İntihar edən azərbaycanlı məşhurlar- MÜƏMMALI SƏBƏBLƏR

İntihar edən azərbaycanlı məşhurlar- MÜƏMMALI SƏBƏBLƏRHeç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur.

Dünya elmi və mədəniyyəti tarixində saysız-hesabsız intihar edən şəxsiyyətlər tanıyırıq. Bunlardan Sokrat, Edqar Allan Po, Ernest Heminquey, Stefan Sveyq, Henrix von Kleist, Cek London, Valter Benjamin, Virciniya Vulf, Vladimir Mayakovski, Silviya Plat, Sergey Yesenin, Van Qoq, Merilin Monro, Dalida, Lüdviq Bolsman, Alan Türniq və başqalarını misal göstərmək olar.

Ölümlərin arasında ən çox diqqət çəkən də elə intihardır. Heç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur. İntihar kimilərinə görə, ruhi xəstəlik, acizlik, günah, kimilərinə görə isə cəsarət və qəhrəmanlıqdır. Əlbəttə, mənə görə də bunlardan biri doğrudur. Amma hansını doğru bildiyim özümdə qalsın, çünki heç birinin mütləq olmadığına əminəm. Axı həyatda mütləq olan tək bir şey varsa, o da heç bir şeyin mütləq olmamasıdır. Bizim coğrafiyamızda şəxsiyyətlərin çox az bir qismi intihar edib. Çünki onlar ya intihar edəcək həddə çatmadan öldürülüblər, ya da ölümdən qorxduqları üçün bütün üstün təbəqələrə yarınmaq kimi rahat yolla gediblər. Hərçənd, ikincinin mənəvi baxımdan nə dərəcədə rahat olduğunu bilmirəm. İntihar edən şəxsiyyətlərimizdən biri Rəşid Axundovdur. O, mühəndis, tərcüməçi olmasına rəğmən, daha çox Mirzə Fətəli Axundovun oğlu kimi tanınır. Avropada təhsil aldığı müddətdə ailəsi ilə məktublaşması "Brüsseldən məktublar" adlı tarixi əsərə çevrilir, həm də dildən-dilə dolaşıb əfsanələşir. 1909-cu ildə özünü tapança ilə vuraraq intihar edir. İntihar etməsinə səbəb kimi ruhi sarsıntıları, depressiya göstərilir. Digər intihar isə heç bir ruhi sarsıntıya söykənməyib. Tamamilə dəyərlərə və mal-mülk itirmək qorxusuna görə baş verdiyini düşünə bilərik. Bu, məşhur neft sahibkarı, Bakı milyonçusu Murtuza Muxtarovun intiharıdır. Qızıl Ordunun Bakını işğalı zamanı iki bolşevikin onun sarayına daxil olmasını özünə təhqir sayır. Öz silahı ilə bir bolşeviki, daha sonra özünü vurur.

1963-cü ildə daha bir intihar hadisəsi Azərbaycan tarixinə düşür. "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmləri ilə tanınan rejissor Lətif Səfərov özünü ov tüfəngi ilə vurur. 43 yaşında intihar edən rejissor tanınmış sənətkarımız Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir.

Yazıçı Məsud Əlioğlu da intihar edən şəxsiyyətlərimiz siyahısındadır. O, Sovet dövründə Hüseyn Cavidə bəraət qazandıran məqalələr yazmış, Hüseyn Cavid haqqında monoqrafiyalar çap etdirmişdir. Buna görə də rejimin düşməninə çevrilən yazıçı təqib olunmuşdur. Çap olunmamaq, təqib olunmaq, ailəsini təhlükəyə atmaq kimi problemlərlə üz-üzə qalan yazıçı bunlara dözməyərək 44 yaşında intihar etmişdir. Məsud Əlioğludan iki il sonra şair Sərdar Əsəd də intihar edir. İçkiyə qurşanan, işsizlikdən əziyyət çəkən, əsəbləri pozulan şair Sərdar Əsəd 45 yaşında həyatına son verir. Onun da intiharına səbəb kimi Sovet rejiminin senzurası, təqibləri göstərilir.

