Kişilərdə rast gəlinən qadın xəstəlikləri

Kişilərdə rast gəlinən qadın xəstəlikləriKişilər qadınlara nisbətən öz sağlamlıqlarına daha az diqqət yetirirlər. Kişilərin həkimə müraciət etmə ehtimalı qadınlardan 25% azdır və tövsiyə olunan sağlamlıq müayinələrindən keçməmək ehtimalı təxminən 40% çoxdur.
Kişilər ürək xəstəlikləri, xərçəng və tənəffüs xəstəliklərindən ölmə riski qadınlarla nisbətdə 1,5 faiz daha çoxdur. Dünyada kişilərin ömür uzunluğu da qadınlardan 5 il azdır.
Bəzi xəstəliklər gen, anatomiya və hormon səviyyələrindəki fərqlərə görə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bununla belə bəzi qadına xas xəstəliklər var ki, həmin xəstəliklərə kişilərin də tutulma ehtimalı böyükdür.
Kişilərə də təsir edə biləcək altı "qadın xəstəliyi":
Osteoporoz
Osteoporoz (sümük itkisi) sümük sıxlığını azaldır və onu sınıqlara qarşı daha həssas edir. Hər üç qadından biri risk altındadır. Hər 5 kişidən birində bu xəstəliyə rast gəlmək mümkündür. Qadınlar adətən menopozdan sonra sürətli sümük itkisi yaşayırlar. 65-70 yaş arasında kişilər də təxminən eyni sürətlə sümük kütləsini itirirlər.
Böyrək və qalxanabənzər vəz problemləri
D vitamini çatışmazlığı uzun müddət steroidlərə və xərçəng müalicələrinə məruz qalma riskini artırır. Bu xəstəliklər də qadınlarda daha çox rastlansa da, kişilərdə də olma ehtimalı var.
Süd vəzi xərçəngi
Qadınlar daha çox döş toxumasına malik olduqları üçün kişilərə nisbətən daha çox süd vəzi xərçənginə tutulurlar. Dünyada bütün süd vəzi xərçənglərinin yalnız 1%-i kişilərə aiddir. Araşdırmalar göstərir ki, say hər il daha da artır. Çünki kişilər nadir hallarda bu xəstəlikdən şübhələnərək ilk simptomlara reaksiya verirlər. Adətən kişilərdə bu xəstəliyin diaqnozu inkişaf etmiş mərhələdə qoyulur. Daha çox artıq çəkili kişilər risk altındadırlar. 
Sidik yollarının infeksiyaları
Sidik yollarının infeksiyaları qadınlarda daha çox rast gəlinir, lakin kişilərdə də baş verə bilər, xüsusilə prostat böyüməsi, böyrək daşları və ya uretranın anormal daralması olan kişilərdərast gəlmə ehtimalı böyükdür.
Depressiya
Qadınlarda hormonal dəyişikliklər, sosial-mədəni rol fərqlilikləri, sosial həyatda həddindən artıq yüklər və cəmiyyətin təzyiqi səbəbiylə depressiya diaqnozu kişilərə nisbətən iki dəfə çox qoyulur. Depressiya zamanı qadınlar daha tez-tez kədərlənir və ağlayır, kişilər isə hirs, əsəbilik, məyusluq və cəsarətsizlik nümayiş etdirirlər. Depressiyada olan kişilər siqaret və ya spirtli içkilərdən daha çox istifadə edirlər. Bu səbəbdən də onlarda bu diaqnoz daha gec qoyula bilər.
Osteoartrit
Osteoartrit (kalsifikasiya), artritin ən çox yayılmış formasıdır. Bu xəstəlik oynaqlarda ağrı, sərtlik və ödem ilə özünü göstərir. Milyonlarla insanı narahat edən bu problem daha çox qadınlarda rast gəlinir. Araşdırmalar göstərir ki, 50-60 yaşlı insanlar arasında qadınlarda bu xəstəlik təxminən 3.5 dəfə daha çox rast gəlinir.
Sevinc Hüseynova
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1529   Tarix: 08 mart 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin sayti toy gecesi qadin dunyasi halva reseptləri hamileliyi pozmaq ucun kakos yagi paltarlar 2025 rəksanə əqrəb novruz hakısdası qaynanaya aid arıqla
OSZAR »