Qara yemişanın faydaları

Qara yemişanın faydalarıQara yemişan bir metr boylarında olan yemişan kolunun meyvəsidir. Onun yarpaqlarının uzunluğu 3 santimetr, meyvəsi kiçik, çiçəkləri ağ və ya çəhrayı rənglərdə olur. Qara yemişandan mürəbbə, kompot və şərab hazırlamaq üçün istifadə edilir.
100 qram qara yemişanın tərkibində olanlar:
- Zülallar - 1 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 6,6 qr
- Su - 87,7 qr
- Kalori - 39 kKal.
Qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha çox faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır. Qara yemişan hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. O sinqa xəstəliyinin qarşısını alır, orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə təsir bağışlayır. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur. Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilir. O qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Qurumuş yemişan dəmləməsi də orqanizmə eyni təsiri bağışlayır. Dəmləməni hazırlamaq üçün 1 qaşıq yemişan qurusunu 15 dəqiqə qaynadıb içmək lazımdır. Qara yemişanın yarpaqları da orqanizm üçün çox faydalıdır. Yarpaqlarının dəmləməsindən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. Qara yemişanın yarpaqlarının dəmləməsi ürək xəstəlikləri və qəbizlik zamanı istifadə edilir.
Davamlı olaraq yemişan yemək və ya onun dəmləməsini içmək görmənin yaxşılaşmasına və bəzi göz xəstəliklərinin sağalmasına səbəb olur. O orqanizmdən radioaktiv zərərli maddələrin, ağır metal zəhərlənmələrinin xaric olmasına səbəb olur.
Qara yemişan dəmləməsi qanın laxtalanmasının qarşısını alır. Onu yaşlı adamlara fiziki gücünü bərpa eləmək məqsədilə təyin edirlər.
Qara yemişanın xərçəng hüceyrələrinə qarşı mübarizə aparması elmdə öz sübutunu tapıb. Qara yemişan az kalorili giləmeyvələrdəndir. Onun tərkibində şəkər, zülal, orqanik turşular(benzoy, limon, alma, sirkə və s.), liflər, qətran maddələr, rəngli maddələr və pektin var.
Onun tərkibi karotin, C, A, B, K, P, PP vitaminləri ilə zəngindir. Bu vitaminlərin qarışımı isə kapilyar vena damarlarının genişlənməsinə səbəb olur. 100 qram qurudulmuş qara yemşanın tərkibində olanlar:
- B1 vitamini - 0,02 mq
- B2 vitamini - 0,02 mq
- PP vitamini - 0,3 mq
- C vitamini - 16 mq
- A vitamini - 0,29 mq
- Kalsium - 16 mq
- Fosfor - 13 mq
- Dəmir - 0,8 mq.
Onu həddindən çox miqdarda qəbul eləmək olmaz. Bu əzələlərin funksiyasına pis təsir edə bilər və əzələlərdə oksigen azlığı əmələ gələ bilər. Hamilə və uşaqəmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyyatlı olmalıdırlar. Bu onlarda intoksikasiyaya və uşaqda allergiyaya səbəb ola bilər.
Öd kisəsinin diskineziyası zamanı qara yemişandan istifadə eləmək məsləhət deyil. Bu öd kisəsinin kəskin xəstəliklərinə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 20 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər yeməyində "bəh-bəh"lə yeyilən bu tərəvəz acqarına zərərli imiş

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər yeməyində bol istifadə edilən çiy pomidorun əslində acqarına yeyildikdə bəzi insanlar üçün təhlükəli olduğu üzə çıxıb. bildirir ki, mütəxəssislərin fikrincə çiy pomido

.

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ayranın içinə 1 qaşıq əlavə edin – Faydaları say-say bitmir

Yay aylarının ən sevilən içkilərindən olan ayran təkcə təravətləndirici təsiri ilə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə diqqət çəkir. Su, qatıq və duzun harmoniyası ilə hazırlanan ayran bədəni sərinlətməklə yanaşı

.

Saç yuyarkən suyun temperaturuna diqqət edin – mütəxəssisdən vacib tövsiyələr

Saçınızı çox isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir. Bu, təkcə saçlara deyil, həm də dəriyə mənfi təsir göstərə bilər. xəbər verir ki, məşhur stilist və saç baxımı üzrə mütəxəssis Rossano Ferretti saç yuma zaman

.

Bu maddəni qəbul edən kişilərin uşağı olmur

Süni şirinləşdiricilər illərdir "kalorisiz şirinlik" vəd etsə də, görünən odur ki, bu maddələrin bədənə təsiri düşündüyümüzdən qat-qat ağır ola bilər. xəbər verir ki, ABŞ-də çıxan nüfuzlu Environmental Health Perspective

.

Gündə nə qədər gilas yemək olar?

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. . xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışa

.

Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Yuxuda çığırmaq və əl-qol atmaq Parkinson və demensiyanın erkən əlaməti ola bilər. Əgər bir insan yuxu zamanı çığırır, əl-qol və ya ayaq hərəkətləri edirsə, bu hal ciddi nevroloji problemlərin - Parkinson xəstəliyi və y

.

Gecələr tez-tez tərləyənlər diqqət - Xərçəngin gizli əlaməti ola bilər

Gecə vaxtı yaşadığınız bəzi sadə görünən hallar əslində ciddi xəstəliklərin xəbərçisi ola bilər. Britaniyada aparılan son araşdırmalar gecə tərləməsi və yuxusuzluq kimi simptomların, xüsusilə də lenfoma (qan xərçəngi növlərində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim necə seçməli kosmetik vasiteler toy gecesi insani ariqladan qidalar dırnaqlara qulluq kisi ve qadin intim munasibetleri balıq yağı mikayıl abdullayev qz eviyçun hakışta xocali azerb clpaq qadinlari ariqlamaq
OSZAR »