Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edirSon dövrlərdə idmanla məşğul olan gənclər arasında zülal tərkibli qida əlavələrinə xüsusilə protein tozlarına maraq artıb. Lakin daha tez nəticə əldə etmək arzusu bəzən ciddi sağlamlıq riskləri ilə müşayiət olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tip əlavələrin düzgün istifadə olunmaması həyat üçün təhlükəli fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, qastroenteroloq professor Vedat Göral xəbərdarlıq edir ki, bu məhsullar yanlış və nəzarətsiz istifadə olunduqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, protein tozlarının bəzi tərkib hissələri qaraciyər funksiyalarını poza, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyasına qədər ağır fəsadlara yol aça bilər. Alkoqolla birlikdə istifadə edildikdə isə risk daha da artır. Bundan əlavə, bu məhsullar böyrəklərə ziyan vurur, ürək problemlərinə və hətta ölüm hallarına gətirib çıxara bilər.
Uzun müddət və yüksək dozada istifadə xüsusilə təhlükəlidir. Professor Göral protein tozlarını yalnız həkim məsləhəti ilə və düzgün dozada qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, sağlam zülal mənbəyi kimi yumurta, ət, balıq və pendirə üstünlük vermək daha məqsədəuyğundur.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 610   Tarix: 19 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Stress yuxunu və yaddaşı necə pozur?

Beynəlxalq neyrobioloqlar qrupu stressin yuxuya və yaddaşa necə təsir etdiyini kəşf edib. Bu prosesdə əsas rolu kortikotropin-relizinq hormonu (CRH) ifraz edən neyronlar oynayır. Onlar hipotalamusun paraventrikulyar nüvəsind

.

Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər. xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhli

.

Alimlər əvvəllər məlum olmayan gen tapdı

Boston Universiteti, Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin alimləri DNT qırıqlarının təmirində əsas rol oynayan əvvəllər məlum olmayan ZNF280A genini müəyyən ediblər. Üstəlik, onun yoxluğunun nadir geneti

.

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir. . xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry"

.

Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır. Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?

.

Hər gün badam yemək olarmı?

Badam vitaminlər, minerallar, antioksidantlar, lif və faydalı yağlarla zəngin olan çox faydalı bir qida məhsuludur. -ın xarici mediaya istinadla xəbərinə görə, o, həm dərinin, həm də sümüklərin sağlamlığı üçün əhəmiyyətlidir

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

Ev konservi hazırlamaq istəyənlərə MƏSLƏHƏT

Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üçün evlərdə konservləşdirmə ənənəsi canlanır. Lakin məhsulların uzun müddət saxlanılması üçün görülən bu proses zamanı bəzi vacib qaydalara əməl edilməzsə

.

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 geyim və ayaqqabılar makiyaj instagram qadin.net sızanaqlara qarşı maskalar atalar sozleri veten haqqinda lobya tursusu hakista sozler bayatılarımızda vətən həsrəti arxadan olmag prostat kondom nedir
OSZAR »