Uşaqlarınız üçün sağlıqlı və praktik səhər yeməkləri

Uşaqlarınız üçün sağlıqlı və praktik səhər yeməkləriAnalar üçün uşaqların qidalanması hər şeydən öndə gəlir. Məktəbə gedən uşaqlar üçün həm praktik, həm də daha faydalı səhər yeməyi hazırlamaq lazımdır. Analara bu mövzuda kömək olmaq məqsədi ilə praktik, faydalı, bir birindən ləzzətli və sağlıqlı 6 resept ilə tanış ola bilərsiniz.
Meyvəli, yulaflı püre

Tərkibi
• 1 stəkan çiyələk
• 1 adəd banan
• Qabıqları soyulmuş yarım şaftalı
• 1 çay stəkanı süd
• 1 çay stəkanı yulaf

Hazırlanışı

Yuxarıdakıları blender"ə qoyun və qarışdırın. Stəkan və ya kasaya boşaldın və üzərini bəzəmək üçün bir az kokos və bir neçə nanə qoya bilərsiniz.
Tərəvəzli omlet

Tərkibi
• 2 yumurta
• 4 ədəd göbələk
• 1 ədəd soğan
• Yarım çay stəkanı noxud
• Zeytun yağı

Hazırlanışı
Göbələk və təzə soğanı kiçik doğrayın. Zeytun yağı tökdüyünüz tavada göbələk, soğan və noxuu qovurun. Yumurtaları qabın içinə qırıb köpük oluncaya qədər çırğın. Tərəvəzlər qovrulduqdan sonra çırpdığınız yumurtanı tərəvəzlərlə qarışdırıb bişirin.
Yulaflı peçenye

Tərkibi
• 55 qram yulaf əzməsi
• 70 qram buğda unu
• 30 qram üyüdülmüş badam
• 1 çay qaşığı soda
• 3 yemək qaşığı əridilib soyudulmuş kərə yağı
• 2 yemək qaşığı süd
• 3 yemək qaşığı doşab
• Xırda şokolad

Hazırlanışı
Yulaf əzməsi, buğda unu, üyüdülmüş badam, şokolad və sodanı bir kasada qarışdırın. Kərə yağı, südü və doşabı əlavə edin. Qarışıqdan parçalar alıb şəkil verərək yağlı kağız sərilmiş tavaya düzün. 180 dərəcədə isitdiyiniz sobaya qpyun və 15-20 dəqiqə bişirin.
Atışdırıcı granola

Tərkibi
• 1 yemək qaşığı tumsuz quru üzüm
• 10 ədəd kiçik hissələrə bölünmüş quru ərik ( qaysı)
• 1 bardaq xırdalanmış fındıq, badam qarışığı
• 240 qram yulaf əzməsi
• 1 yemək qaşığı doşab
• 175 qram əridilib soyudulmuş kərə yağı

Hazırlanışı

Bütün vəsaitləri qabın içinə qoyub yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışığı yağlı kağız üzərinə yayın. Əvvəlcədən qızdırılmış sobada tavanı qoyun və qızarana qədər təqribən 20 dəqiqə bişirin. Soyuduqdan sonra dilimlərə bölün.
Yoqurtlu, meyvəli yulaf əzməsi

Tərkibi
• 2,5 stəkan yoqurt
• 2 stəkan yulaf əzməsi
• Təzə meyvələr
• Yarım çay stəkanı iri çəkilmiş fındıq, badam qarışığı

Hazırlanışı
Böyük kasada yoqurt və yulaf əzməsini qarışdırın. Şaftalı, çiyələk kimi meyvələri doğrayıb kasaya əlavə edin. Son olaraq fındıq və badam qarışığını əlavə edib qarışdırın. Zövqünüzə uyğun olaraq 1 xörək qaşığı bal əlavə edə bilərsiniz.
Pancake

Tərkibi
• 1 stəkan buğda unu
• 1 stəkandan bir barmaq az süd
• 1 çay qaşığı qabartma tozu
• 1 çay qaşığı vanil
• 1 yumurta
• Dadlandırmaq üçün bal və təzə meyvələr

Hazırlanması Un, süd, vanil və qabartma tozunu bir qabın içinə qoyub yapışqan vəziyyətə gələnə qədər çırpın. Tavanı zeytun yağı tökdüyünüz salfetka köməyi ilə yağlayın və qızmasını gözləyin. Tavanı qızdırdıqdan sonra yemək qaşığı həmin qarışıqdan töküb iki üzünü də bişirin. Pancake"ləri yediyiniz zaman bal və mürəbbə tökə bilərsiniz, meyvələrlə bəzəyə bilərsiniz.
Praktik pizza

Tərkibi

4 dilim çörək
1 ədəd böyük pomidor
1-2 ədəd bibər
6-7 ədəd zeytun
Holland pendiri
Kərə yağı

Hazırlanışı
Pomidorları kup formasında doğrayın. Zeytunların tumlarını çıxarıb dilimləyin. Hamısını bir qabın içində qarışdırdıqdan sonra çörəklərin üzərinə bərabər miqdarda yayın. Daha sonra rəndələdiyiniz pendirləri çörəklərin üzərinə səpin. Hər dilimin üzərinə bir parça kərə yağı əlavə edin və öncədən 180 dərəcə qızdırdığınız sobaya qoyub pendirlər əriyənə qədər bişirin.

Ailə və Uşaq     Baxılıb: 3476   Tarix: 20 oktyabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj instagram toy makiyajlari gozel gorunmek xına bayatıları virtual dərslər payiz geyimleri usaq otagi dizaynlari saglam qidalanma kondom nedir zencefil kahfe kali vetene aid bayatilar
OSZAR »