"Toylar var və necə lazımdır gedir..." - Baloğlan Əşrəfov

"Toylar var və necə lazımdır gedir..." - Baloğlan Əşrəfov"Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək".
Open.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni toyların formatının dəyişdirilməsinin imkansız ailələrə ziyanı olacağını bildirib:
"Azərbaycanın öz adət-ənənəsi var, olub və olacaqda da. Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək. Bəziləri deyir ki, toylarda pul salmaq yığışdırılamlıdır. Bu bədbəxt kasıbın balası gedib ordan-burdan pul tapıb qırx ildi toya gedir ki, balamın toyu olanda verdiklərimi geri alım. O pulla övladıma ya ev, ya da mebel alım. Hamı bunu öz arşını ilə ölçür, belə olmaz axı. Elə adamlar var ki, dövlətdən oğurluq edib, milyonları var, min dənə toy etsə, heç zərrə qədər ona təsir etməz. Ona görə deyir ki, toylarda pul salmaq yığışdırılamıdır. Adamların axı aylıq 1000 manat gəliri yoxdu axı. Bunu fikirləşmirlər?".
Müğənni musiqi dostlarının toylarda iştirak etmək üçün Moskvaya üz tutduğunu bildirib:
"Elin adət-ənənəsini kiminsə dəyişmək imkanı varsa, dəyişsin. Allah canını sağ eləsin. Dəfələrlə bu cür çıxışlarıma görə məndən inciyiblər. Amma indi musiqiçi dostlarım, tanışlarım Moskvada toya gedirlər. Onda Moskvada koronavirus yoxdur? İndi baxıram ki, bizdə də xırda toy məclisləri orda-burda olur. Amma bu oyunbazlıqları niyə görə edib pandemiyanın ayağına yazırlar, bilmirəm. Neynək, qoy yazsınlar, özləri bilər".
B.Əşrəfov insanları çaş-baş salan mütəxəssislərin də fəaliyyətini tənqid edib:
"Son zamanlar dünya alimləri də insanları çaşdırır. Bir də görürsən ki, professor çıxıb deyir ki, maska virus mənbəyidir. Biri belə deyir, digəri isə başqa cür deyir. Onda da millət bilmir ki, başına haranın daşını töksün. Əgər bir professor, tanınmış alimlə, bizim alimlərin dedikləri üst-üstə düşmürsə, onda sən bu millətin halına gəl yan. Onda millət necə eləsin? Təmiz, bəzəkli şadlıq evləri haqda elə danışırlar ki, guya bura zibil mənbəyidir. Halbuki ondan da dəhşətli yerlərdə elə şeylərə icazə verirlər ki, o şadlıq evlərində 4 nəfər otura bilər. Pandemiyadan qabaq o şadlıq evlərində həmişə təmizlik olub. Ancaq bu qadağanı şadlıq evlərinə tətbiq ediblər. Bilmək istəyirsənsə, toylar var və əməlli-başlı necə lazımdır gedir".

Şou Biznes     Baxılıb: 1236   Tarix: 08 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Meyxana aləmində tək qalmışam' - Balaəli

"Mən meyxana aləmində tək qalmışam". xəbər verir ki, bu sözləri meyxanaçı Balaəli deyib. "İncə səhər" verilişində qonaq olan meyxanaçı "Bu aləmdə mənim özüm kimi bir adam da olsa idi, mən indi dünyan

.

Günay özünə bahalı avtomobil aldı - FOTO

Müğənni Günay İbrahimli özünə yeni bahalı avtomobil alıb. xəbər verir ki,bu haqda o sözü məlumat verib. Avtomobilinin görüntülərini paylaşan sənətçi "Nəhayət ki, yeni avtomobilim gəldi" şərhini yazıb. Qeyd edə

.

Qızım 10 ildir atasını görmür' - Zümrüd

"Qızım 10 ildir atasını görmür". xəbər verir ki, bunu "Gün ortası" verilişində aparıcı Zümrüd Bədəlova deyib. Valideyn-övlad münasibətlərindən danışan aparıcı göz yaşlarını saxlaya bilməyib:. "Kənarda

.

Kosmetik vasitələri yeyən bloqer vəfat etdi

Kosmetik vasitələri yeməklə gündəmə gələn "Guava Beauty" ləqəbi ilə tanınan 24 yaşlı taylandlı bloqer vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, o, kameralar qarşısında pomada, ənlik və hətta pambıq disklərin

.

Neslihan oğlunu göstərdi - FOTOLAR

Qısa zaman öncə ana olan məşhur türkiyəli aktrisa Neslihan Atagül yeni paylaşımı ilə gündəm olub. xəbər verir ki, o ilk dəfə oğlu ilə həyat yoldaşı Kadir Doğulunun görüntülərini yayımlayıb. Aktrisa həyat yoldaşını "Atala

.

35 gündür ki, qardaşı oğlu itkin düşən Əlikram Bayramov: Son dəfə onunla

"35 gündür qardaşım oğlu Rahid sənəd düzəltmək üçün evdən çıxıb, geri qayıtmayıb. İki uşağı ağlar qalıb, çox çətin vəziyyətdəyik". Bu sözləri -a açıqlamasında müğənni Əlikram Bayramov deyib. . O, qardaşı oğlun

.

Pera'da yenidən tərəf müqabili oldular

Afra Saraçoğlunun "Per"a serialındakı tərəf müqabili bəlli olub.  . Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu Furkan Andıçdır. "YalıÇapkını"ndan sonra yeni serialı maraqla qarşılanan Afra Saraçoğl

.

Tünzaləni gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək

"Bu gecə Tünüşü gördüm yuxumda. Baxdı mənə uzun müddət. xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial media hesabında yazıb. Röyal illər keçməsinə baxmayaraq həyat yoldaşını

.

Verilişlərin çoxunu bəyənmirəm' - Zamiq

Sevilən müğənni Zamiq Hüseynov uzun zaman sonra maraqlı açıqlamalar verib. xəbər verir ki, o, 106.3 FM-də aparıcı Kazım Sübhanın qonağı olub. Sənətçi efirlərdə görünməməyinin səbəbini açıqlayıb:. "Bilirsiniz ki, mə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamilelikde qidalanma geyim seçimi makiyaj instagram təmizlik hamilə qalmaq agil haqqinda atalar sözləri qonaq otagi dizaynlari hekaye janri ariqlamaq kurtlar vadisi nagillar novruz bayramı
OSZAR »