Şampun və losyonlarda gizli təhlükə - Xərçəng yaradan maddələr aşkarlandı

Şampun və losyonlarda gizli təhlükə - Xərçəng yaradan maddələr aşkarlandıABŞ və Böyük Britaniyada geniş istifadə olunan bir çox şampun, losyon və gözəllik məhsullarının tərkibində xərçəng riskini artıran kimyəvi maddələr olduğu üzə çıxıb.
Milli.Az xəbər verir ki, ABŞ-da yerləşən "Silent Spring" İnstitutu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bu məhsullarda formaldehid və ya onu buraxan qoruyucu maddələr mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bu maddələr uzunmüddətli istifadədə xüsusilə döş və uşaqlıq xərçəngi riskini artırır.
Tədqiqatın müəllifi Dr. Robin Dodson bildirib ki, təhlükə təkcə saç düzləşdiriciləri ilə məhdudlaşmır:
"Bu kimyəvi maddələr bədənə tətbiq olunan bir çox məhsulun tərkibində var. Onlara təkrarlanan məruz qalma ciddi sağlamlıq problemlərinə yol aça bilər", - deyə alim xəbərdarlıq edib.
Təhlil olunan 1100-dən çox məhsulun yarıdan çoxunda formaldehid buraxan maddələr aşkarlanıb. Ən çox rast gəlinən konservant isə DMDM hidantoin olub - bu maddə saç məhsullarının 58%-də, dəriyə qulluq vasitələrinin isə 47%-də tapılıb.
İnstitutun analitik kimyaçısı Elissia Franklin qeyd edib ki, əvvəlki tədqiqatlar məhsul tərkiblərini tam əhatə etmirdi:
"Losyon deyirik, amma bəziləri tamamilə təbii, bəziləri isə zəhərli maddələrlə doludur. Ətraflı şəkil yaratmaq üçün bu araşdırmanı apardıq."
Böyük Britaniyada formaldehidin istifadəsi ciddi şəkildə məhdudlaşdırılsa da, ABŞ-da bu maddələrin məhsul etiketlərində göstərilməsi məcburi deyil. Dr. Dodson bu vəziyyətin dəyişməli olduğunu deyir:
"Ən doğru yol bu maddələrin istifadəsini tamamilə qadağan etməkdir. Şirkətlər bu cür təhlükəli kimyəviləri məhsullarına əlavə etməməlidir."
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 655   Tarix: 13 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Solaxaylara pis xəbər - Bu xəstəliklərə daha çox meyllidirlər

Dünyadakı insanların təxminən 10 faizinin solaxay olduğu məlumdur. Lakin bu nadir xüsusiyyət əsrlər boyu təkcə fərqli əl üstünlüyü kimi deyil, eyni zamanda cəmiyyətlərdə sosial qərəzlərin hədəfi kimi də tanınıb. İndi is

.

İnək südündən 10 qat faydalı - Yaddaşı gücləndirir, qocalmanı gecikdirir

Kiçik görünüşünə baxmayaraq, bənzərsiz faydaları ilə seçilən küncüt toxumu, orqanizm üçün əsl mineral və vitamin anbarıdır. Mütəxəssislərə görə, küncüt inək südündən 10 qat daha faydalı olmaqla yanaşı, sümükləri möhkəmləndirir

.

Psixologiyamızın alt-üst olduğunu göstərən əlamətlər

Psixoloji vəziyyətimizin pozulduğunu göstərən bəzi əlamətlər vardır ki, bunlar bəzən adi yorğunluq və ya stress kimi görünə bilər, lakin əslində daha ciddi problemlərin xəbərçisidir. Aşağıda psixologiyanın alt-üst olduğun

.

Ürək və mədənin bədənin əks tərəfində olmasının SƏBƏBLƏRİ NƏDİR?

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir. Bəzən orqanların yerləri ilə bağlı təbii bir fərqlilik meydana gələ bilər ki, buna tibbdə "situs inversus" adı verilir. Bu nadir hal, bədəni

.

Bu ət toyuqdan iki dəfə sağlamdır: Mütləq yeməlisiniz

Sağlam qidalanmaya gəldikdə, bir çox insanlar dərhal toyuq və ya hinduşka ağlına gəlir. xəbər verir ki, ördək ətində toyuq və hinduşka ətindən xeyli çox dəmir var. 100 qram ördəkdə təxminən 2,7 mq dəmir, hinduşka qaraciyərind

.

Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir

Ağ rəngi və parlaq qırmızı toxumları ilə çiyələyi xatırladan ananaslı çiyələk, həm vizual cazibəsi, həm də tropik ananas ətirini daşıyan nadir dad təqdim edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev şəraitində d

.

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul

Makaron illərdir səhv üsulla bişirilir. bildirir ki, makaronun ən doğru bişirmə üsulu onu birbaşa sobada hazırlamaqdır. Mütəxəssislər bildiriblər ki, makaronu əvvəlcədən yarı bişirib sonra sobaya qoymaq əksinə, dadını azaldı

.

102 yaşlı Şarffenberqin uzun yaşamaq SİRRİ

ABŞ-da qidalanma sahəsində araşdırmaları ilə tanınan 102 yaşlı doktor Con Şarffenberq bir əsri geridə qoymağının sirrini açıqlayıb. xəbər verir ki, Şarffenberq bu barədə "Viva Longevity!" Yutub kanalına açıqlamasınd

.

Yataq otağınızda görünməyən zəhər: Alimlərin şok araşdırması

Tədqiqatçılar müəyyən ediblər ki, yeni tikili mənzillərin sakinləri tez-tez xəstəliklərə meyilli olurlar. . xəbər verir ki, səbəb müasir tikinti materiallarından ayrılan kimyəvi maddələrdədir. Formaldehid, benzol, toluo

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gelinlikler hamiləlik geyim və ayaqqabılar asiq zulfiyenin oglunun toyu qrip və soyuqdəymə zaur ve gunay sizanaqlara qarsi uz maskalari novruza aid hakista hüzeyir hacibəyov narin faydasi statuslar xanım az
OSZAR »