Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam - Mütəxəssisdən AÇIQLAMA

Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam - Mütəxəssisdən AÇIQLAMAŞiriniyyatı sevməyən insan demək olar ki, yoxdur. Səhərləri şirin kofe, bir fincan çayla şirin peçenye və ya bir dilim tort bir çoxumuzun imtina etmədiklərimiz daddır. Şəkər orqanizminə təkcə zavodda hazırlanmış şirniyyatlar şəklində deyil, həm də karbohidratlar, tərəvəzlər və ya meyvələr şəklində daxil olur, buna görə də qlükozanı pəhrizdən tamamilə çıxarmaq mümkün deyil.
Bəs şəkəri hansı formada qəbul etməliyik ki, orqanizmimizdə fəsadlar törətməsin?
Bütün bu suallarla bağlı qida üzrə məsləhətçi, fitoterapi, meridianterapi, akupunktura və akupressor üzrə mütəxəssis Rövşən Beybudov ilə söhbətləşdik.
Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam - Mütəxəssisdən AÇIQLAMAMütəxəssisin sözlərinə görə, şəkərdən istifadə zamanı onun sintetik olub-olmadığına diqqət etmək lazımdır:
"Qanda şəkəri normada saxlamaq lazımdır. Yəni şəkərin öz norması var. Bir sözlə, şirin qidalardan birdəfəlik imtina etmək olmaz. Sadəcə burada bir məsələ var və buna diqqət etmək lazımdır. Biri var sintetik şirin qidalar, biri də var təbii. İnsanlar qlükoza tərkibli qidalardansa fruktoza tərkibli qidalara üstünlük verməlidirlər. Əgər buna əməl etmiş olsalar, onlarda şəkərin miqdarı normada olacaq və mədəaltı vəzi də insulun sintezini özü nizamlaya biləcək. Amma problem burasındadır ki, bu gün insanların yediyi qidaların böyük əksəriyyəti sintetik qidalardır. Karamellər, şokaladlar, tortlar və.s hər hansı bir qidalar. Buna görə də, bura da məqsəd təbii fruktoza tərkibli qidaların qəbuludur. Bu isə heç bir problem yaratmır. Sadəcə mədəaltı vəzisi xəstə olan adam təbii ki, insulun sintezi edə bilmirsə bu təhlükəlidir. Amma normaldırsa heç bir həyatı təhlükə yaratmır. Yəni qlükoza orqanizmdə çatışmazsa enerji balansı pozular və bir sıra fəsadlar törədə bilər. Qlükoza artıq olanda isə damardaxili toxumaların hamısını zədələyir və funksiyalarını pozur. Buna görə də, şəkərin normada olmasına daim nəzarət edilməlidir".
Xəyal Abdullayev
Milli.Az

Xəbərlər     Baxılıb: 930   Tarix: 22 may 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xərçəng kişiləri daha çox öldürür - Qorxunc statistika

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstəri

.

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır. xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif ola

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

.

Min bir derdim dərmanı - Mixək

Mixək bitkisi çox sayda faydası olan bir bitkidir. -a istinadən xəbər verir ki, mixək bitkisi antidepressant və anksiolitik kimi işləyir və stres, depressiya və sinirlilik kimi psixoloji vəziyyətlərdə yardım edir. . Xüsusil

.

Bu meyvənin qabığını zibilə atmayın

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fit-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəs

.

İlk uğurlu beyin implantı həyata keçirildi

ABŞ-də İlon Maskın rəhbərlik etdiyi Neuralink startapı ilə məşhurlaşan beyin implantı texnologiyasında Çin də ciddi irəliləyiş əldə edib. xəbər verir ki, Çin bu sahədə klinik sınaqları uğurla həyata keçirən ikinci ölkə olub

.

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayı

.

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahid

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sac duzumleri gelinlikler qadin sayti maraqli toy ideyalari məsləhətlər bürclərin sevgi cədvəli qarağatın faydaları 8 mart veten seirleri sirin qogal narin faydasi uzeyir
OSZAR »