Süni mayalanma neçəyədir?

Süni mayalanma neçəyədir?Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Bu isə sonsuzluq hallarının artması ilə bağlıdır.
Dünyada, eləcə də Azərbaycanda hər on nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi barədə məlumatlar var. Azərbaycanda hər 100 000 qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınanların sayı təxminən 50 nəfərdir. Bununla yanaşı, qadınlar arasında sonsuzluq halları son vaxtlar iki dəfə artıb, ümumi sonsuzluğun təxminən yarısı isə kişi sonsuzluğunun payına düşür.
Amma uzun illərdir ki, sonsuzluq çarəsiz problem sayılmır, ondan əziyyət çəkənlərə ən son halda süni mayalanma tətbiq olunur. İlk dəfə süni mayalanma ilə dünyaya gələn şəxsin doğulmasından artıq 40 il keçir. Dünyada ilk süni mayalanma 1978-ci ilə icra olunub. Məhz həmin il Böyük Britaniyada Robert Edvards və Patrik Kristofer Steptou tərəfindən ilk uğurlu süni mayalanma həyata keçirilib. Ondan 32 il sonra - 2010-cu ildə Robert Edvards məhz bu işə - ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlarına görə fiziologiya və tibb üzrə Nobel mükafatının laureatı elan olunub.
E-tibb.az bildirir ki, süni mayalanma metodu ilə dünyaya gələnlərin sayı isə getdikcə artır, bu say artıq milyonlarla ölçülür. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlər üçün seçimdir. Təbii yolla, digər müalicə üsulları ilə uşaq sahibi ola bilməyən cütlüklərin razılığı əsasında laboratoriya şəraitində qadının yumurtaları həyat yoldaşının sperması ilə mayalandırılıb uşaqlıq içərisinə inyeksiya edilir. Süni mayalanma ilə uşağa qalmaq təbii yolla hamilə olmaqdan heç nə ilə fərqlənmir. Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunur.
"Reproduktiv sağlamlıq haqqında" qanun hələ qəbul olunmasa da, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsindən bəhs edən fəslinin 29-cu maddəsi süni mayalanma və embrionun implantasiyası barədədir. Qanuna görə, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və embrionun implantasiyası hüququ var. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.
Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Süni mayalanma həyata keçirən hər klinikada orta hesabla ayda 100 belə proses icra olunur. Bu işin çox az sayda mərkəzdə icra olunduğu nəzərə alınsa, ölkədə təxminən ayda 500-600 süni mayalanmanın həyata keçirildiyi aydın olur. Süni mayalanma zamanı tək rəsmi nikahda olanların deyil, hər kəsin ana, ata olmaq haqqı nəzərə alınır. Təbii ki, tibbi göstərişlər varsa. Amma qadın üçün xüsusi riskli hallar, ürək problemləri, qara ciyər, böyrək çatışmazlığı zamanı süni mayalanmanın icra olunması əslində əks göstəriş sayılır.
Mütəxəssislərə görə, 45 yaşdan sonra reproduktiv funksiyanın zəifləməsi səbəbindən qadınlarda süni mayalanma şansı çox az sayılır. Buna baxmayaraq, dünyada, eləcə də ölkəmizdə 45 yaşdan yuxarı, hətta 50-55 yaşlarda da süni mayalanma ilə övlad dünyaya gətirən qadınlar var. Qiymətlərə gəlincə, süni mayalanma qiymətləri bu gün o qədər də əlçatmaz sayılmır. Məsələn, bəzi klinikalar bunun üçün 3000-3500 manatlıq xidmət təklif edir. Hətta bəziləri klinikaların vaxtaşırı elan etdiyi süni mayalanma üçün endirim aksiyalarından da faydalana bilirlər. Özəl klinikalarda bu məbləğ, əsasən, 3500-4000-4500, bəzi hallarda 5000 manat arasında dəyişir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1352   Tarix: 06 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqları boyamağın ciddi TƏHLÜKƏSİ – Valideynlərin nəzərinə

Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözəl görünməsini istədikləri üçün onlara dırnaq boyası çəkməyi adi hal kimi qəbul edir. Ancaq bu "məsum" gözəllik oyununun arxasında hansı təhlükələri

.

Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

Uzun və sağlam yaşam üçün bu 4 qidanı evinizə daxil etməyin. sözcü-yə istinadla xəbər verir ki, dünyaca məşhur mütəxəssis Dan Buettner uzun və sağlam həyat istəyənlər üçün mətbəxdən tamamilə çıxarılması lazım olan dörd qidan

.

Alçanı duzla yeməyin ziyanları

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir. xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrində

.

Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər

Körpəniz daim qusursa, səbəb sizin düşündüyünüz kimi olmaya bilər. xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Kadir Ömər Çətin körpələrdə reflü ilə bağlı vacib açıqlamalar verib. O, bu vəziyyətin ço

.

Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olur

Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əvvəlki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər. bildirir ki, alimləri

.

102 yaşlı Şarffenberqin uzun yaşamaq SİRRİ

ABŞ-da qidalanma sahəsində araşdırmaları ilə tanınan 102 yaşlı doktor Con Şarffenberq bir əsri geridə qoymağının sirrini açıqlayıb. xəbər verir ki, Şarffenberq bu barədə "Viva Longevity!" Yutub kanalına açıqlamasınd

.

İndiki dövrün səssiz ölüm xəbərçiləri - Bunlari yeməyin

Müasir qidalanma vərdişləri sürətli həyat tərzinə uyğun olaraq dəyişməkdədir. Hazır və asan əldə olunan qidalar bir çox insanın gündəlik menyusunun əsas hissəsinə çevrilib. Lakin bu cür rahatlıq sağlamlıq üçün ciddi təhlükələ

.

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü. -ın məlumatına görə, son elmi araşdırmalar göstərir ki, avokado ürək və dama

.

İçdiyiniz suya bir parça əlavə edin - Dəyişimə inanmayacaqsınız

Son illərdə sağlam həyat tendensiyaları arasında önə çıxan üsullardan biri də çox sadə və təbii bir təcrübədir - İçdiyiniz suya bir parça şam budağı əlavə etmək. Sosial media platformalarında viral hal alan bu təklif bi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sade makiyaj sekilleri toy gecesi adlarin menasi yalan danismaq haqqinda atalar sözləri zara ayaqqabilari 2025 ancelinacoli hakışta xınayaxdı sözləri maraqlı şirin qoğal ekizler sağlıq hakista
OSZAR »