Evlilik öncəsi psixoloji hazırlıq

Evlilik öncəsi psixoloji hazırlıqArtıq cəmiyyətimizdə xeyli irələyişlər var. 10 il bundan əvvəl insanların nigahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir.
Necə ki cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək beyinlərini tanıyırlar.
Belə bir fikir formalaşa bilər "elə beynini tanımışam ki, evlənirəm". Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrlacam bəyəm?". Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyirlər. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır.
İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz "O, çox qayğıkeşdir" , "O, çox səmimidir", "O, çox diqqətcildir" və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandı.
Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür. Həmin psixoloqlar evlənməmişdən öncə bu ailələri müşaiyət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri hazırlayır. Məsələn, əgər kişidə anasına qarşı güclü bağlılıq varsa, psixoloq qadını bunun yarada biləcəyi problemlərə hazırlayır. Tibbi dildə desək immunitet yaradır. Peyvənd (xəstəliyin mikroblarının zəiflədilmiş şəkli) qana vurulur, artıq bədən mikrobu tanıyır və xəstəliyə yoluxmur. Belə deyək psixoloq cütlüklərə gələcəkdə baş vermə ehtimalı böyük olan hadisələrə qarşı peyvənd vurur.
Yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Bu anadan qızına keçən bir problemdir. Analar qızlarını evliliyə hazırlayırlar. Təbii bu olmalıdır. Amma bəzən analar çox himayəkarlıq göstərir. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidilər.
Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu hal xroniki hala keçirsə cütlüklərin psixoloqa müraciət etmələri tövsiyyə olunur. Qadınlar əsasən problemi intim həyatında axtarmağa başlayır və sekspatoloqa müraciət edirlər. Onlardan aldığı yalnış psixoloji məlumatlara "sizdə fiziki uyğunsuzluq var və ya bədənləriniz bir birinə öyrəşə bilmir" kimi fikirlərə zaman keçdikcə inanmağa başlayırlar. Münasibətlərdə soyuqluq başlayır. Bəzən tədbir görülməzsə, bu hallar evliliklərin bitməsinə səbəb olur.
Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, müəyyən ginekoloji və ya uroloji uyğunsuzluqlar ola bilər, amma onların hər biri həll olunan problemdir. Əsas düşüncə olaraq aranızda uyğunsuzluq yaratmayın. Çalışın yoldaşınıza yataqda köməklik edəsiniz. Onu anlamağa çalışın hələ sizin həssas nöqtələrinizi bilməmiş ola bilər. Siz ona yol göstərin. Fikir və narahatlıqlarınızı onunla bölüşün. Əmin olun, başa düşməyən insan yoxdu, başa sala bilməyən var. Hər dəfə dediklərinizi anlamırsa, demək bu dil işinizə yaramır, başqa üsulla ona fikrinizi izah edin. Unutmayaq ki, evlilik nə nişanlılıq, nə sevgilik dövrünə bənzəyir. Evlilik bir yastığa baş qoymaqdır. Bu sözün mənası çox dərindir. Evlilik zamanı bütün gizlədilənlər üzə çıxır. İstər-istəməz insanlar evlilik öncəsi bəzi şeyləri gizlədir. Bu çox normal haldır. Siz gizlətdiyiniz kimi qarşı tərəf də gizlədə bilər. Çalışın bütün hallarda özünüzü qarşı tərəfin yerinə qoyub onun hisslərini başa düşəsiniz.
"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1434   Tarix: 18 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

.

İntim münasibət baş ağrısını azalda bilər – Alimlərdən maraqlı ARAŞDIRMA

Seksual münasibətlərin sağlamlığa təsiri ilə bağlı yeni bir elmi araşdırma maraqlı nəticələr ortaya qoyub. Araşdırmalara görə, seks bəzi hallarda baş ağrısının azalmasına və ya tamamilə yox olmasına səbəb ola bilər. xəbə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşların

.

Yatmaqda çətinlik çəkirsiniz? - Alimlərin tövsiyə etdiyi bu üsul

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, alimlərin də təsdiqlədiyi və yuxuya getməyə kömək edən sadə, lakin təsirli bir ayaq üsulunu sınamağın vaxtı çatıb. xəbər verir ki, yatmaqda çətinlik müxtəlif tibbi səbəblərlə əlaqəli ol

.

Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?

Müasir elm bu hadisəni neyrobiologiya nöqteyi-nəzərindən izah edir. Bir çox insanlar spirtli içki qəbul etdikdən sonra siqaret çəkmək istəyinin artdığını qeyd edirlər. Bu fenomen təkcə çox siqaret çəkənlərdə deyil, həm d

.

Xərçəng xəstələrinin sayı niyə çoxalır?

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur". Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulm

.

Stress yuxunu və yaddaşı necə pozur?

Beynəlxalq neyrobioloqlar qrupu stressin yuxuya və yaddaşa necə təsir etdiyini kəşf edib. Bu prosesdə əsas rolu kortikotropin-relizinq hormonu (CRH) ifraz edən neyronlar oynayır. Onlar hipotalamusun paraventrikulyar nüvəsind

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar qadin sayti adlarin menasi xren yarpagi xinayaxdi bayatilari pizza reseptləri hicab baglama usullari ağır itki rus dilini oyrenek 2ci ders novruz bayrami hakisda saglam qidalanma meseller
OSZAR »