Körpələrin düzgün qidalanmasının əhəmiyyəti

Körpələrin düzgün qidalanmasının əhəmiyyətiQidalanma həyatın hər mərhələsində çox vacib məsələdir. Doğulandan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Həmin dövrdə sağlam və düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə və laktasiya dövründə düzgün qidalanması və bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.
Qida Təhlükəsizliyi İnstitutundan mütəxəssislərinin körpələrin düzgün qidalanması haqqında hazırladıqları məqalədə bu barədə məlumat verilir.
Yeni doğulmuş körpə üçün ən uyğun qida ana südüdür. Ana südü altı ay ərzində körpələrin bütün ehtiyacını ödəyən fizioloji, körpəyə uyğun spesifik qidadir. Əsrlər boyu insanlar arasında ana südü körpələrin qidalanmasında əvəzedilməz qida olaraq yer alıb. Ana südü təkcə körpələrin deyil, ananın da sağlamlığına təsir edir. Doğuşdan sonra gələn ilk süd-maye həcminə, görünüşünə, tərkibinə görə fərqlənən kolostrumdur (maloziva). Doğumdan sonra ilk günlərdə ifraz olunan kolostrum sekretor İg A (immunoqlobulin A), laktoferrin kimi immunoloji komponentlərlə və epidermal böyümə kimi inkişaf faktorları ilə zəngindir. Ana südü yeni doğulmuş uşağa lazım olan bir çox vitamin və minerallar ehtiva edir. Ana südündə bir çox mikroelementlərin, A, B1, B2, B6, B12, D kimi vitaminlərin miqdarı ananın qidalanması və orqanizmində depolanmasından asılı olaraq dəyişir. Ana südünün tərkibində K vitamini az olduğundan Amerika Pediatriya Akademiyası onun inyeksiyasını tövsiyə edir. Həmçinin kifayət qədər günəş şüası qəbul etməyən anaların südündə D vitamini çatışmazlığı da yarana bilir.
Ana südündə olan immunoloji faktorlar körpəni infeksiyalardan, bir çox xəstəliklərdən (sətəlcəm, otit, ishal, mədə-bağırsaq traktının infeksiyaları, meningit, qızılca və s.) qoruyur. Ana südü körpələrin immun sistemini gücləndirir və sonrakı dövrlərdə allergik reaksiyaların, diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Körpələrin həzm sistemi üçün "mükəmməl qida" adlandırılan ana südünün komponentləri - laktoza, zülal (zərdab, kozein) və yağlar yeni doğulmuş uşaq orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Həmçinin araşdırmalar sübut edir ki, ana südü idrak proseslərinin inkişafına kömək edir. Ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi, zəka testlərində göstərdikləri nəticələr digərlərinə nisbətən daha yüksəkdir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafı, təmkinli, xeyirxah olması ilə də seçilirlər.
Təxminən 6 aylıq bir dövrdən sonra körpənin enerji və qida maddələrinə olan tələbatını ödəmək üçün əlavə qidalara ehtiyac duyulur. Böyüyən və hərəkətliliyi artan körpənin əlavə qidalanmasına vaxtında başlanmalı, tərtib edilən qida rasionu uyğun və daha sağlam olmalıdır. Əlavə qidalara gec başlanması körpənin böyümə və inkişafının ləngiməsinə, vitamin və mineral çatışmazlığına, eləcə də çeynəmə aparatının formalaşmasında problemlərə səbəb ola bilər. Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi məhz körpə yaşlarından səmərəsiz qidalanma ilə şərtləndirilir.
Əlavə qidalara keçid zamanı zülal tələbini ödəmək çox vacibdir. 6-12 ayda zülal ehtiyacı yeni doğulmuş körpələrə nisbətən daha yüksəkdir. Körpələrdə əsas enerji mənbəyi yağlardır. Ana südündəki yağ miqdarı enerjinin 40-55 faizini təşkil etdiyi halda, əlavə qidaların əksər hissəsi karbohidratlardan ibarət olduğu üçün enerji səviyyəsi bir qədər azalır. Körpə uşaqlar üçün hazırlanan əlavə qidaların çoxunu taxıllar təşkil edir. İnkişaf etmiş ölkələrdə taxıllar, nişasta ehtiva edən köklər, kök yumruları, tərəvəzlər əlavə qida kimi geniş istifadə olunur. Nişasta və karbohidrat körpələrin qidalanması üçün əvəzolunmazdır. Körpələrin qidalanmasında istər bitki mənşəli, yəni taxıllar, kök bitkiləri, meyvə-tərəvəz və paxlalılara, istərsə də heyvan mənşəli qidalara - ət, qaraciyər, balıq, dəniz məhsulları, yumurta, süd və süd məhsullarına üstünlük verilməlidir. Rasiona mütləq gündəlik olaraq isti duru yeməklər əlavə edilməlidir.
Təzə inək südü inkişaf etməkdə olan və böyüyən uşaqlar üçün zəngin qida maddəsidir. Lakin bəzi ölkələrdə inək südünün 9 aydan tez istehlak edilməsi məsləhət görülmür. İnək südü dəmir çatışmazlığı anemiyasına səbəb olur. ABŞ və İngiltərədə 1 yaşdan, Kanada və Danimarkada 9 aydan, İsveçdə isə 10-cu aydan sonra körpələrə inək südünün istehlakı tövsiyə edilir. Pendir, kefir və qatıq fermentasiya olunmuş süd məhsullarıdır. Körpələrin qidalanmasında pasterilizasiya olunmuş süddən hazırlanmış duzsuz pendirdən 9-cu aydan etibarən az-az istifadə edilə bilər.
Ət yüksək miqdarda zülallarla, dəmir, sink mineralları, B6, B12 vitaminləri ilə zəngindir və körpələrin qidalanmasında əvəzsiz rolu olan bioloji qidadır. Ətin tərkibində palmitik və stearin turşusu kimi doymuş yağ turşuları mövcuddur. Toyuq əti isə daha çox zülal, riboflavin, niasin, B6 və B12 vitaminləri ilə zəngindir. Ətin lifli quruluşu körpələr tərəfindən daha çətin mənimsənildiyindən tərəvəz pürelərinin içərisinə döyülmüş və ya kiçik parçalar şəklində əlavə oluna bilər.
Qaraciyər zəngin zülal və mikroelement mənbəyidir. 1 yaşdan sonra körpələrin qidalanmasında qaraciyərdən istifadə tövsiyə edilir.
Balıq və balıq məhsulları da olduqca faydalı qida maddələrinin mənbəyidir və mütləq uşaqların qida rasionunda olmalıdır.
Yumurta zülallar, aminturşularla zəngin qidadır. Yumurta sarısı dəmir, A vitamini, B qrup vitaminləri ilə zəngindir. Salmonella riski olduğundan yumurta yaxşı bişirilməlidir. Allergiyaya səbəb olduğuna görə körpələrə altıncı aydan tez verilməsi tövsiyə edilmir.
Taxıllar - buğda, arpa, düyü, qarğıdalı, yulaf, çovdar əlavə qidalanmada ən çox istifadə olunan məhsullardır. Həmin məhsullar yüksək miqdarda (65-70 faiz) karbohidrat ehtiva edir. Mütəxəssislər həmin qidaları yüksək enerji mənbəyi olaraq dəyərləndirirlər. Əsas taxıl zülalları prolamin, qlütelin, qlobulin və albümindir. Prolamin ən az düyüdə, ən çox qarğıdalıda olur.
Meyvə və tərəvəzlər vitamin, mineral, antioksidant və lif baxımından zəngin qidalardır. Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri yeyildiyi və ya bişirilən zaman doğramaq, az suda qısa zaman ərzində bişirmək, eləcə də dərhal istehlak etmək lazımdır. Meyvə-tərəvəzin mövsümə uyğun olaraq istehlakı şərtdir, təzə sıxılmış şirəsinin isə körpələrə əsasən yeməkdən sonra verilməsi məsləhət görülür.
Əlavə qidalardan hesab olunan sıyıqları dadlandırmaq üçün bəkməz və baldan da istifadə edilir. Bəkməz karbohidrat (fruktoza, qlükoza), dəmir, kalium və kalsiumla zəngindir. Lakin bir yaşdan kiçik uşaqlara balın verilməsi tövsiyə olunmur.
Elə qida məhsulları var ki, onları rasionda məhdudlaşdırmaq lazımdır. Duzlu qidalar və şəkərin həddindən artıq qəbulu gələcəkdə bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Həmçinin qida rejiminin pozulması da körpələrdə piylənmənin yaranmasına gətirib çıxarır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xanımların DİQQƏTİNƏ: Keçən ilin günəş kremi bu gün sizi qorumaya bilər

