Quru meyvələrin faydası

Quru meyvələrin faydasıHal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, lakin həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasındadır ki, bu meyvələrin bir çoxusu uzaq cənub ölkələrdən gətirilir, kal şəkildə yığılır, yaxşı saxlanılması üçün müxtəlif konservantlar və digər kimyəvi maddələrlə işlənilir (məhz bu səbəbdən onlar xarab olmur, onlara qurd düşmür). Bütün bunlar isə bu meyvələri insan orqanizmi üçün xeyirli yox, ziyanlı edir.
Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür. Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə kömək edəcək.
Bişmiş çuğundurla qara gavalı salatı da bağırsaqları çox yaxşı işlədir və bundan əlavə orada yığılmış  toksin, şlaklar və digər ziyanlı maddələri çölə çıxardır.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir,  ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.
Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan insanlar üçün əsl təbii dərmandır.
Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar, hamilə qadınlar üçün olduqca faydalıdır.
Alimlərin fikirinə görə, ərik qurusu onkoloji xəstəliklərin profilaktik vasitəsidir.
Sidikqovucu preparatların əksər hissəsi orqanizmdən kalium elementini yuyub çıxardır. Bu səbəbdən bu preparatları qəbul edən insanlar öz rasionuna mütləq ərik qurusunu daxil etməlidirlər.
İnfarkt keçirmiş insanlar da bu faydalı meyvə qurusunu daim qəbul etməlidir.
Diqqətinizə ürək üçün çox faydalı olan təbii dərman təqdim edirik. 200 qr qoz, 200 qr  qara kişmiş, 200 qr ərik qurusu ətçəkən maşınından keçirilir, 200 qr bal əlavə olunur və qarışdırılır. Alınmış qarışığın 3-4 çay qaşığını hər gün qəbul edin. "Müalicə kursu" qeyri-məhduddur. Bu dərmanı sağlam insanlar da qəbul edə bilər.  Bu əla profilaktik vasitədir!
Kişmiş də ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur, osteoporoz (yaşlı insanlarda sümüklərin kövrək olması) zamanı və bu pozulmanın profilaktikası üçün çox xeyirlidir, yaddaşı yaxşılaşdırır.
Qara kişmiş qanın tərkibini yaxşılaşdırır, damarları təmizləyir.
Kişmiş öskürək zamanı da yaxşı kömək edir. Kişmişi qaynar süddə isladın və sonra bu südü için, kişmişi isə yeyin.
Əncir qurusu ürək-damar sistemi xəstəlikləri, bronxial astma, öskürək zamanı olduqca faydalıdır, qəbizliklə mübarizədə də yaxşı kömək edir, iltihabəleyhinə təsir edir, bağırsaqlarda yaşayan parazitləri (qurdları) yox edir.
Əncir qurusu xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.
Öskürəklə mübarizədə bu kimi vasitə yaxşı kömək edir: 3-4 quru əncirin üzərinə 1 stəkan qaynar süd tökün və 30 dəqiqə saxlayın. Daha sonra ənciri süddən çıxardın, ələkdən sıxın, südlə qarışdırın və 1/2 stəkan olmaqla gündə 3-4 dəfə qəbul edin.
Alma qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir. 
Meyvə qurulardan fayda almaq üçün hər gün müxtəlif meyvə quruları qarışdırıb onlardan bir ovuc götürüb qəbul edin. Qəbul etdikdən əvvəl onları yaxşı yumaq lazımdır.
Meyvə qurulardan hazırlanan kompot da çox xeyirlidir. Lakin bu kompotu bişirmək lazım deyil, bu halda bir çox faydalı maddələr itir. Daha yaxşı üsul: müxtəlif meyvə qurularını yaxşı yuyun, xırda doğrayın, qarıdırın və axşamdan termosda dəmləyin. Səhər isə alınmış dəmləməni için. Bu kompota şəkər yox, bal əlavə etmək daha yaxşıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 909   Tarix: 13 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı

"Vəqərli piy" kimi tanınan visseral yağ qarın boşluğunun dərinliklərində yerləşir və mədə, qaraciyər, bağırsaq kimi həyati vacib orqanları əhatə edir. . xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, həkim Sim

.

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayı

.

Bu içki qaraciyəri piylənmədən qoruyur

"Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət təsir edir və qaraciyərin piylənmə riskini azaldır".  xəbər verir ki, bunu amerikalı diyetoloq Kelsi Mur "WellnessPulse" nəşrinə müsahibəsind

.

Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir. qafqazinfo-ya istinadən xəbər verir ki,  bu bitkinin insan sağlamlığına çoxlu faydaları və töhfələri var. Jenşenin faydalarını təqdi

.

Qan təzyiqini yaxşılaşdırmaq üçün minimum fiziki aktivlik miqdarı açıqlandı

Çox sayda insan yüksək qan təzyiqindən əziyyət çəkir və bu vəziyyət yaş artdıqca daha da ağırlaşır. . HİT.az xəbər verir ki, " saytının yazdığına görə, son tədqiqatda alimlər təzyiqin optimal səviyyədə saxlanılması üçü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir. Lakin bu faydalardan tam istifadə etmək üçün yaşı

.

Bu 4 qida qaraciyəri təmizləyir

Bədənin ən vacib detoks orqanı olan qaraciyər sağlamlığımıza birbaşa təsir edir. Bəs qaraciyəri qoruyan və onu toksinlərdən təmizləməyə kömək edən 5 əsas qida hansılardır? Budur elmi araşdırmalara əsasən qaraciyər dostu

.

Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır

Cəmi iki inqrediyentdən ibarət olan bu salat sağlamlığınızı möhkəmləndirməyə və ömrünüzü uzatmağa kömək edə bilər. Amerikalı alimlər, qan təzyiqini azaltmağa və xolesterin səviyyəsini nəzarətdə saxlamağa kömək edən sadə v

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamilelikde qidalanma kosmetika mehsullari adlarin menasi psixoloji məsləhətlər neyrosirkulyator distoniya payiz haqqinda insa qanda viruslar faydalı məsləhətlər rus dili oyunlar toy gecesi hakisdalar
OSZAR »