Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən xəstəliyin ağır formasını yaşayıram..." - FOTO

Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən xəstəliyin ağır formasını yaşayıram..." - FOTOBu günlərdə xalq artisti, sevilən sənətçi Könül Xasıyevanın ağır xəstəliyə dücar olması ilə bağlı xəbər hər kəsi sarsıtdı. Məşhurun "whatsapp"da yazdığı statusu isə şübhələri daha da artırdı:

"Allahım, sən böyüksən. Heç bir valideyni övladı qarşısında aciz buraxma. Məni və sənətimi sevənlər, dualarınıza ehtiyacım var". Onunla əlaqə saxladıq. İllərin sənətkarı şəxsi həyatı və problemləri ilə gündəmə gəlmək istəmədiyini israrla bildirdi. Çox çətinliklə də olsa, xalq artistini Yeniçağ.az-a müsahibə verməyə razı sala bildik.

– Könül xanım, haqqınızda yayılan xəstəlik xəbəri bizi çox üzdü… Həqiqəti bilmək istəyirik, xəbər doğrudurmu?

– Əvvəla onu deyim ki, saytların birində məni əməkdar artist kimi təqdim etmişdilər. Mən həmin jurnalistə heç jurnalist demirəm. Çünki adamın xəbəri yoxdur ki, mən əməkdar yox, xalq artistiyəm. Qaldı ki, yazılanlara, o başlıqdan sonra mən heç o yazını oxumadım da.

– Deyirsiniz yəni, xəbər yalandır?

– Mən xoşlamıram belə xəbərləri. İnsanam, daşdan-dəmirdən deyiləm, siz özünüz, bəyəm problemsiz yaşayırsınız? Həyatda problemsiz insan yoxdur. Əgər insanıqsa, xəstələnəcəyik də, problemlərimiz də olacaq. Bu, təbiidir, şişirdib tirajlamaq nə dərəcədə düzgündür? Mənim milyonlarla sevənim var, onları üzmək nəyə lazımdır axı? Bu gün kimlərinsə əli çatır, mənimlə danışır, əli çatmayanlar mənimlə danışa bilmir. Onlar narahat olurlar. Hansı haqla, hansı ixtiyarla mənim sevənlərimi üzürlər? Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram. Allahın mənə verdiyi bu ömür möhlətində xəstələnmişəm də, sağalmışam da. Bu, mənim şəxsi həyatıma aid olan məsələdir, öz problemimdir və özümə aiddir. Heç kimə də ixtiyar verməmişəm ki, şəxsi həyatımı, problemlərimi mediada işıqlandırsın. Bütün efirlər də üzümə açıqdır, media da, əgər lazım olardısa, efirə çıxıb öz xəstəliyim barədə insanlara məlumat verərdim.

– Könül xanım, axı özünüz də bu barədə "whatsapp"da yazmışdınız ki, dualarınıza ehtiyacım var…

– Mən öz çevrəmdə olan və ürəyimə yaxın bildiyim insanlar üçün bu sözləri yazmışdım ki, dualarınıza ehtiyacım var. Kimsə biriylə söhbət edib, ya da yazdıqlarımı kiməsə göstərib, dəqiq bilmirəm, başlayıblar bunu yaymağa.

– Axı sosial şəbəkədə də öz profilinizdən bu xəbər yayılmışdı.

– Mən heç bir sosial şəbəkədə yoxam. Adıma olan o səhifələrin heç biri mənim deyil. Ola bilər ki, kimsə mənim sosial şəbəkə istifadəçisi olmamağımı keylik kimi qəbul edə bilər. Bir dənə "whatsapp" işlədirəm, o da özümə yaxın insanlara aiddir. Əgər bu keylikdirsə, qoy belə də qəbul etsinlər. Allah heç kimə ixtiyar verməyib ki, insanlar kiminsə hissləri ilə oynasın, problemləri ilə başqalarını narahat etsin.

– Əslində o yazıdan sonra insanlar sizə dua etməyə başladılar, bilirsiniz ki, jurnalistlər bu yazını reytinqdən çox sizə olan sevgisindən yazmışdı…

– Əli çatan insanlar yazdılar, göz yaşları tökdülər. Mən yenə də deyirəm, problemim özümə aiddir.

