Ürəklə bağlı bu əməliyyat pulsuz oldu

Ürəklə bağlı bu əməliyyat pulsuz olduÜrək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icbari tibbi sığorta ilə ödənişsiz icra olunur. Bura dərman ifraz etməyən və dərman ifraz edən stentlər də daxildir.
Bu barədə Milli.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Xəbərlər     Baxılıb: 922   Tarix: 04 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gecə növbəsində işləyənlər OXUSUN

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudlaşdırmaq gecə növbəsində işləyən insanlarda ürək-damar xəstəlikləri riskini azaldır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Nature Communications"

.

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir. . xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry"

.

İntim münasibət baş ağrısını azalda bilər – Alimlərdən maraqlı ARAŞDIRMA

Seksual münasibətlərin sağlamlığa təsiri ilə bağlı yeni bir elmi araşdırma maraqlı nəticələr ortaya qoyub. Araşdırmalara görə, seks bəzi hallarda baş ağrısının azalmasına və ya tamamilə yox olmasına səbəb ola bilər. xəbə

.

Xərçəng kişiləri daha çox öldürür - Qorxunc statistika

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstəri

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb. xəbər verir ki, Vaterloo Universitetində

.

Yay gələn kimi ağcaqanad dərdi də gəlir

Yay aylarında ağcaqanadların olması insanları narahat edir. Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. . Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

.

Allergiyası olan uşağa antibiotik verilməməlidir

Körpə uşaqlarda ən çox müşahidə edilən hallardan biri də allergiyadır. xəbər verir ki, pediatr Mətanət Əliyevə -a deyib ki, uşaqlarda allergik reaksiyalar immunitet sisteminin bəzi maddələrə qarşı yüksək həssaslığı nəticəsind

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar geyim necə seçməli geymler 2025 qızlıq pərdəsi necə açılır seks hekayəsi boğaz ağrısı quymaq resepti veten haqqinda atalar sozu qoğalın nağlı vətənə aid bayatı veten seirleri tapmaca
OSZAR »