Gəlinlər üçün toy qabağı maskalar

Gəlinlər üçün toy qabağı maskalarGözəllik salonuna getmək üçün vaxtınız və ya büdcəniz azdırsa evinizdə hazırlayacanız maskalarla baxımlı vücuda sahib ola bilərsiniz və özünüzü daha yaxşı hiss edə bilərsiniz.

Sakitləşdirici hamam

Vəsaitlər: Təzə nanə + duz

Hazırlanışı: Yarım litr suyu qaynadın və içinə on ədəd təzə nanə yarpağını atıb 10 dəqiqə gözləyin. Sonra bu suyu süzərək ilıq suyla dolu vannanın içinə bir fincan duzla birliktə tökün.

Nə işə yarayır: Nanə rahatlaşdırıcı, dinləndirici və sakitləşdirici təsir gücünə malikdir. Duz isə cildinizi ölü dəri və hüceyrələrdən təmizləyir.
Nə zaman etməli: Həftədə bir dəfə ya da ehtiyac hiss etdiyinizdə.

Quru cildlərə süd vannası

Vəsaitlər: Süd+duz+bal

Hazırlanışı: Boş bir plastik su şüşəsinin içində bir litr süd, bir fincan duz və yarım fincan balı qarışdırın. Və alınan köpüklə vücudunuzu ovun sonra yaxalayın.
Nə işə yarayır: Süd vannası dərindən təmizləyər amma cildi qurutmaz. Duz öıü dərinin təmizlənməsinə yardımcı olur.

Nə vaxt etməli: Həftədə bir dəfə

Sellülit

Sellütin əmələ gəlmə səbəbləri doğum kontrol həbləri, hamiləlik, siqaret, hormon pozğunluğu və s.dir. Sellülitdən xilas olmaq üçün bir sıra üsullar var.

Vəsaitlər: razyana+cirə+bibəriyyə

Hazırlanışı: Səhər 1 litr suya 1 çay qaşığı razyana, bir çay qaşığı cirə və bir çay qaşığı bibəriyyə atın. Bu qarışığı zəif odda 5 dəqiqə qaynadın sonra 10 dəqiqə dəmləndirin. Soyuyan qarışığı gün boyunca limonla için. Sellülitlərinizin yox olduğunu və ya azaldığının şahidi olacaqsınız.

Quru əllərə lasyon

Vəsaitlər: limon suyu+ zeytun yağı
Hazırlanışı: Üç damla zeytun yağıyla bir limonun suyunu qarışdırın. Bu qarışığı əllərinizə sürtün. Yarım saat gözlədikdən sonra bir parça pambıq ilə əllərinizi silin, ardıyca yuyun.

Nə işə yarayır: Limon suyundakı C vitamini əllərdəki ləkələr üzərində təsirlidir. Bundan başqa ölü hüceyrələri peeling edər. Maskanın içindəki zeytun yağı da quruluğu azaldır və cildi yumşaldır.

Nə zaman etməli: Əllərinizin quruduğunu hiss etdiyiniz vaxtlarda istifadə edə bilərsiniz. Məsələn su ilə uzun müddət təmas etdikdən sonra.

Dırnaqlara qulluq

Dırnaqlarınızın üzərinə sürtdüyünüz lavanta yağı dırnaqlarınızı qoruyar. Həmçinin unutmayın ki, son anda barmaqlarınızda qızarıqlıq olmasına əngəl olmaq üçün manikür və pedikürünüzü toydan bir gün öncə edin. Lakınızı isə toy günü sürtə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 2511   Tarix: 03 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar maskalar reseptler kakao sarmisaqin faydasi kətələr xina qoymaq qaydasi novruz bayramına aid üzeyir hacıbəyli qiz evi hakisda seksler
OSZAR »