Gözlərin sağlamlığını qorumaq üçün nə yemək lazımdır?

Gözlərin sağlamlığını qorumaq üçün nə yemək lazımdır?Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidalanmadan asılıdır.
Gözlərin sağlamlığını qorumaq üçün insan qida ilə daim bəzi vitamin və mineralları almalıdır. Bu vitaminlər və minerallar arasında:
- A vitamini
Bu vitamin gözün torlu qişasının normal fəaliyyəti üçün olduqca vacibdir. Bu vitaminin çatışmazlığı zamanı insanda "toyuq korluğu" kimi pozulma inkişaf edir.
A vitaminin mənbələri: qara ciyər, yumurtanın sarısı, kərə yağı, balıq yağı, kök, pomidor, kahı, ərik və s.
- C vitamini
Əzələlərin, o cümlədən, göz əzələlərin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, qözlərdə qansızmalara səbəb olur.
C vitaminin mənbələri: sitrus meyvələri (portağal, qreypfrut, limon və s.), kələm, bolqar bibəri, qara qarağat, itburnu.
- B qrupu vitaminləri
Sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və  oksigenin çatdırılmasını yaxşılaşdırır.
B qrupu vitaminlərinin mənbələri: ət, qara ciyər, bənli bitkilər, maya, balıq, yumurta sarısı,  qoz-fındıq, kahı və s.
- Kalium
Bu mineral orqanizmdə olduqca vacib funksiyaları yerinə yetirir - artıq mayeni xaric etməyə kömək edir. Bu isə gözlərin sağlamlığı üçün çox önəmlidir. Mayenin orqanizmdə artıqlığı təzyiqin, o cümlədən, göz təzyiqinin artmasına səbəb olur.
Kaliumin mənbələri: ərik qurusu, qoz, banan, kartof və s.
- D vitamini
Bu vitamin göz əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. D vitaminin çatışmazlığı zamanı gözlər tez yorulur, axşama yaxın görmə pisləşir.
D vitamini mənbələri: balıq yağı, balıq, süd və s.
- Kalsium
Bu mineral göz almasının xarici qişasını möhkəmləndirir. Kalsiumun çatışmazlığı gözrənin pisləşməsinə səbəb olur. Xüsusilə bu özünü yeniyetməlik dövründə büruzə verir.
Kalsiumun mənbələri: süd məhsulları (kəsmik, pendir, xama, qaymaq və s.).
- Maqnezium
Gözdə əzələlərin və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı göz təzyiqinin artmasına səbəb olur.
Maqneziumun mənbələri: buğda kəpəyi, badam, qoz, noxud, kələm, dənli bitkilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 982   Tarix: 27 avqust 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəng riskini azaldan ən effektiv 8 məhsul

Sağlam qidalanma yalnız formada qalmaq üçün deyil, həm də bir çox ağır xəstəliklərdən, o cümlədən xərçəngdən qorunmaq üçün vacibdir. Araşdırmalar göstərir ki, bəzi təbii məhsullar hüceyrə səviyyəsində qoruyucu təsir göstərərə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mikroplastiklər içkilərdə gizli təhlükə? Şüşə qablar üstünlükdür, amma

Fransa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaya görə, şüşə qablar ilə müqayisədə, plastik və ya dəmir qablarda saxlanılan su, soda, pivə və şərab kimi içkilərdə mikroplastik hissəciklərin səviyyəsi xeyli yüksəkdir

.

Bu tərəvəzləri çiy yemək olmaz

Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifad

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?

100 il yaşamaq istəyən bir insan üçün yuxu rejimi, uzunömürlülüyü təmin edən əsas amillərdən biridir. Alimlərin araşdırmalarına və "mavi zonalar"da (dünyada uzunömürlülüyün yüksək olduğu bölgələr) aparılan müşahidələr

.

Yay gələn kimi ağcaqanad dərdi də gəlir

Yay aylarında ağcaqanadların olması insanları narahat edir. Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. . Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

.

Qadınlar gündə nə qədər pivə içə bilər?

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox pivəyə üstünlük verir. . xəbər verir ki, pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır. Qadınlar gün ərzind

.

Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı

Doktor Sateş Qanatranın rəhbərlik etdiyi amerikalı tədqiqatçılar dəniz suyunda mikroplastiklərin konsentrasiyası ilə 2-ci tip diabet, koronar ürək xəstəliyi və insult kimi xroniki xəstəliklərin yayılması arasında mümkün əlaqən

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az reseptler yaz geyimleri 2025 geyim şəkilləri seksual qadinlar qadın aksesuarları fitrə kimlərə verilir hüquq və qadın haqları intim munasibetler suni mayalanma novruza aid hakışta insan azərbaycan
OSZAR »