın axırları və yayın əvvəlində yetişən ən dadlı və faydalı meyvələrdən biridir.  xəbər verir ki, istər hər mövsümdə qurusu, istərsə də mövsümündə təzə halda yeyilən tut orqanizm üçün faydalıdır. Tərkibində A, E,

.

Səhər yeməyində "bəh-bəh"lə yeyilən bu tərəvəz acqarına zərərli imiş

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər yeməyində bol istifadə edilən çiy pomidorun əslində acqarına yeyildikdə bəzi insanlar üçün təhlükəli olduğu üzə çıxıb. bildirir ki, mütəxəssislərin fikrincə çiy pomido

.

Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?

avanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir. Qripdən qorunmaq üçün ilk növbədə düzgün v

.

Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq

ABŞ-də aparılan sorğulara görə insanların 42 faizi səhər, 25 faizi isə axşam çimməyə üstünlük verir. Səhər duş qəbul edənlər günə daha ayıq və təravətli başlamaq istədiklərini deyirlər. Axşam çimənlər isə təmiz halda yatağ

.

Karton və plastik stəkanlar xərçəng yaradır - XƏBƏRDARLIQ

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam saydığı karton qablar əslində ciddi xəstəliklərə yol açırmış. xəbər verir ki, kardioloq Doç. Dr. V. Özlem Bozkaya bildirib ki, karton qab və ya stəkanların i

.

Ən keyfiyyətsiz yağlar bunlardır

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib. xəbər verir ki, "Solntse Moe", "Kuban" və digər istehsalçıları

.

Köhnə dəmli çay xərçəng yaradır

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlük

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamilelikde qidalanma maskalar geymler 2025 sizanaqlara qarsi valideynlərə məsləhət daban agrilari pizza reseptləri tapmaca bahar meseller kökəlmək üçün ariqlamaq
OSZAR »