Hamilələrin ən böyük qorxusu: "Ərim mənə xəyanət edir"

Hamilələrin ən böyük qorxusu: "Ərim mənə xəyanət edir"Hamilə qadınların bir çoxu daim həyat yoldaşlarından şübhələnir, ərlərinin onlara xəyanət etdiklərini düşünürlər. Əllərində dəlil olsa da, olmasa da, daim aldadılacaqlarına dair qorxu, qayğı və narahatlıq keçirirlər. Türkiyəli psixoterapevt Rıdvan Üney deyir ki, bəzi qadınlar bu qorxusunda həqiqətən haqlı ola bilər. Bunlar keçmişdə həyat yoldaşı, yaxud tərəf müqabili tərəfindən aldadılan və bu mövzuda problem yaşayan qadınlardır. Ona görə də həyat yoldaşına etibarı sarsılıb. Ancaq daha əvvəl belə bir problem yaşamayan, dəqiq məlumatlar olmadığı halda ərindən şübhələnən qadınlar da var.
Psixoterapevtin həyat yoldaşından şübhələnən hamilə qadınlar haqda fikirlərini təqdim edirik.

R. Üney hamiləlik dövründə qadınların aldadılmaq qorxusunun riskli olduğunu deyir. Bunun isə həqiqətən də bir sıra səbəbləri var: "Uzun müddət davamlı olaraq cinsi əlaqədən uzaq qalmaq qadında fiziki dəyişikliklər (çəki artımı, şiş), gərginlik, yorğunluq və əsəbi hal, dünyaya gələcək körpəyə baxa bilməmək qorxusu aldadılmaq şübhələrini təmin edir. Qadın bunların öhdəsindən gəlməyə çalışır, ancaq mövcud olan məlumatlar vəziyyətin heç də asan olmayacağı istiqamətində nəticələr çıxarmasına səbəb olur".

Kişilər hamiləlikdə aldadarmı?

Aparılan araşdırmalar sübut edib ki, hamiləlik müddətində aldatma halları digər zamanlara nisbətən daha çox olur. Lakin mütəxəssis bu vəziyyətin səbəblərini nəzərdən keçirməyin lazım olduğunu vurğulayır: "Pis gedən evliliyi qurtarmaq üçün hamilə qalmaq problemləri azaltmaq əvəzinə daha da ağırlaşdıracaq. Eyni zamanda, evliliyin pis getməsi ilə yanaşı kişinin aldatmaları da varsa, iş daha da çətinləşir. Qadın və kişinin bir-birini tam olaraq tanımadan yaranan hamiləliklər daha bir riskdir. Bir uşaq dünyaya gətirmək qadın üçün də, kişi üçün də böyük məsuliyyətdir. Bu səbəbdən də qarşısındakının bu məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini qiymətləndirmək lazımdır".

Hamiləlikdə cinsəllik mövzusunda məlumat sahibi olmamaq, yeni cinsi təcrübələrə açıq olmamaq, hamiləlikdə istifadə edilən cinsi əlaqə mövqeləri haqqında danışmamaq da problemlər arasındadır: "Hamiləliklə birlikdə prioritetlərin dəyişməsi, yeni dövrə uyğunlaşmaq, əsas sevgi və diqqətin doğulacaq körpəyə istiqamətlənməsi cütlüklərin bir-birlərinə olan marağının azalmasına səbəb olur. Bu da artıq maraq mərkəzi olmamaq qorxusu yaradır".

Şübhəsiz ki, cinsi əlaqə insan üçün əhəmiyyətlidir. Ancaq hamiləlikdən əvvəl uyğun olmayan və doyum təmin etməyən cinsi həyat hamiləlik vaxtı daha böyük problem halına gəlir. Eyni zamanda, hamiləliklə əlaqədar cinsi məlumatın məhdud olması, doğru olmayan inanclar problemləri daha da böyüdür: "Mütəxəssislər hamiləliyin cinsi əlaqəyə müsbət və ya mənfi qatqısı olmadığını deyirlər. Nizamlı şəkildə doğuş müayinələri etdirən qadınlar hamiləliyin son ayına qədər rahatlıqla cinsi həyatlarını yaşayırlar. Həmçinin cinsi həyat haqqında daha geniş düşünmək, cinsəlliyin yalnız cinsi birləşmədən ibarət olmadığını və bundan başqa yaşanılacaq məqamların olduğunu bilmək də vəziyyəti asanlaşdırır".

Mütəxəssis deyir ki, hamiləlik zamanı qadında yaranan fiziki dəyişiklik, artıq çəki də bəyənilmə və arzu edilmə ilə bağlı şübhələr, qorxular yarada bilər. Güvən, yaxınlıq, sevgi, eşq, səmimilik kimi duyğular fiziki dəyişiklikləri adi qəbul etdirir. Hamilə olmaq qadının cazibədarlığını dəyişmir. Aparılan araşdırmalar göstərir ki, cazibədarlıq yalnız fiziki görünüşlə bağlı deyil: "Əgər hamiləlikdə aldadılma qorxusu həqiqətdirsə, mənfi hamiləlik dövrü, depressiya, boşanmaya qədər bir çox pis hallar yaşana bilər. Lakin bilirik ki, hamiləlikdə aldadılma qorxusu əksərən həqiqi olmayan narahatlıqlardan ibarətdir. Ancaq bu qorxunun həqiqi olmaması cütlüyün arasında problem meydana gəlməsinə mane olmur. Məsələn, qadın qorxduğu üçün həyat yoldaşının telefonu, kompüteri, pulqabına nəzarət edirsə, həqiqi olmayan qorxular səbəbindən əri ilə mübahisə edirsə, küsəyən olursa və hər vəziyyətdən başqa bir məna çıxarmağa başlayırsa, o zaman vəziyyət kritik bir hal alır. Aldatma olmasa da, depressiya, dava-dalaş və boşanmaya qədər gedən mənfi hallar yaşanır".

