Hamiləliyin normal inkişafı üçün bu müayinələr olmalıdır- Həkim DANIŞIR

Hamiləliyin normal inkişafı üçün bu müayinələr olmalıdır- Həkim DANIŞIRMilli.Az Lent.az-a istinadən endokrinoloq Günel Mahmudovanın müsahibəsini təqdim edir:
- Günel xanım, ilk öncə hormonal sağlamlıq haqqında məlumat verərdiniz...
- Hormonal sağlamlıq dedikdə, qanda hormonların miqdarının normada olması, endokrinoloji sistemin normal fəaliyyət göstərməsi nəzərdə tutulur.
Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində mühüm rol oynayıb, orqanizmin inkişafını tənzimləyirlər. Bundan əlavə, hormonlar daxili sekresiya vəzlərinin spesifik məhsulu olub bütün orqanizmə təsir edirlər. Onlar qan və ya limfa vasitəsilə yayılaraq distant təsirə malikdirlər.
Sinir sistemi ilə endokrinoloji sistem arasında çox sıx əlaqə var. Hipofizin hormonları periferik endokrin vəzlərin fəaliyyətini tənzimləməklə yanaşı, mübadilənin müxtəlif növlərinə də aktiv təsir göstərirlər. Belə ki, hormonlar böyüməni, cinsi inkişafı, daxili homeostazın sabitliyini təmin edir. Böyümə hormonu sümüklərin, boyun inkişafını təmin edir. Mədəaltı vəzin hormonu olan insulin, qlükaqon qanda şəkərin miqdarının normada olmasını tənzimləyir. Prolaktin laktasiyanı təmin edir və reproduktiv funksiyaya da təsir göstərir.
Daxili sekresiya vəzlərinin normadan az və ya çox hormon ifraz etməsi isə hormonal disbalansa səbəb olur. Hormonal disbalans müxtəlif endokrinoloji xəstəliklərin nəticəsində əmələ gəlir.
- Hormon analizləri hansı şəraitdə götürülməlidirlər?
- Hormon analizləri üçün qan nümunəsi əsasən ac qarına, səhər saatlarında götürülür. Bunlara əsasən qalxanvari vəz hormonları (sərbəst T4, sərbəst T3), insulin, hipofiz hormonları (Prolaktin, LH, FSH, TSH və s) aiddir. Prolaktin hormonu yoxlanılması üçün yuxudan oyandıqdan 2 saat sonra, xəstənin sakit vəziyyətində qan nümunəsi götürülməlidir. Qadınlarda cinsi hormonların sintezi menstrual sikl müddətində dəyişir. Cinsi hormon analizlərinin (FSH, LH, Estradiol və s.) yoxlanılması üçün qan nümunəsi qadınlarda menstrual siklin follikulyar fazasında, 2-5-ci günlərində götürülməlidir.
Bəzi hormonların yoxlanılmasında dinamik testlərdən istifadə olunur. Böyümə hormonu pulsatil ifraz olunur, ən yüksək səviyyəyə gecə saatlarında çatır. Buna görə də böyümə hormonu tək yoxlanılmır. Stasionar şəraitdə İnsulin hipoqlikemiya testi edilib yoxlanılır. Böyrəküstü vəz çatışmazlığı şübhəsi olan xəstələrə AKTH stimulyasiya testi, Kuşinq sindromu xəstələrinin aşkarlanması üçün Deksametazon supressiya testi aparılır. Bəzi endokrinoloji xəstəliklərdə 24 saatlıq sidikdə hormonların və ya metabolitlərin miqdarına baxılır. Bunlara 24 saatlıq sidikdə kortizol, 17-ketosteroidlər, katexolaminlər, metanefrin, kalsium və s. daxildir.
- Genetik xəstəliyi olan şəxslərdə hormonal disbalans müşahidə olunurmu?
