"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin ÜRƏK DAĞLAYAN son sözləri öz səsindən - VİDEO

"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin ÜRƏK DAĞLAYAN son sözləri öz səsindən - VİDEOQaqaş, mənim işim-gücüm Vətənə xidmət eləməkdir də. Bunu yaxşı bilirsən ki. Əvvəldən axıra kimi mən də bu həyatı, bu yolu seçmişəm də.

Xanim.az apa.tv-ə istinadən xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunda dünyaya gəlib. Onun hərbçi olmaq istəyi hələ orta məktəb illərindən yaranıb. Bu da təsadüfi olmayıb. Ravilin babası Mirzə Novruzov İkinci Dünya müharibəsinin, bir əmisi Əfqanıstan müharibəsinin, digər əmisi isə birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Atası Elman Novruzov deyir ki, Ravil uşaqlıqdan hərbçi olmaq arzusu ilə böyüyüb: "Həmişə deyirdi, mən böyüyəndə hərbçi olacağam, böyüyəndə torpaqlarımızı işğaldan azad edəcəyəm. Həvəskar idi, deyirdi, niyə mən də hərbçi olmayım".

2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ravil geri qayıtdıqdan sonra yenidən Vətənə xidmət etmək üçün Xızı rayon Hərbi Komissarlığına müraciət edir və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayır.

Şəhidin orta məktəb müəllimi, onun haqqında yazılan "Burda bir igid ölüb" kitabının müəllifi Aydın Baybəyim Ravilin hərbiyə xüsusi marağının olmasının onun bütün həyatına təsir etdiyini deyir: "O vaxtlar da hiss olunurdu ki, onun iradəsi, nəyəsə həvəsi var, xüsusilə də hərbiyə. Hərbiyə aid şeirlər keçəndə onu xüsusi əzbərləyirdi. Hiss olunurdu ki, uşağın daxilində nəsə bir şey oturub, o da nə vaxtsa büruzə verəcək və verdi. Bütün hərəkətləri onu sonda sözün həqiqi mənasına igid, qəhrəman elədi".

Anası Nargilə Novruzova oğlu ilə son görüşünü belə xatırlayır: "Novruz bayramında evdə idi. Ayın 28-i gəldi evə, mənə dedi, çantamı yığ, gedəcəyəm. 3-4 günlük burda olmayacağam. Dedi, kursa gedirik. Axırıncı dəfə o gedən getdi. O, hərbini sevirdi, böyük marağı var idi. Çünki göz açıb hərbçi ailəsində anadan olmuşdu. Hərbi formanı əyninə geyinəndə fəxrlə dayanırdı. İş yoldaşları, komandirləri arasında böyük hörmət qazanmışdı. Müdafiə Nazirliyi tərəfindən 5 dəfə mükafatlandırılıb".

"Yaxşı olacaq. Əsas odur düz yolda öləsən. Onsuz da haçansa öləcəyik də". Bu sözləri Ravil öz dostuna yazıb. Onun ən böyük arzusu isə Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırmaq olub. Qardaşı Mirzə Ravilin bu arzusunu yerinə yetirmək üçün döyüşməyə hazır olduğunu deyir: "Şəhidlik böyük bir zirvədir, hər adama qismət olmur. Ravilin timsalında bütün şəhidlərin qisasını almağa hazırıq".

Qeyd edək ki, aprel döyüşləri zamanı şəhid olan Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Xəbərlər     Baxılıb: 1689   Tarix: 18 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu 4 qida qaraciyəri təmizləyir

Bədənin ən vacib detoks orqanı olan qaraciyər sağlamlığımıza birbaşa təsir edir. Bəs qaraciyəri qoruyan və onu toksinlərdən təmizləməyə kömək edən 5 əsas qida hansılardır? Budur elmi araşdırmalara əsasən qaraciyər dostu

.

Şirin bir işarə: Yuxuda şokoladlı dondurma görməyin 6 fərqli yozumu

Yuxular həyatımızın gizli mesajlarını daşıyan bir körpü kimidir. Onların içində şirin və ləzzətli simvollar da var ki, bu da insan psixologiyasının və daxili arzularının əksidir. Bu simvollardan biri də şokoladlı dondurmadır

.

Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?

Müasir elm bu hadisəni neyrobiologiya nöqteyi-nəzərindən izah edir. Bir çox insanlar spirtli içki qəbul etdikdən sonra siqaret çəkmək istəyinin artdığını qeyd edirlər. Bu fenomen təkcə çox siqaret çəkənlərdə deyil, həm d

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

.

Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ

Damarları tıxayan xolesterolu azaltmaq üçün həkimlər manqo yeməyi məsləhət görür.   xəbər verir ki, diyetoloq Jessika Haggens manqonun damarlara təsirindən danışıb. "Onun tərkibində ürək-damar sisteminin düzgün işləməs

.

Beyni zombiləşdirən qidalar

Yağlı qidaların qəbulu beyin həcminin artmasına səbəb olur.   xəbər verir ki, Bostondakı Harvard Tibb Məktəbinin aliımləri bir qrup laboratoriya siçanını yüksək yağlı pəhrizlə qidalandırıblar. Qeyd olunur ki, bir müddət sonr

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı

"Vəqərli piy" kimi tanınan visseral yağ qarın boşluğunun dərinliklərində yerləşir və mədə, qaraciyər, bağırsaq kimi həyati vacib orqanları əhatə edir. . xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, həkim Sim

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar qadin sayti kosmetoloq 2025 donlari 2025 yaz geyimleri byanka moda xəbərləri ikizler aysel qiz burcu laylalar maraqli hakistalar
OSZAR »