Porno asılılığı nədir? - Qadınlar ərlərinə niyə qadağan edir? - ARAŞDIRMA

Porno asılılığı nədir? - Qadınlar ərlərinə niyə qadağan edir? - ARAŞDIRMACütlüklər arasında problemli, lakin danışılmayan məsələlərdən biri də porno filmlərə baxmaqdır. Məlumata görə, pornoya baxanlar əsasən kişilərdir. Adətən, qadınlar bunu problem hesab edirlər. Onların fikrincə, bu hərəkət qadının qeyri-adekvatlığı ilə bağlıdır. Yəni kişilərin gizlin şəkildə porno izləməsi qadınların tərəfindən birmənalı qarşılanmır.
Porno filmlərə baxmağın müxtəlif səbəbləri var. Bəziləri öz cinsi həyatında arzuladıqları, lakin həm öz performansları, həm də partnyorlarının performansı baxımından qeyri-mümkün gördükləri şeylərə baxır. Kişilər öz portnyorlarının pornoya baxmasına hər zaman qarşı çıxırlar. Ona görə ki, porno film və videolarda penis ölçüsü kişilərdə haqsız rəqabət hissi yaradır. Bu səbəbdən onlar partnyorlarının bunu görüb öz cinsiyyət üzvləri ilə müqayisə etmələrini istəmirlər. Bu onlarda kompleks yaradır.
Həm kişilər, həm də qadınlar pornoya baxmağı müxtəlif rakurslardan da olsa, performanslarında problem olaraq görürlər.
Yəni pornoqrafiyanı gizli həzz kimi saxlamağın zərəri varmı?
Heç bir zərəri yoxdur. Partnyorunuzun pornoya baxmasından narahat olmamağınız üçün heç bir səbəb yoxdur, ancaq həzz almağın yeganə yolu porno izləməkdirsə, bu problem sayılır. Çünki cinsi istək, həzz və orqazm heç vaxt təkbaşına olmamalıdır. Bu zaman psixoloji terapiyaya ehtiyac ola bilər.
Porno asılılığı nədir?
Əslində bütün asılılıqların kökündə psixoloji səbəb dayanır. Xoşbəxtlik hormonu Dopamin həzz prinsipi üzərində işləyir. Etdiyimiz bir şey zövq verirsə, onu etmə tezliyimiz artır. Bu həzz beyni aktivləşdirir. Beyin mesaj verir, daha çox et, bundan həzz al mesajını verir. Təbii ki, beyin aldığı hər zövq üçün eyni miqdarda dofamin ifraz etmir. Buna görə də həzz və dopamin arasında əlaqə var. Partnyorunuzla görüşərkən daha çox dopamin ifraz edilir. Ancaq orqazm və cinsi əlaqə kimi vəziyyətlərdə bu dopamini çox daha çox ifraz edirik.
Türkiyəli psixoloq Nilsu Aksu porno asılılğının səbəblərini açıqlayıb.
Tez-tez təkrarlanan asılılıqlar insanın emosional, düşüncə və davranış mexanizminə təsir edərək sosial həyatına, iş həyatına və ailə həyatına mənfi təsir göstərir. Asılılıqlar təkcə maddə asılılığı və ya alkoqol asılılığı kimi təsvir olunmur. Bəzən qumar asılılığı, texnologiya asılılığı, internet asılılığı, porno asılılığı kimi müxtəlif sahələrdə baş verir. Porno asılılığı isə gün ərzində tez-tez pornoqrafiya saytlarını ziyarət edən və vaxtının böyük bir hissəsini pornoqrafiya saytlarına həsr edən şəxs olaraq təyin olunur.
Yeniyetməlikdən bədənimizi araşdırırıq. Beləliklə, seksuallığa doğru ilk addımı atırıq. Ancaq dopamin sistemi aktivdirsə və hər zaman aktiv qalırsa, bu bizim üçün bir riskdir. Həddindən artıq dopamin ifraz etdikdə özümüzü tox hiss edirik. Beləliklə, bir nöqtədən sonra biz zövq aldığımız şeyləri daha çox etməyə çalışırıq. Belə hallarda porno asılılığı yaranır. Ona görə də biz daha çox həzz istəyirik. Həddindən artıq dopamin ifrazı reseptoru azaldır. Ona görə də növbəti təcrübədə eyni həzzi almırıq.
2020-ci ildə aparılan bir araşdırmada pornoqrafiya saytlarına gələnlərin sayının 40% artdığı, pornoqrafiya məzmunlu bu saytların digər sosial media saytlarına nisbətən daha çox ziyarətçi cəlb etdiyi, sayta sərf olunan vaxtın kifayət qədər yüksək olduğu və tez-tez ziyarət edildiyi bildirilir. Pornoqrafiya məzmunlu səhifələrə gələnlərin sayının ayda 4 milyard baxış olduğu, bəzi pornoqrafiya saytlarının isə ildə təxminən 50 milyard baxış olduğu bildirilir. Baxışların sayı bu cür saytların nə qədər tez-tez ziyarət edildiyini də ortaya qoyur.
Pornoqrafiyaya baxmaq masturbasiya asılılığını gücləndirir. Ona görə də bu vəziyyət getdikcə adiləşir. Bu tip vəziyyət kişilərdə erektil disfunksiyaya səbəb olur. Həddindən artıq mastürbasyon dopamin aclığına səbəb olur. Bu tip vəziyyət normal seksuallığın insanı stimullaşdırmasına maneə olur. Yəni cinsi əlaqədən həzz almadığınız üçün erektil disfunksiya yaşayırsınız. Digər tərəfdən baxdığınız pornoqrafiya yayımları sizə psixoloji olaraq çox təsir edir. Bu vəziyyət partnyorunuza olan sevginizin itməsinə səbəb olur. Çünki şişirdilmiş vizuallıq normal insan seksuallığını üstünlük təşkil etmir.
Evliliklərə necə təsir edir?
Bu cür təcrübələr bir müddət sonra cinsi istəkdən uzaqlaşmağa səbəb olur. Dopamin reseptorlarının azalması pornoqrafiyaya daha çətin baxılmasına səbəb olur. Digər tərəfdən, depressiya və narahatlıq kimi psixoloji pozğunluqların ortaya çıxmasını da artırır.
Porno asılılığı qadınlara qarşı zorakılığa və məişət zorakılığına da təsir göstərir.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 4004   Tarix: 21 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar gozel gorunmek qadın geyimi mede siresi sellulit aybasi qani ile cadu yuxu yozmalar pehriz novruz bayramına aid hakışda novruza aid hakışda cekc pornuxa novruz bayramina aid hakista
OSZAR »