"Second hand" geyimlərin gətirdiyi gizli bədbəxtlik

"Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə "second hand" kimi tanınan işlənmiş geyimlərə üstünlük verir. Lakin belə paltarlar sağlamlıq üçün gizli təhlükə yarada bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı mikrobioloq Primrouz Fristoun xəbərdarlıq edib.
Onun sözlərinə görə, ikinci əl geyimlər müxtəlif patogen mikroorqanizmlər üçün əsl "rezervuar" ola bilər.
"Geyimlər xəstəlik törədən patogenlərin daşıyıcısıdır. Əgər satış üçün mağazaya asılmazdan əvvəl yaxşıca təmizlənməyibsə, əvvəlki sahibinin dərisindən mikroorqanizmlər qala bilər və onların arasında patogenlər ola bilər", - deyə bioloq xəbərdarlıq edir.
Ekspert hər bir insanın dərisinin yalnız artıq onda yaşayan xəstəlik törədən mikroblara uyğunlaşdığını, buna görə də bəziləri üçün təhlükəsiz və heç bir reaksiya yaratmayan mikrobun, digər insanda isə ağır xəstəlik törədə biləcəyini deyib.
O, ikinci əl paltarların potensial "sakinləri" arasında qızılı stafilokok, salmonella, bağırsaq çöpü, norovirus, rotavirus və hətta mikoz və ya keçəl göbələyi törədən göbələkləri sadalayıb.
"Onlardan bəziləri insan tərində olan amin turşuları, dəri piyi və hüceyrə zülalları ilə qidalanaraq geyimlərdə aylarca yaşaya bilər. Poliefir materiallardan hazırlanmış parçada isə, xüsusilə yüksək rütubət şəraitində, 200 günə qədər qala bilərlər", - deyə o əlavə edib.
Alan kimi yuyun
Mikroblarla bağlı riskləri azaltmaq üçün bioloq işlənmiş geyimləri təxminən 60°C temperaturda yuyucu vasitə ilə yumağı tövsiyə edir. Bu, çirklənməni və əgər varsa, patogen mikrobları da təmizləməyə kömək edəcək.
O, həmçinin çarpaz çirklənmənin qarşısını almaq üçün köhnə geyimləri yenilərdən ayrı yumağı məsləhət görür. Məhsulların antibakterial tozla məhlulda bir neçə saat saxlanması da bütün mikrobların məhv edilməsini təmin edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 972   Tarix: 14 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yayda rayonlara gedənlərin nəzərinə - Bu rənglərdə geyinməyin: Təhlükə var

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözardı etmək olmaz. xarici mənbələrə istinadla xəbər verir ki, piknik və meşə gəzintiləri zamanı parlaq rəngli paltarlar geyinmək tövsiyə olunmur. Çünki, bu cü

.

Yuxunuzu ərşə çəkin: Çox yatmağın ZƏRƏRLƏRİ

Yuxu bədənin və zehinin yenilənməsi üçün vacibdir, lakin alimlər çox yatmağın da sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər. Yuxu pozğunluğu və artıq yatma, xüsusilə uzun müddət davam etdikdə, müxtəlif ciddi sağlamlı

.

Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil. Onların bir çox faydalı xüsusiyyətləri var: qidaların təravətini qorumaq, mətbəx işlərini asanlaşdırmaq və ev əşyalarını qorumaq kimi. Göyərtiləri soyuducud

.

Soğan doğrayarkən ağlamamaq mümkündür

Soğan doğrayarkən göz yaşlarının qarşısını almaq mümkündürmü? Alimlər bu sualın cavabını tapdıqlarını iddia edirlər. xarici KİV-ə istinadla xəbər verir ki, alimlər soğanın göz yaşına səbəb olan maddəsini minimuma endirə

.

Hamilə qadınlara şad xəbər: Bu meyvə körpələrdə allergiya riskini azaldır

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün olduqca vacibdir. Son araşdırmalara görə, bəzi meyvələrin qəbul edilməsi gələcəkdə körpələrdə allergik reaksiyaların qarşısını ala bilər. Bu meyvələrdən bir

.

Bu meyvəni yeyənlər rahat yuxu yatır

Sıx iş tempi, gündəlik stress, zehni və fiziki yorğunluq bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir edir. Gecə rahat yata bilməmək və səhərlər yorğun oyanmaq artıq geniş yayılmış bir problemdir. xəbər verir ki, mütəxəssislə

.

Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin

Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır. Dünyaca məşhur sağlam həyat mütəxəssisi Dan Buettner uzun ömür və sağlam həyat istəyənlərə dörd zərərli qidanı mətbəxdən çıxarmağı tövsiyə edib. O bildirib ki, emal olunmu

.

Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olur

Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əvvəlki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər. bildirir ki, alimləri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 geyim və ayaqqabılar maskalar turşu resepti içki reseptləri xinayaxdi haxista balıqqulağı bayati namiq qaraçuxurlu novruza aid hakista novruza aid hakistalar sekis
OSZAR »