Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıbEkstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Alimlər 8,2 milyondan çox uşağın məlumatlarını təhlil ediblər. Dondurulmuş embrionlardan istifadə edərək doğulanların qan xərçənginə tutulma ehtimalı təbii yolla doğulan uşaqlardan 61 % daha çox olub. Əgər embrionlar dondurulmasaydı, risk də daha yüksək idi: 41 %.
London İmperial Kollecinin reproduktiv endokrinologiya üzrə eksperti, tədqiqatda iştirak etməyən doktor Çanna Jayasena işin əhəmiyyətli bir məhdudiyyətini vurğulayıb. Onun sözlərinə görə, nəticələr valideynlərin yaşını nəzərə almaqla tənzimlənməlidir. Məsələ burasındadır ki, ekstrakorporal gübrələməyə ehtiyacı olan cütlüklər, adətən, təbii yolla uşaq sahibi ola bilənlərə nisbətən daha az sağlam və gənc olurlar. Yaşla yumurta və sperma keyfiyyəti azalır, mikrob hüceyrələrində mutasiyalar baş verir.
"Artıq məlumdur ki, yaşlı ana və ataların leykozlu, eləcə də Daun sindromlu uşaq sahibi olma ehtimalı bir qədər yüksəkdir", - ekspert qeyd edib.
"Daily Mail" qeyd edib ki, tədqiqat ekstrakorporal gübrələmə ilə qan xərçəngi riski arasında səbəb-nəticə əlaqəsini sübut etməyib. Bundan əlavə, yalnız leykozun nisbi riskinin artdığı aşkar edilib. Mütləq risk aşağı olaraq qalıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 856   Tarix: 05 may 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil. Onların bir çox faydalı xüsusiyyətləri var: qidaların təravətini qorumaq, mətbəx işlərini asanlaşdırmaq və ev əşyalarını qorumaq kimi. Göyərtiləri soyuducud

.

Tez-tez çay içməyin zərərləri

Dietoloq Yelena Solomatina çay kimi məşhur içkidən sui-istifadənin mənfi nəticələrindən danışıb. bildirir ki, həkim gündə 4-5 stəkan yaşıl və ya 3-4 stəkan qara çaydan çox içməməyi normal adlandırıb. Onun sözlərinə görə

.

Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız

Yeməkdən sonra yaranan şişkinlik, qaz və mədə yanması bir çox insanın üzləşdiyi narahatlıqlardandır. Bu problemlər əsasən həzm sistemindəki pozuntular və düzgün qidalanmama vərdişlərindən qaynaqlanır. Bəs şişkinlikdən nec

.

Kişilərdə çəki problemi varsa, yaddaşı qadınlardan 10 il tez itirə bilər

London İmperial Kollecinin alimləri qrupu artıq çəki problemi olan kişilərin qadınlardan tam on il əvvəl yaddaşı itirməyə başlaya biləcəyini aşkar ediblər. e- -a istinadən xəbər verir ki, demans ən çox 75 yaşdan sonra inkişa

.

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan vurur

Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Məsələn, orqanizmdə "E" vitamininin artıq olması insult riskini artırır. -ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardiolo

.

Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır

Son illərdə "smartphone pinky" və ya "phone finger" kimi terminlər xüsusilə gənclər arasında yayılıb. xəbər verir ki, bu, smartfonu uzun müddət kiçik barmaqla dəstəkləməkdən yaranan ağrı, əyilmə və çökəklikl

.

Yatmazdan əvvəl çimənlərin nəzərinə! - Mikrobioloq xəbərdarlıq etdi

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir. nypost-a istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyükləri

.

Bu meyvəni yeyənlər rahat yuxu yatır

Sıx iş tempi, gündəlik stress, zehni və fiziki yorğunluq bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir edir. Gecə rahat yata bilməmək və səhərlər yorğun oyanmaq artıq geniş yayılmış bir problemdir. xəbər verir ki, mütəxəssislə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim seçimi hamiləlik yay kolleksiyasi quymaq resepti münasibətlər qadın sağlamlıq kokteyllər intim munasibetler xocali qurd ve quzu sac duzumleri xanım az
OSZAR »