Ölümdən sonra 3 gün içində hüceyrələr insanı yox etməyə başlayır - ŞOK FAKTLAR

Ölümdən sonra 3 gün içində hüceyrələr insanı yox etməyə başlayır - ŞOK FAKTLARİlk insan yaranandan bu günə qədər neçə milyon insan dünyasını dəyişib? Təbii ki, hər nə olursa olsun, sonumuzun ölüm olduğunu bilirik. Bəs sonumuzun ölüm olduğunu biliriksə, ölüm haqqında nələr bilirik?

Xanim.az Femida.az-a istinadən MARAQLI FAKTI TƏQDİM EDİR:

İnsan ölümdən qorxduğu qədər onun haqqında məlumatsızlıqdan əziyyət çəkir. Ölümün bir neçə növləri vardır: bioloji ölüm, tam ölüm.

"Ölümün sirləri"nə nəzər yetirək:

İnsanlıq tarixinin başlanğıcından etibarən orta hesabla 100 milyard insanın öldüyü təxmin edilir. Hansı şəraitdə ölməsindən asılı olmayaraq hər bir canlının ölümünə səbəb oksigen çatışmazlığıdır.
İnsan beyni öldükdən sonra 20 saniyəyə qədər şüurunu itirmir. Bir hamam böcəyi isə başı olmadan 9 gün yaşaya bilir.
Bəzi insanlar, hətta əksər insanlar fikirləşirlər ki, intiharların əksəriyyəti tətil vaxtlarında baş verir. Əksinə, tətil dönəmindən sonra daha çox intihar hadisələri reallaşır.
Ölülərin dəfn edilmədən əvvəl yandırılması deyilənlərə zidd olaraq ətraf üçün faydalı deyil. Əgər insan bədəni yandırılarsa, ətrafa ən zərərli qazlar ixrac olar. Ölülərin yandırılması prosesinin yayılması gələcəkdə ciddi ekoloji problemlərə, fəsadlara gətirib çıxara bilər.

İdmanla məşğul olan 200 min nəfərdən biri hər il qəflətən həyatını itirir. Bəs buna səbəb nədir? Bu cür ölüm hadisələrinin əksəriyyəti futbol və basketbol oynayarkən baş verir. Əgər müqayisə etmiş olsaq, görərik ki, kişi idmançılarda qadın idmançılara nisbətən bu kimi hal 5 dəfə daha çoxdur.
1951-ci ildən etibarən demək olar ki, heç bir amerikalı yaşlılıq səbəbindən dünyasını dəyişməyib. Həmçinin, ABŞ-da insanların 80%-i xəstəxanada ölür.

Hindistandakı zərdüştlər ölülərini qırğıların yeməsi üçün açıq havada saxlayırlar. Qırğıların çoxu isə insan və heyvan leşi yedikləri üçün ölürlər.
Çinli bir ailənin dəfn mərasiminə nə qədər çox insan gəlirsə, ailə şanslı sayılır. Dəfn mərasiminə gələnlərin sayını artırmaq üçün həmin mərasimə rəqqaslar belə dəvət edilir.
Madaqaskar sakinləri ölülərin sümüklərini torpağın altından çıxarıb, qəsəbənin ətrafında bir dəfə gəzdirdikdən sonra yenidən basdırırlar. Onlar bu mərasimə "famadihana" deyirlər.
XIX əsrdə Misirdə dəmiryolu şirkətləri torpağın altından xeyli sayda mumiya çıxarıb lokomotivlər üçün yanacaq əldə ediblər.
Nyu-Yorkda intihar edənlərin sayı cinayət qurbanlarının sayından olduqca çoxdur.
İsveçdə "Promessa" adlı şirkət ölü bədəni maye nitrogen içində doldurur və qarğıdalı nişastasından hazırlanan xüsusi bir tabut içində torpağa basdırır. Buna "ekoloji dəfn" deyilir.

Ölümdən sonra 3 gün içində insanın axşam yeməyini həzm etməsi üçün yardımçı olan hüceyrələr insanı yox etməyə başlayır. Pozulan hüceyrələr bakteriyaların bəslənməsinə səbəb olur və insan vücudu qısa bir müddət sonra çürüyür.
Bütün dillərdə ölmək kəliməsinin sinonimi var. Heç bir mədəniyyət birbaşa "ölmək" sözünü istifadə etməyi seçmir. Hər mədəniyyətin bu sözü qarşılayan bəzi deyimləri vardır. Məsələn, ana dilimizdə daha çox "vəfat etdi", "dünyasını dəyişdi", "dünyadan köçdü" kimi ifadələrdən istifadə edirik.

Ölüm haqqında məşhur insanların fikirlərinə nəzər salaq:

Sokrat ölüm ayağında etiraf edir ki, o fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür.

Məşhur yazıçımız Anar:-İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə…

Hüseyn Cavid:-Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zərərli.

Məşhur atalar sözlərimizin birində deyilir:-Ölüm haqdır.
Nə qədər yaşamağımızdan asılı olmayaraq daim gözəl və mənalı yaşamağa səy göstərək.

Femida.az

Xəbərlər     Baxılıb: 1583   Tarix: 15 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Mikroplastiklər içkilərdə gizli təhlükə? Şüşə qablar üstünlükdür, amma

Fransa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaya görə, şüşə qablar ilə müqayisədə, plastik və ya dəmir qablarda saxlanılan su, soda, pivə və şərab kimi içkilərdə mikroplastik hissəciklərin səviyyəsi xeyli yüksəkdir

.

Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi

Uqandanın Kraliça Elizabet milli parkında yerləşən bir mağarada, alimlər uzun müddət ərzində Misir meyvəyarasalarının koloniyasını müşahidə ediblər. Onlar müəyyən ediblər ki, müxtəlif yırtıcı heyvan növləri bu mağarada birbaş

.

Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb. xəbər verir ki, Vaterloo Universitetində

.

Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub. bu barədə "Nature Communications"

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Yodla zəngin qidalar

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balansı üçün vacibdir. xəbər verir ki, Yod çatışmazlığı qalxanabənzər vəz problemlərinə, halsızlığa, zehni zəifliyə və digər ciddi pozuntulara səbəb ola bilər

.

Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq

Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar risk qrupuna daxildir. xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, günəşin ən aktiv olduğu saatlarda əsasə

.

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahid

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin sayti gelinlikler toy gecesi şəbəkə sənəti balqabağın faydaları sizanaqlara qarsi resept valideynlərə məsləhət veten haqqinda bayati sac duzumleri oglaq xlor lekesi bayraq
OSZAR »