Günəş kremi dəri sağlamlığını qorumaq və günəşin zərərli UV şüalarından dəriyi müdafiə etmək üçün vacibdir. Ancaq bu mütləq qoruma vasitəsini düzgün istifadə etmək lazımdır ki, onun təsiri maksimum olsun. Günəş kremi istifad

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Sirkəli suyla tərəvəz yuyanlara pis xəbər

Sağlam qidalanmanın vacib şərtlərindən biri təmiz meyvə və tərəvəz istehlakıdır. Lakin bazarlardan və marketlərdən alınan məhsulların çoxu müxtəlif pestisid və kimyəvi maddələrlə işlənmiş olur. Çoxları bu zərərli qalıqlarda

.

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub. xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığ

.

Dırnağınız tez qırılırsa, bunları edin

Son zamanlar bir çox insanın qarşılaşdığı problemlərdən biri dırnaqların tez-tez qırılmasıdır. xəbər verir ki, dırnaqların zəif və qırılgan olması həm estetik baxımdan, həm də sağlamlıq baxımından narahatlıq yaradır. . Dırnaqları

.

Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB

Yaz fəsli gəldikdə təbii ki, çiyələk bu mövsümün ən sevilən meyvələrindən biridir. Ətri və parlaq qırmızı rəngi ilə insanı özünə çəkən bu giləmeyvə, həmçinin sağlamlıq üçün də bir çox faydalı təsirə malikdir. Tərkibində bo

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları

Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır. Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşa

.

Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz oxşaya bilər. Ayaqlarınızı belə gözəl və sağlam saxlamaq üçün varikoz damarlarının qarşısını almaq vacibdir. Ayaqları və damarları optimal şəkildə necə qoruma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az maskalar yay kolleksiyasi yaz geyimleri 2025 salatların hazırlanması yarpizin faydalari ana və uşağın ev məktəbi azadqadin gunay əqrəb paxlava hakista toy gecesi
OSZAR »