Uşaqlar arasında yayılan virus nə dərəcədə təhlükəlidir? - valideynlərə ÇAĞIRIŞ

Uşaqlar arasında yayılan virus nə dərəcədə təhlükəlidir? - valideynlərə ÇAĞIRIŞHavaların soyuması ilə əlaqədar son günlər uşaqlar arasında xəstəliklər yayılır. Sosial şəbəkələrdə və cəmiyyətdə bununla bağlı müəyyən narahatlıq yaşanır.
Uşaqlar arasında yayılan virus qorxuludurmu? Bu xəstəliyin qarşısını almaq üçün nə etmək lazımdır.
Suallara cavab tapmaq üçün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədovla əlaqə saxladır.
Milli.Az xəbər verir ki, həkim baku.ws-ə açıqlamasında bildirdi ki, payız fəsli, son günlər havaların kəskin soyuması ilə əlaqədar olaraq tənəffüs yolu infeksiyaları ilə müraciət edən xəstələrin sayında az da olsa artım müşahidə olunur.
"Bunlar əsasən yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Yuxarı tənəffüs yollarının infeksiyalarına virus infeksiyaları səbəb olur. Bizim qrip kimi tanıdığımız xəstəliyə səbəb olan "Rinovirus" və bir az da "İnfluenza" virusun sayında artım görünür", - deyə Azər Əhmədov bildirib.
Uzman doktorun sözlərinə görə, xəstəliklər əsasən hava-damcı yolu ilə yayılan infeksiyalar olduğu üçün qapalı otaqlarda, məsələn sinif otaqlarında yoluxma ehtimalı daha yüksəkdir.
"Burada gigenik qaydalara əməl edilməlidir. Nə qədər hava-damcı yolu ilə yayılması yüksək olsa da, yenə də təmas yolu ilə yoluxma daha yüksəkdir. Əllər tez-tez sabunla yuyulmalıdır. Evin yaxud sinif otağının havası tez-tez dəyişdirilməlidir. Bu virus infeksiyalarının yayılmasını azaldır".
Bəs valideynlər nə etməlidirlər?
Azər Əhmədov deyir ki, valideynlər uşaqların qidalanmasına diqqət etməlidirlər:
"Uşaqlar bol maye qəbul etməlidirlər. Xüsusi meyvə-tərəvəz qidalanması uşaqlarda müqaviməti artıracaq. Meyvə-tərəvəz yeyən uşaqlar xəstəliyi bir az yüngül keçirəcəklər. Hava-damcı yolu ilə yoluxan virus olduğu üçün bunun qarşısını almaq üçün hansısa dərman qəbul edilməsini tövsiyyə etmirik. Ona hansısa öncəlik üçün dərman qəbul etmək məsləhət deyil. Virus infeksiyalarına antibiotiklərin faydası olmur. Ona görə də, antibiotik qəbulu ümumiyyətlə məsləhət deyil. Ona görə də, valideynlər virus infeksiyalarında tələsib antibiotik vermək qərarına gəlməsinlər. Yaxşı olar ki, ailə pediatr məsləhəti alsın. Qızdırma olarsa onu salmaq lazımdır.
Xəstəliyin əlamətləri boğaz ağrısı, baş ağrısı, burun axıntısı, halsızlıq, yorğunluq, bəzən isə iştahsızlıq olur. Evdə sadəcə fiziki üsullardan istifadə etmək lazımdır. Əgər uşağın hərarəti 2 gündən artıq olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər uşağın qızdırması olmadığı zaman da halsız olarsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 874   Tarix: 29 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

İnsulin tənzimlənməsinin pozulmasına nə səbəb olur?

Müasir həyat tərzi və qidalanma vərdişlərindəki dəyişikliklər orqanizmdə insulin hormonunun tənzimlənməsində ciddi pozuntulara səbəb olur. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu hal şəkərli diabetin, ürək-dama

.

Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ

Meyvələr çox faydalı olsa da, bəzilərini axşam saatlarında yemək sağlamlığa zərər verə və yuxunu poza bilər. Meyvələr şübhəsiz ki, sağlamlıq üçün vacibdir, lakin onların faydası birbaşa olaraq günün hansı saatında yeyilməsində

.

14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır. İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-Yor

.

Yay istisində "ventilyator"la yatmaq: Rahatladıcı, amma təhlükəli

Mütəxəssislər isti havalarda rahat yuxu üçün tez-tez istifadə olunan "ventilyator"un gözlənilməz sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bu vərdişin hansı risklər daşıdığını nəzər

.

Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri felledendron ağacı qabığı və qurudulmuş mandarin qabığının (Çinpi) ekstraktlarının kişilərdə saç tökülməsinə qarşı effektiv mübarizə apara biləcəyin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan xəbərdarlıq

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqların yaranmasına təkcə hormonal dəyişikliklər deyil, qidalanma vərdişləri də ciddi təsir göstərir. xəbər verir ki, dermatoloqlar bəzi qida məhsullarını

.

Yumurta kartonlarını təkrar istifadə etməyin - sağlamlığınız risk altındadır

Bəzi insanlar ətraf mühitə töhfə vermək və israfın qarşısını almaq məqsədilə yumurta kartonlarını yenidən istifadə edirlər. Lakin mütəxəssislər bu vərdişin ciddi sağlamlıq riskləri daşıdığını bildirirlər. xəbər verir ki

.

Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?

Bir qisim insanlar konservləşdirilmiş məhsulları istehlak etmeyi sevir. Dadlı, həm də hazırlanması rahat məhsullardan biri də ət və balıq konservləridir. . Bu məhsullar yəqin ki çoxlarının dadına yetişib. Ancaq, konservləşdirilmi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az donlar 2025 toy makiyajlari kosmetoloq elm bilik haqqinda atalar sözləri sizanaga qarsi maskalar erzaqlar qızlıq pərdəsi necə açılır sağlamlığın sirleri qizliq perdesi rus dilini öyrənək səməd vurğun cinsi
OSZAR »