- Genetik xəstəliklərin bir qismində hormonal disbalans müşahidə olunur. Bu xəstəliklərə Şereşevski-Terner sindromu, Klaynnfelter, Kallman, Prader-Villi sindromları, MEN sindromlar və s. aiddir. Şereşevski-Terner sindromu xəstələrinin boyu qısa olmaqla yanaşı, qonadal disgeneziya olur. Onların boynu hər iki tərəfdən çiyinlərə sanki qanadlar vasitəsilə birləşmiş kimi olur. Başın tükləri ön tərəfdən qaşlara, ənsə nahiyəsində isə çox aşağı, sanki çiyinlərdən başlayır. Bu xəstələrdə polidaktiliya (barmaqların sayının çoxluğu) və anadangəlmə ürək qüsurları (aortal stenoz), hipotiroidizm, osteoporoz da olur. Kallman sindromu xəstələrində hipoqonadotropik hipoqonadizm, anosmiya (qoxu hissinin olmaması) yaranır. Klaynfelter sindromu xəstələrində sonsuzluq, ginekomastiya rast gəlinir. Testosteron səviyyəsi aşağı olur. Prader-Villi sindromunda hipoqonadotropik hipoqonadizm, hiperfaqiya-piylənmə, xroniki əzələ hipotoniyası müşahidə edilir.
- Hestasion şəkərli diabet nədir? Hamiləliyin normal inkişafı üçün qadınlar hansı müayinələrdən keçməlidirlər?
- Hestasion şəkərli diabet (HŞD) hamiləlikdən öncə olmayan, hamiləlik müddətində aşkarlanan diabet növüdür. Hamiləlik dönəmində metabolik dəyişikliklərlə bağlı insulin rezistentliyinin yaranması insulinə ehtiyacın artmasına, qlükozaya tolerantlığın pozulmasına səbəb olur.
Hamilə qadınlar hamiləliyin hər trimestrində ginekoloq tərəfindən məsləhət görülən müayinələrdən keçirlər. Bütün hamilə qadınlarda ilk prenatal müayinədə aclıq qlükoza yoxlanılmalıdır. Aclıq qlükozası norma olan bütün hamilələr hamiləliyin 24-28-ci həftəsində OQTT (Oral Qlükoza Tolerant Testi) müayinəsindən keçirilməlidirlər. Hazırda OQTT tək mərhələli və ya iki mərhələli aparılır. Bu, hamiləlik diabetinin aşkarlanması üçün vacibdir. Hestasion diabeti zamanı karbohidrat mübadiləsinin pozğunluğu zəif dərəcədə olur və bunun nizamlanması üçün əksərən pəhrizlə hədəf qan qlükoza dəyərinə nail oluruq. Əgər hədəf qan qlükoza dəyərlərinə nail olmasaq, insulin müalicəsinə keçirik.
Hestasion diabeti olan bütün hamilə qadınlara evdə qan qlükoza ölçümü öyrədilməlidir. HŞD olan hamilə qadınların bir qismində doğuşdan sonra normal qlükoza səviyyəsi bərpa olunsa da, gələcəkdə şəkərli diabet xəstəliyi riski var. Buna görə də doğuşdan sonrakı dövrdə qan qlükoza səviyyəsi normal olsa belə, 4-12 ci həftələrdə yenidən OQTT keçirilməlidir.
- Qalxanvari vəz hormonları hansılardır?
- Qalxanvari vəz xəstəliklərinin diaqnostikası qanda sərbəst T4, sərbəst T3, TSH hormonlarının yoxlanılması, qalxanvari vəzin USM və ehtiyac olarsa, qalxanvari vəzin sintiqrafiyası, Tiroid İİAB vasitəsilə aparılır.
Qalxanvari vəz hormonları kalsitonin, sərbəst T4, sərbəst T3 hormonlarıdır, TSH isə hipofiz vəzinin hormonudur. Hipofiz vəzi qalxanvari vəzə birbaşa nəzarət edir. Periferik qanda dövr edən tiroid hormonlarının 3/4 hissəsi Tiroksin, 1/4 hissəsi Triyodtironindən ibarətdir. Bu hormonlar böyüməni təmin edir, əqli inkişafa təsir edirlər. Onların çatışmazlığı (hipotiroidizm) zamanı xəstələr halsızlıqdan, ümumi zəiflikdən, dərinin quruluğundan, sifətlərində və əllərində şişkinlikdən, yuxululuqdan, artıqlığı zamanı isə xəstələr istiyə dözümsüzlük, ishala meyllik, arıqlama, əsəbilikdən və s. şikayətlər edirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 858   Tarix: 23 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu saqqız virusları yox edəcək

