Qadınlar üçün yeni gigiyenik vasitə - AYBAŞI FİNCANI

Qadınlar üçün yeni gigiyenik vasitə - AYBAŞI FİNCANIHər bir sağlam qadının hər ay  üzləşdiyi narahatlıqlardan biri kimi menstruasiyanı qeyd etmək yerinə düşər.
Aybaşı müddətində məlum səbəblərə görə qadına əminlik verəcək müxtəlif növ şəxsi gigiyena vasitələri icad edilmiş və istifadə edilməkdədir. Bu gigyenik vasitələr diş fırçası və ya sabun qədər əhəmiyyətli və istifadəsinə böyük tələbat olan məhsullar sırasındadır. Elm və müxtəlif texnologiyalar inkişaf etdikcə, aybaşı məsələlərinə yanaşma da dəyişir. Nəticədə aybaşı fincanları kimi yeniliklər meydana gəlir.
Aybaşı fincanı nədir?
Aybaşı fincanı çoxdəfəlik istifadəyə yarayan qadın gigiyenası vasitəsidir. Qıfvari formaya malik olan, yumşaq silikon və ya lateks rezindən hazırlanan, asanlıqla qatlanan, uşaqlıq yoluna daxil edilərək menrtruasiya ifrazatlarını özündə toplayan və sızmasına imkan verməyən kiçik bir əşyadır. www.healthline.com qeyd edir ki,  digər vasitələr-bez və ya tampon ifrazatı özünə hopdurduğu təqdirdə, sözü gedən fincanlar həmin ifrazatları tutub-toplamaq prinsipi ilə işləyir.
Qadınlar üçün yeni gigiyenik vasitə - AYBAŞI FİNCANISözsüz ki, bütün çoxdəfəlik vasitələr kimi aybaşı fincanlarının istifadəsi zamanı gigiyenik qaydalar mövcuddur və onlara riayət olunmalıdır. İlk növbədə fincan sutka ərzində ən azı 2-3 dəfə çıxarılıb boşaldılmalı, sabunlu su ilə yuyulmalı, qurulandıqdan sonra uşaqlıq yoluna yenidən yerləşdirilməlidir. Yerləşdirərkən əllərin təmiz olmağı da mühüm gigiyenik qaydalardan biridir.  Aybaşı bitdikdən sonra fincanı qaynayan suda sterilizasiya etmək tövsiyə olunur. Düzgün qulluq olunarsa, aybaşı fincanları 6 aydan 10 ilə qədər yararlı və işlək vəziyyətdə ola bilər.
Aybaşı fincanlarının digər vasitələrlə müqayisədə üstünlükləri nədədir?
Cibə dostdur. Çoxistifadəli olduğu və uzun müddət istifadəyə yaradığı üçün hər ay aybaşıya dair şəxsi gigiyena vasitələrinin alınmasına ehtiyac qalmır.
Təhlükəsizdir. İfraz olunan qanı özünə hopdurmadığından qadınlarıToksik Şok Sindromu (TŞS) riskinə atmır. TŞS tampon istifadəsi ilə əlaqədar olan nadir bir bakterial infeksiyadır. Bu sindromun əlamətləri qızdırma, səpki, dərinin soyulması və aşağı qan təzyiqi ola bilər.
Daha çox ifrazat saxlaya bilir. Tampon və bezlərdən fərqli olaraq, fincan daha çox ifrazatı tutub saxlaya bilir. Nəticə daha az ayaqyoluna dəyməyə ehtiyac olacaqdır, çünki, 12 saata qədər saxlama qabiliyyəti var. Həmçinin hər dəfə təbii ehtiyacları ödədikdə yuyunmaq üçün tampon kimi (hər 4-8 saatdan bir) onu çıxartmağa və ya bez kimi (hər 3-4 saatdan bir) dəyişməyə ehtiyac olmur. Aybaşı fincanları gecələr daha rahat yatmağa imkan verir.
Təbiətə zərər yetirmir. Çoxdəfəlik, ekoloji səmərəli digər məhsullar kimi aybaşı fincanları uzun müddətli istifadəyə malikdir. Digər tərəfdən ətrafı zibilləyən tampon və bezlər kimi zibillikləri doldurmur, küçələrdə ayaq altında rast gəlinmir.
Qoxunun qarşısını alır.  www.webmd.com tibbi saytın verdiyi məlumata görə aybaşı zamanı ifraz olunan qan hava ilə təmada olarkən, xoşagəlməz qoxuya səbəb ola bilər. Lakin aybaşı fincanı hava ilə heç bir təmasa malik olmadığından qoxuya da əsas olmur.
Hər bir əşya və məhsulda olduğu kimi aybaşı fincanlarının da bir neçə narahatlğı var:
- Düzgün ölçü və uyğun olanı tapmaq gərəkdir.
- 2011-ci ildə aparılan araşdırmalara görə aybaşı fincanları bəzi qadınlarda uşaqlıq yolunda qıcıqlanmaya səbəb ola bilər.
- Aybaşı fincanının yerləşdirilməsi və çıxarılmasına bir qədər vərdiş etmək gərəkdir.
Mənbə: Vib.az
/
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1682   Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yemek reseptleri toy makiyaji sekilleri hamilelikde qidalanma sobada kotlet bürclər və illər daginiq skleroz mualicesi qısa saçların yığılması ağır itki əqrəb hakista dieta cinsi
OSZAR »