COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün ürək-damar xəstələri düzgün qidalanmalıdırlar

COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün ürək-damar xəstələri düzgün qidalanmalıdırlarÜrək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi də olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.
AQTA-dan Milli.Az-a bildirilib ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.
Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl etməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artıra bilərik. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir:
Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.
Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.
Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.
Spirtli və şirin içkilərdən imtina olunmalıdır.
Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.
Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.
Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.
Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1282   Tarix: 11 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Soyuq, yoxsa isti vanna: Hansı daha faydalıdır?

Mütəxəssislər idman edənlər üçün nəyin daha yaxşı olduğunu müəyyən ediblər. e- -a istinadən xəbər verir ki, Pensilvaniyada keçirilən 2024 İnteqrativ Məşq Fiziologiyası Konfransında təqdim edilən bir araşdırma, atletik performans

.

Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər

Ağciyər xərçəngi uzun müddət simptomsuz inkişaf edə bilər və bu səbəbdən tez-tez gec mərhələlərdə aşkarlanır. Lakin mütəxəssislər bəzi hallarda erkən əlamətlərin bədənin gözlənilməz yerlərində üzə çıxa biləcəyini bildirirlər

.

Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər

Körpəniz daim qusursa, səbəb sizin düşündüyünüz kimi olmaya bilər. xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Kadir Ömər Çətin körpələrdə reflü ilə bağlı vacib açıqlamalar verib. O, bu vəziyyətin ço

.

Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitet güclənəcək

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir çox faydalar təmin edir. qafqazinfo-ya istinadən xəbər verir ki,  adətən salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydaların

.

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub. xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığ

.

Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü - FOTO

Qəfil başlayan öskürək tutması ilə gecəni təcili yardım otağında keçirən kişi ağciyərlərinin çökdüyünü öyrənib. xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ekspertlər qorxulu həqiqəti üzə çıxarıblar. Çinin cənub-qərbindək

.

Hamilə qadınlara şad xəbər: Bu meyvə körpələrdə allergiya riskini azaldır

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün olduqca vacibdir. Son araşdırmalara görə, bəzi meyvələrin qəbul edilməsi gələcəkdə körpələrdə allergik reaksiyaların qarşısını ala bilər. Bu meyvələrdən bir

.

Nə edək ki, çiyələklər tez xarab olmasın?

Çiyələklərin çürüməsinin qarşısını almaq üçün onları düzgün şəkildə yumaq, saxlamaq və istifadə etməklə ömrünü xeyli uzatmaq mümkündür. bildirir ki, bunun üçün aşağıdakı üsulu tətbiq edə bilərsiniz:. Çiyələkləri alandan sonr

.

İçdiyiniz suya bir parça əlavə edin - Dəyişimə inanmayacaqsınız

Son illərdə sağlam həyat tendensiyaları arasında önə çıxan üsullardan biri də çox sadə və təbii bir təcrübədir - İçdiyiniz suya bir parça şam budağı əlavə etmək. Sosial media platformalarında viral hal alan bu təklif bi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yay geyimləri 2025 qaşların formalari qadin sayti həftəlik bürclər menstruasiya qızlıq pərdəsi necə açılır hamilə geyimləri vetene aid bayatilar xanim az sirin qogal anabaci baldıza aid hakışta
OSZAR »