ABŞ və Finlandiya alimlərinin apardıqları təcrübələr göstərib ki, xüsusi hazırlanmış saqqız herpes və qrip viruslarını zərərsizləşdirə bilər. xəbər verir ki, herpes simplex virusları, HSV-1 və HSV-2, ağız boşluğunda soyu

.

Ölümcül xəstəliyin gizli əlaməti - Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir - FOTO

Barmaqların ucunda baş verən müəyyən dəyişikliklər ölümcül bir xəstəlik - ağciyər xərçəngi-nin səssiz xəbərçisi ola bilər. xəbər verir ki, tibbdə "klubbing" (barmaq çırpılması) adlandırılan bu vəziyyət barmaq uclarınd

.

Xanımların DİQQƏTİNƏ: Keçən ilin günəş kremi bu gün sizi qorumaya bilər

Günəş kremi dəri sağlamlığını qorumaq və günəşin zərərli UV şüalarından dəriyi müdafiə etmək üçün vacibdir. Ancaq bu mütləq qoruma vasitəsini düzgün istifadə etmək lazımdır ki, onun təsiri maksimum olsun. Günəş kremi istifad

.

Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə

Şirəli gilas və ya onun şirəsi yuxusuzluq üçün təbii bir müalicə vasitəsi kimi xidmət edə bilər. Gilas, yüksək melatonin tərkibinə görə yuxunu yaxşılaşdırmağa kömək edir. bu barədə "The Mirror"a istinadən xəbə

.

Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır

Son illərdə "smartphone pinky" və ya "phone finger" kimi terminlər xüsusilə gənclər arasında yayılıb. xəbər verir ki, bu, smartfonu uzun müddət kiçik barmaqla dəstəkləməkdən yaranan ağrı, əyilmə və çökəklikl

.

Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız

Yeməkdən sonra yaranan şişkinlik, qaz və mədə yanması bir çox insanın üzləşdiyi narahatlıqlardandır. Bu problemlər əsasən həzm sistemindəki pozuntular və düzgün qidalanmama vərdişlərindən qaynaqlanır. Bəs şişkinlikdən nec

.

Bütün mavi gözlü insanlar eyni əcdaddan törəyibmiş

Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, dünyada mavi gözə malik olan bütün insanlar təxminən 6-10 min il əvvəl yaşamış bir ortaq insanın davamçılarıdır. bildirir ki, tədqiqat nəticəsində məlum olub ki, mav

.

Ən ağıllı insanlar bu qan qrupundan olurlar

Yaponiyada alimlərin apardığı testlər dünyada hansı qan qrupundan olan insanların daha intellektli olduğunu üzə çıxarıb. xəbər verir ki, keçirilən testdə zəka səviyyələri qan qruplarına görə sıralanıb. Qan qrupu testind

.

"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.  xəbər verir ki, konfransın əvvəlində Dövlət Himn

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sac duzumleri geyim seçimi kosmetika mehsullari cizgi filmi kartof maskasi uz ucun yay kolleksiyasi 2025 allergik xəstəliklər oyunlar vətənə aid atalar sözləri oxu az usaq seirleri novruz
OSZAR »