Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır

Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır Hacıbəy Heydərli
Azərbaycanda sosial media seqmenti cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə gözəl şeylər olanda bir anlıq sosial media da gözəlləşir, saflaşır, təmizlənir. O ki, efirlərdə gərginlik, səviyyəsizlik, bayağılıq artır sosial şəbəkələrdə də neqativ aura, təhqir, söyüş, bədbinlik gündəm olur. 
Ölkədə son 2 günün gündəmi isə çox gözəldir, sanki insanlar arzusunda olduğu televiziyalar ilə qarşılaşıblar. Daha doğrusu arzusunda olduqları televiziyaya, verilişlərə, qonaqlara çatıblar. 
Son 2 gündə sosial media gündəmi Xalq artisti Röya Ayxanın "Səs Azərbaycan"ın finalındakı möhtəşəm ifasıdır. Əslində, Röya "Məndən ötrü ağlama" mahnısını oxumayıb, Röya həmin ifanı yaşayıb. Və elə yaşayıb ki, bir anda milyonların qəlbini titrədib. Bu ifanın sosial mediada gündəm olması Azərbaycan tamaşaçısına, izləyicisinə bayağı deyənlərə də tərs sillədir. Demək ki, səviyyəli verilişlər, şoular olanda xalq onu sevə-sevə izləyir, paylaşır, tərif edir. Demək ki, Azərbaycan tamaşaçısının zövqü hələ korlanmayıb. 
Efirlərə pulla çıxanlar heç vaxt xalqın qəlbini fəth edə bilməyəcəklər, xalqın zövqünü korlaya bilməyəcəklər. 
Əslində, xalqımız bu ifanı trend etməklə əsl sənətə, əsl mədəniyyətə nə qədər dəyər verdiyini göstərib. Röya isə bir bənd ifa ilə son günlər onu tənqid edənlərə sənəti ilə cavab verib. 
Bu ifası ilə onun Kan festivalına, oradan sonrakı söz-söhbətə, heç avtomobildə Ayaz Salayevə verdiyi cavaba da ehtiyacı olmadığını göstərdi. Demək ki, sənətçinin əsl yeri səhnədir, o layiq olduğu yerdə olanda böyük görünür. 
Səhnədən və sənətdən söz düşmüşkən bu günlərdə efiri gözəlləşdirən daha bir məqamı mütləq qeyd etməliyəm. Əməkdar artist Aybəniz Haşımova və tələbələrindən olan Milananın ifası da bu günlərdə sosial medianın trendindədir. Milananın "Rəngarəng" verilişində oxuduğu "Dilbərin ariyası" qısa müddətdə milyonlarla izləyici toplayıb. 15 yaşlı qızcığaz bir ifası ilə efirlərə milyonlar tökənləri, şəxsi həyatlarını insanların gözünə soxanları, yalnız qalmaqalla gündəmdə olanları kölgədə qoyub. 
Daha bir trenddə olan ifa isə Zabitə Əliyeva və İlkin Dövlətovun "Tarixin bir günü" verilişindəki duetləridir. 
Demək ki, səs, geyim, mədəniyyət bir arada olanda sənət tamamlanırmış. 
Demək ki, xalqımızın əsl sənətə, əsl səslərə, əsl səviyyəyə ehtiyacı var. Demək ki, televiziyalarımız da istəyəndə bunu göstərə bilir. 
Xalqın da istəyi məhz budur: Zövqümüzü korlayanları yox, ruhumuzu qidalandıranlara efir verin. / azxeber.com

Şou Biznes     Baxılıb: 672   Tarix: 29 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qızım 10 ildir atasını görmür' - Zümrüd

"Qızım 10 ildir atasını görmür". xəbər verir ki, bunu "Gün ortası" verilişində aparıcı Zümrüd Bədəlova deyib. Valideyn-övlad münasibətlərindən danışan aparıcı göz yaşlarını saxlaya bilməyib:. "Kənarda

.

Selena Qomez toyunda ilk rəqsi babası ilə edəcək

Benni Blanko və Selena Qomez toy planları ilə bağlı yeni təfərrüatları paylaşıblar. xarici mətbuata istinadən xəbər verir ki, hələ tarix təyin etməyən cütlük klassik gəlin və bəy rəqsi etməyəcəklərini açıqlayıblar. Selen

.

Hər gün gördüklərim biabırçılığın pik həddidir' - Hüseyn dilə gəldi

"Bizim axırımız hara gedir? Hər gün gördüklərim artıq biabırçılığın pik həddidir". xəbər verir ki, bu sözləri musiqiçi Hüseyn Məhəmmədoğlu deyib. O, ad çəkməsə də sözlərini bəzi həmkarlarına ünvanladığını təsdiqləyib:

.

Vəfa - Şəbnəm qalmaqalı hər kəsi bezdirib' - Ülviyyədən ittiham

"Vəfa-Şəbnəm qalmaqalı içi mən qarışıq hər kəsi bezdirib. Daha nə qədər olar. xəbər verir ki, bu sözləri ATV-də yayımlanan "Rəngarəng" verilişində müğənni Ülviyyə Namazova deyib. O, barışığa inanmadığını bildirib:

.

Aysun qızının üzünü göstərmək üçün şərt qoydu

Müğənni Aysun İsmayılova qızı Sevgi ilə bağlı açıqlamalar edib. xəbər verir ki, sənətçi qızının üzünü bir yaşı tamam olanda göstərməyi planladığını deyib. O, aldığı reklam təkliflərindən də danışıb:. "Düşünürdüm ki

.

Artıq səviyyəsiz populyarlıq dəb olub' - İradə İbrahimova

"Təəssüflər olsun ki, bu gün səviyyəsiz populyarlıq daha çox baş alıb gedir". xəbər verir ki, bunu müğənni İradə İbrahimova "Gün ortası" verilişinə müsahibəsində deyib. İllər sonra vətənə dönən və fəaliyyətin

.

Dilarə Kazımova xalçaya büründü

Müğənni Dilarə Kazımova yay mövsümünə çoxdan gözlənilən səs-küylü işi ilə açılış edib.   xəbər verir ki, hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran sənətçi "Back to the Roots" ("Köklərə Qayıdış"

.

Eldəniz bu səbəbdən Qarabağ Universitetində dərs deyə bilmədi

Bu gün doğum gününü qeyd edən xanəndə Eldəniz Məmmədov maraqlı açıqlaması ilə gündəmə gəlib. xəbər verir ki, xanəndə ona Qarabağ Universitetində dərs demək təklif edildiyini açıqlayıb. O, "Qonaqcanlı" verilişind

.

Məşhur aktrisa nişanlandı

Aktrisa İpek Karapınar rejissor Ali Balcı ilə evliliyə ilk addımını atıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların özəl günü İzmitdə ailə arasında baş tutub. Münasibətlərini diqqətdən kənarda saxlamağa üstünlü

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi yay kolleksiyasi gozel gorunmek biserli uzun donlar uc baci dolmasi dirnaqlara qulluq maskalari uzdeki qara noqteler fitat sağlamlığa aid atalar sözləri qaynana hakista məsəllər maya maskasi
OSZAR »