Aldadılma qorxusunun öhdəsindən necə gəlmək olar?

Həkim hamiləlikdə hormonal, fiziki, ruhi dəyişikliklər baş verdiyi üçün həqiqətə söykənməyən aldadılma qorxusunun öhdəsindən gəlməyin mümkün olduğunu deyib. Bunun üçün 10 qızıl qayda var. Onlar aşağıdakılardır:

1. Şübhələrinizi və narahatlığınızı şişirtmədən həyat yoldaşınızla paylaşın.
2. Fiziki və cinsəlliklə əlaqədar dəyişikliklərdən necə təsirləndiyinizi ona başa salın.
3. Həyat yoldaşınızla birlikdə bəzi tədbirlər görün.
4. Hamiləlikdə bir hobbi əldə edin.
5. Özünüzə və gözəlliyinizə qulluq etməyə laqeyd yanaşmayın.
6. Hamiləlikdə cinsəllik mövzusunda mütləq qadın həkimindən məlumat alın.
7. Hamiləlik dövründə uyğun idman və fiziki hərəkətlər edin.
8. Həyat yoldaşınızla sevgili olmağa və eşqbazlıq etməyə çalışın.
9. Mütləq gülümsəyin, gülmək insanda müsbət hisslər yaradan hormonların miqdarını artırır.
10. Əgər problem münasibətinizi zədələməyə başlayıbsa, psixiatr və ya psixoloqa müraciət edin.BiG.AZ
Bəyəndim Bəyənmədim

Xəbərlər     Baxılıb: 1730   Tarix: 12 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu bitkilər qarışqaları evdən uzaq tutacaq

Yaz və yay mövsümündə evlərdə qarışqa problemi daha tez-tez ortaya çıxır. Lakin bu kiçik həşəratların qoxulara qarşı həssas olduqları nəzərə alınarsa, bəzi ətirli bitkilərlə bu problemin qarşısını təbii və asan üsullarl

.

Yayda rayonlara gedənlərin nəzərinə - Bu rənglərdə geyinməyin: Təhlükə var

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözardı etmək olmaz. xarici mənbələrə istinadla xəbər verir ki, piknik və meşə gəzintiləri zamanı parlaq rəngli paltarlar geyinmək tövsiyə olunmur. Çünki, bu cü

.

Həkim qaraciyəri təmizləyən effektli içkini açıqladı

Həkim və bloger Erik Berq mixək suyunun faydalarından danışıb. e- -a istinadən xəbər verir ki, o, sağlamlığı yaxşılaşdırmaq üçün bu içkini yatmazdan 30 dəqiqə əvvəl içməyi məsləhət görür. Mixək suyu qan şəkərinin səviyyəsin

.

2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir

2025-ci ildə yüksək Günəş aktivliyi səbəbindən planetimizi 50-yə qədər maqnit fırtınası bürüyə bilər. Bu barədə Rusiyanın Dövlət Maarif Universitetinin fizik mühəndisi Roman Kuçerov xəbərdarlıq edib. xəbər verir ki, onu

.

Yatmazdan əvvəl qəbul edin: Yuxuda əzələ "çıxardacaqsınız"

Yatmazdan əvvəl qəbul edilən zülal sayəsində yatarkən əzələ inkişafı mümkündür. Alimlərin fikrincə, idman zalında saatlarla tərləməkdən əlavə, yatmazdan öncə bir stəkan kazein proteini içmək əzələlərin təmirini və böyüməsin

.

Siqareti ən asan və tez necə tərgitmək olar?

Siqareti tərgitmək çətin görünsə də, düzgün yanaşma ilə bu prosesi həm asan, həm də tez həyata keçirmək mümkündür. Aşağıdakı metodlar sənin üçün ən effektiv yollardan olacaq:. Qəti qərar ver və niyyətini yaz. Niyə tərgitmə

.

Ən ağıllı insanlar bu qan qrupundan olurlar

Yaponiyada alimlərin apardığı testlər dünyada hansı qan qrupundan olan insanların daha intellektli olduğunu üzə çıxarıb. xəbər verir ki, keçirilən testdə zəka səviyyələri qan qruplarına görə sıralanıb. Qan qrupu testind

.

Enerji içkilərindəki böyük təhlükə - Diqqətli olun

ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngini daha aqressiv edə biləcəyini ortaya qoyub. xəbər verir ki, içkilərdə olan bu amin turşusunun leykoz hüceyrələrini qidalandıraraq xəstəliyin gedişatın

.

Bu üsulla dərhal yuxuya gedəcəksiniz - Yuxu probleminə SON

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək əsl sınağa çevrilə bilər. Xüsusilə son illərdə geniş yayılmış yuxusuzluq problemi bir çox insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Artı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az maskalar gozel gorunmek geyim və ayaqqabılar testosteron nədir efirde soyunan aparici sağlamliq xiyar turşusunun hazırlanması cekc pornuxa rus dili 2ci ders usaq seirleri rus dilini öyrənək laylalar
OSZAR »