Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər

Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlərBir neçə müddətdir ki, sənətçilərə televiziya efirlərinə çıxması üçün qonorarın verilməsi məsələsi gündəmə gəlib. Xalq artistləri, müğənnilər efirə çıxmaq üçün qonağa qonorar verilməsinin vacibliyini qeyd edir.
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlərPrezident təqaüdçüsü, Xalq artisti Səidə Quliyeva bu mövzuya belə münasibət bildirib: "Qonorar biz aktyorların ən yaralı yeridir. Əvvəllər, sovet dövründə televiziyada iki cümlə danışırdıq, ifa etdiyim roldan belə qat-qat artıq qonorar alırdıq. İndi isə qonorardan söhbət belə yoxdur. Bir dəfə mənə verilişlərdən birindən təklif gəldi, söylədilər ki, sizin iştirakınız özünüz üçün reklamdır. Mən bu təklifi rədd etdim, razılaşmadım. Mənim kimi bir sənətkarın heç bir reklama ehtiyacı yoxdur. Telekanallar mütləq sənətkarların efirə çıxmasına qonorar ödəməlidir. Qonorar olmadığından sənətkarlar verilişlərə çıxmaqdan imtina edirlər", deyə bildirib. 
Bəs digər sənət adamlarının efirə çıxmaq üçün qonorar verilməsi məsələsinə münasibətləri necədir?
Tanınmış aktyor və televiziya aparıcısı Elməddin Cəfərov azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, qonorarın olması yaxşıdır, amma bugünkü gündə bu, real deyil:
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər"Bu, ola bilər, yaxşı fikirdir, sadəcə olaraq bunun üçün əvvəlcə iqtisadiyyat bərpa olunmalıdır. Pandemiyadan sonra bütün düyada iqtisadiyyat çox zəifləyib. Burada da televiziyanın əsas maliyyə dəstəyi şirkətlərə düşür, maliyyə cəhətdən də şirkətlər zəifləyib. Belə olan halda gedib televiziyaya pul istəmək real deyil. 3 ilə, 5 ilə bu fikri reallaşdırmaq olar, amma bugünkü gündə  verilişə getmək üçün əlavə qonorar istəmək düzgün deyil".
Aktyor Türkiyədə bu praktikanın olduğunu, ancaq pandemiya dönəmində kanalların sənətçilərə qonarar verməyi dayandırdıqlarını bildirib:
"Bu praktika Türkiyədə var idi, amma pandemiyadan sonra orada da dayandı". 
Müğənni, əməkdar artist Ədalət Şükürov isə azxeber.com-a açıqlamasında qonorarın olmalı olduğunu deyib:
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər"Əslində bütün dünyada bu praktika var. Bizdə yoxdur. Başqa ölkələri, məsələn, Rusiyanı götürsək, bu praktika var. Efirə çağırırlarsa, xahiş edirlərsə, qonorar olmalıdır, bu, normal bir şeydir. Biz buna öyrəşməmişik, amma bu normaldır. Bütün dünyada belədir". 
Əməkdar artist bu praktikanın formalaşmasını arzuladığını bildirib:
"Düzdür, mən heç vaxt heç kimdən qonorar istəməmişəm. Ona televiziyanın rəhbərliyi özü təyin edir, gələn qonaq da, müğənni də ona uyğundursa, gəlib iştirak edəcək. Yəni bunlar normal bir şeydir və təəccübləndirici heç nə yoxdur. Yenə deyirəm, xarici təcrübədə çoxdan var, hələ bizə gəlib çıxmayıb".
Xatırladaq ki, bir müddət öncə müğənni Xatirə İslam efirlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəmişdi. Xatirədən sonra müğənni Natavan Həbibi və reper Elşad Xose də efirlərdən qonorar istədiyini açıqlamışdılar. Onların bu iddiaları isə qalmaqala səbəb olmuşdu.
Aydın Nuri

Şou Biznes     Baxılıb: 1444   Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Sənə son 24 saat vaxt veririk! Üzr istə!' - Əməkdar artist

"Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam. xəbər verir ki, bu sözləri sosial media hesabında Əməkdar artist Mehriban Xanlarova yazıb. O,  Akademi

.

Castin Biberin 8 milyon dollar borcu var

Castin Biberin maliyyə sıxıntıları içərisində olduğu və keçmiş meneceri Skuter Brauna milyonlarla dollar borcunun olduğu iddia edilib. xarici mətbuata istinadən xəbər verir ki, Biberin 2022-ci ildə ləğv etdiyi konsert turunda

.

Bəsdirin, millətin qanını içdiniz!' - Nura

"Bir insafınız olsun. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır, bəsdirin, millətin qanını içdiniz". xəbər verir ki, müğənni Nura Suri kartlardan oğurluğu

.

Almaxanım: 'Geyimlərimi ABŞ-dən alıram

Müğənni Almaxanım Əhmədli sosial media hesabından izləyiciləri ilə söhbətləşib. xəbər verir ki, sənətçi izləyicilərin ona ünvanladığı sualları cavablandırıb. Geyimləri haqda danışan müğənni, onları xaricdən illik aldığın

.

Məşhur aktyor yeni sevgilisi ilə – FOTO

Türkiyəli aktyor Bülənt Şakrakın Burcu Kirmandan ayrıldıqdan sonra yeni münasibətə başladığı məlum olub. xəbər verir ki, aktyor sosial media hesabında yeni sevgilisi Duygu Arabacıoğlu ilə fotosunu paylaşıb. Şakrak "Bülbü

.

P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı

İnsan alveri, çoxsaylı zorlama və pedofiliyada ittiham olunan dünyaca məşhur reper P.Diddinin məhkəməsi başlayıb. xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin ilk günündə striptizçi və eskort kimi işləyən 41 yaşl

.

Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkələrdə halının pisləşməsi ilə bağlı yayılan görüntülərdən danışıb. xəbər verir ki, sənətçi o görüntülərin 10 il öncəyə aid olduğunu bildirib. Hazırda xarici ölkədə istirahətdə olduğun

.

"Ayla"nın gerçək qəhrəmanı vəfat etdi

Türkiyə istehsalı olan məşhur "Ayla" filminin əsl qəhrəmanı koreyalı Kim Eunja 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Türkiyənin Seuldakı səfirliyi məlumat yayıb. Bildirilir ki, Kim Eunja 2022-c

.

Hafsanur evlilik təklifinə 'hə' dedi

Türkiyə şou-biznesində daha bir evlilik xəbəri gündəm olub. xəbər verir ki, aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutana evlilik teklifi edib. Sancaktutan təklifə "hə" cavabını verib. Cütlüyün yaxın zamand

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yaz geyimleri 2025 gozel gorunmek hamilelikde qidalanma morugun faydalari şirniyyatlar hamilə qalmaq maskalar saç üçün xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır haxisda hüzeyir hacibəyov rus dilini oyrenek 2ci ders ana haqqinda bayati
OSZAR »