Ən müəmmalı intiharlardan biri isə aktyor Çingiz Şərifovun intiharıdır. "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki rolları ilə məşhurlaşan aktyor 1990-cı ilin 31 dekabrında özünü dənizə ataraq intihar edir. Onun ölümünün səbəbləri, təfərrüatları haqqında heç bir məlumat yoxdur. Hətta müasir dövrdə Çingiz Şərifov haqqında məlumat əldə etmək üçün axtarılacaq mənbə tapmaq müşkül məsələdir. Bu intihar hadisəsi, çox güman ki, Azərbaycan tarixinin ən müəmmalı intihar hadisəsidir.

Müasir dövrdə də tanınmış sənət adamlarının intihar xəbərləri tez-tez gündəmi zəbt etdi. Bunlardan biri 2014-cü ilin avqust ayının 24-də özünü asan gənc müğənni Sura Əsgərlinin, digər isə 2015-ci ilin dekabr ayının 25-də gecə saatlarında özünü yaşadığı binadan atan Elvin Ordubadlının intiharıdır. Hər iki gənc sənətçinin intihar səbəbləri hələ də müəmma olaraq qalmaqdadır.

///sputnik

Xəbərlər     Baxılıb: 2120   Tarix: 13 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır. İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-Yor

.

Bu 4 qida ömrünüzü qısaldır

Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzrə mütəxəssis Dan Buettner vacib xəbərdarlıq edib. O bildirib ki, bəzi qidalar var ki, onları sadəcə azaltmaq yox, ümumiyyətlə mətbəxə buraxmaq olmaz. Buettneri

.

Şirin bir işarə: Yuxuda şokoladlı dondurma görməyin 6 fərqli yozumu

Yuxular həyatımızın gizli mesajlarını daşıyan bir körpü kimidir. Onların içində şirin və ləzzətli simvollar da var ki, bu da insan psixologiyasının və daxili arzularının əksidir. Bu simvollardan biri də şokoladlı dondurmadır

.

Yay aylarında bu qidalardan uzaq durun – Mütəxəssis xəbərdarlığı

Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artırır. xəbər verir ki, qida təhlükəsizliyi üzrə rusiyalı ekspert Yelena Spetsenko bildirib ki, xüsusilə zülal tərkibli və tez xarab olan məhsullar bu fəsild

.

Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?

Bir qisim insanlar konservləşdirilmiş məhsulları istehlak etmeyi sevir. Dadlı, həm də hazırlanması rahat məhsullardan biri də ət və balıq konservləridir. . Bu məhsullar yəqin ki çoxlarının dadına yetişib. Ancaq, konservləşdirilmi

.

Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar

Gizli şəkildə inkişaf edən, lakin gec aşkarlandıqda ciddi fəsadlara yol açan şəkərli diabet (xalq arasında "şəkər xəstəliyi" kimi tanınır) bu gün getdikcə daha çox insanın gündəminə çevrilir. xəbər verir ki, bəzə

.

Mahnı insanın ruhuna necə təsir edir?

Musiqi insanın ruhunu oxşayan vasitə olsa da, bəzən mənfi bəzən də müsbət təsir göstərir. Bu, musiqinin növündən, janrından asılı ola bilir. Psixoloq Könül İsmayılova -a deyib ki, musiqinin insan həyatında  xüsusi rolu var: 

.

Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı

"Vəqərli piy" kimi tanınan visseral yağ qarın boşluğunun dərinliklərində yerləşir və mədə, qaraciyər, bağırsaq kimi həyati vacib orqanları əhatə edir. . xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, həkim Sim

.

Yaşlı insanlar üçün əvəzedilməz faydaları var

Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşılaşdırır və yaşlılarda yaddaş və diqqət pozğunluqları riskini azaldır. -ın verdiyi məlumata görə, bu barədə Vyana Universitetinin "Wiener Kinderstudie

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq kosmetik vasiteler hamiləlik sobada kotlet sanamalar milli yeməklər dəri xərçənginin əlamətləri salatlar aydin sani rus dilini öyrənək 2 ci dərs aybawi atalar sözü
OSZAR »