Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıb

Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıbBu günlərdə Əməkdar artist Sevinc Sarıyevanın "Rəngarəng səhər" verilişində dediyi sözlər qalmaqala səbəb olub. Belə ki, bəzi saytlar müğənninin tamaşaçıları təhqir etdiyini, "tamaşaçı bizə aşağıdan yuxarı baxır. Bizsə tamaşaçıya yuxarıdan aşağı baxırıq. Bu nə deməkdir? Yəni biz şahıq"- dediyini yazıb.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı "525.az"a açıqlama verən sənətçi sözlərinin kontekstdən çıxarıldığını iddia edib:
"Verilişdə aparıcı mənə dedi ki, bəzi müğənnilərin özlərini aparmaq tərzinə görə tamaşaçılar bu sənətin daşıyıcılarına təlxək kimi baxırlar. Düzü, bu söz mənə çox təsir elədi və orada dedim ki, müğənnilik, musiqiçilik heç də aşağı sənət deyil. Bizim işimiz təkcə oxumaq deyil, bu sənətin tanınmış mütəxəssisləri, musiqişünasları, elmlər namizədləri, professorları var. Mən özüm də hazırda elmi iş üzərində işləyirəm. Bu sənət şah sənətidir. Əgər hansısa tamaşaçı bizə təlxək kimi baxırsa, onda biz o tamaşaçıdan yuxarıda dayanırıq. O bizə aşağıdan yuxarı baxır.
Sonra da üzümü həmkarlarıma tutaraq dedim ki, bu sənətin adını batırmaq olmaz. Mən bütün sənətçilərə deyirəm, xahiş edirəm, bu sənətin adına layiq hərəkət edin. Azərbaycan musiqisinin adını batırmayın".
Əməkdar artist Sevinc Sarıyeva onun adı ilə yazılmış sözlərdən inciyən tamaşaçılardan yanlış anlaşılmaya görə də üzr istəyib:
"Bizi biz edən tamaşaçılarımızdır. Mən ötən il üç konsert verdim, üçündə də anşlaq oldu. Tamaşaçı bilet alıb konsertimə gəlir, sənətimi dəyərləndirir, mən necə ona qarşı hörmətsiz ola bilərəm?! Təəssüf edirəm ki, verilişdə dediyim sözlər konteksdən çıxarıldı və bu cür təqdim edildi. Buna görə bütün tamaşaçılarımdan üzr istəyirəm".

Şou Biznes     Baxılıb: 954   Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyə əsilli televiziya ulduzu BAFTA mərasimindən qovuldu

"Sevgi Adası" verilişinin tanınmış siması Ekin-Su Cülcüloğlu BAFTA mükafatlandırma mərasimindən sonra keçirilən rəsmi şam yeməyi və qonaqlıqdan kənarlaşdırılıb. . xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşl

.

Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm' - Sevda Ələkbərzadə

Xəbər verdiyimiz kimi, Əməkdar artist Sevda Ələkbərzadə 10 may tarixində Bakı Konqres Mərkəzində konsert verib. xəbər verir ki, Kamilə Babayevanın aparıcılıq etdiyi gecədə əməkdara artist  hitlərini səsləndirib. . Bir ço

.

Qonca mükafatını fələstinli Şaimaya ithaf etdi

Leyla serialından "Nur"u Qonca Vuslateri "Klass" jurnalı tərəfindən "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb. BAROMETR xəbər verir ki, mükafatını məşhur modelyer Cihan Nacardan ala

.

Hüseyn Məhəmmədoğlu: "Oğlumun musiqiçi olmasını istəmirəm

"Özümə borc bilərək oğluma atamın adını qoymuşam. Amma onun musiqiçi olmasını istəmirəm". xəbər verir ki, bunu "Qonaqcanlı" verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. "Özümə borc bilərə

.

Almaxanım: 'Geyimlərimi ABŞ-dən alıram

Müğənni Almaxanım Əhmədli sosial media hesabından izləyiciləri ilə söhbətləşib. xəbər verir ki, sənətçi izləyicilərin ona ünvanladığı sualları cavablandırıb. Geyimləri haqda danışan müğənni, onları xaricdən illik aldığın

.

Axı sən özün kimsən ki, prodüserin də ola' - Tacir onu tənqid etdi

"Sən özün kimsən ki, hələ bir sənin prodüserin də ola. xəbər verir ki, bu sözləri Tacir Şahmalıoğlu deyib. "Tarixin bir günü" verilişində qonaq olan müğənni, gənc ifaçı xanımı hərəkətinə görə tənqid edib:

.

Uzak şehir'in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı

Uzaq Şehir serialında Alboralar malikanəsinə ev sahibliyi edən Narlı kəndi bu dəfə təhsildə gördüyü dəstəklə gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın prodüserliyini edən "AyNA Yapım"

.

Ancelina Colidən sonra Melisa Döngellə tərəf müqabili oldu

Keçən il "Mariya" filmində Ancelina Coli ilə tərəf müqabili olan türkiyəli sevilən aktyor Haluk Bilginer yeni film hazırlığındadır. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Səkkizinci Ailə"

.

Aysunla Sərxan BARIŞDI

ATV-də yayımlanan "Rəngarəng" verilişində barışıq yaşanıb. xəbər verir ki, verilişdə qonaq olan Aysun İsmayılova ilə müğənni Sərxan Kərəmoğlu küsülülüyə son qoyub. Canlı efirə zəng edən Sərxan Kərəmoğlu "Aysu

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetika mehsullari hamilelikde qidalanma həkim məsləhəti sizanaqlar neyrosirkulyator distoniya xina hakista vətən haqqında atalar sözləri xocali hakisda big.az xərçəng bürcü oyunlar
OSZAR »