– İndi necəsiniz?

– Mən 17 ildir ki, bu problemlə yaşayıram, heç yerdə də bunu deməmişəm. İnşallah, yaxşı olaram, sağalaram, yenə də səhnələrə qayıdaram. Mənim qazancım ancaq səsimdən çıxır. İşim oxumaqdır, xanəndəlikdir.

– Şükür Allaha, səsiniz yaxşı gəlir, deyəsən yaxşısınız.

– Yaxşı olan heç nə yoxdur, canım mənim. Amma mənim yaxşı olmamağımı efirə çıxarıb, mətbuatda yayıb, insanları narahat etməyin.

– Axı insanlar xəstə olmağınızdan xəbərdar olmalıdır ki, sizə də dualar etsinlər. Özünüz söyləyirsiniz ki, o dualara ehtiyacınız var…

– Statuslarımda da deyirəm, dualarınıza ehtiyacım var. Allaha inanan bir insan kimi inanıram ki, o dualar məni əvvəlki sağlamlığıma qovuşduracaq. Yenə də sənətimə davam edəcəm.

– Sevənlərinizə burdan səslənib nə demək istəyirsiniz?

– Sevənlərimə bir sözüm var; üzülməsinlər. Onları üzən insanlara inanmasınlar. Xəstəlik insan üçündür. Sadəcə olaraq, mən xəstəliyin ağır formasını yaşayıram. Vəssalam. Onda da beləydim, depressiya yaşadım, saçım, dişim töküldü, gözlərimdə bir həyəcan, qorxu oldu. Onda da insanların duası ilə ayağa qalxdım. İndi də bu dualara inanıram.

– İnşallah ki, bu dəfə də o dualar sizi ayağa qaldıracaq. Bir dəfə efirdə demişdiniz ki, illər əvvəl depressiya yaşamışdınız, bəs indi hansı xəstəlikdən əzəiyyət çəkirsiniz?

– Elə yenə də həmin depressiyadır, sadəcə olaraq ağırlaşmış formasıdır. Efirlərə çağırdılar ki, gəl danış, hər kəsin bu barədə xəbəri olsun, dedim nigaran qalmayın. Bu xəbər yayılandan sonra İran, Danimarka, İsveç, Türkiyə, Rusiya və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar nömrəmi tapıb, göz yaşları içində mənimlə danışdılar. İkinci dəfə stress keçirtdim. Xəbər mənə çox pis təsir etdi. O yazılanlar məni üzdü. Adamlar mənə zəng eləyir ki, sizin səsinizlə ağır xəstəlikdən xilas olmuşam, səsinizin sədası altında ağır əməliyyata girmişəm, səsinizlə müalicə olunmuşam. Mən onların üzülməsinə görə üzüldüm.

– Könül xanım, pərəstişkarlarınız qədər jurnalistlərin də sizə sevgi və hörməti böyükdür.

– Mən problemimlə baş-başayam, sevənlərimin dualarına inanıram. Özümdə güc tapıb, ayağa qalxacam. Xalqımıza uzun ömür, cansağlığı arzulayıram. Sənətimi yüksək tutduqlarına görə qarşılarında baş əyirəm.

– Müalicə alırsınızmı?

– 17 ildir.

– İnd idə?

– Bəli.

– Bizim əvəzimizdən o gözəl övladınızın üzündən öpərsiz.

– Allah bütün balalara kömək olsun içində də mənim balama. Mən yenə də deyirəm ki, onsuz da efirdə görünməməyim insanlara bir şey deyir. Yalandan desəm hər şey yolundadır, onları aldatmış olaram. Bunu elə formadan yazmaq lazımdır ki, insanlar üzülməsin. Bizim səhnədən dahi sənətkarlar keçib. Hər kəs xəstələnib də, ağır duruma da düşüb. Xəstəlik hamı üçündür.

– Dediniz ki, xəstəlik zahiri görünüşünüzə təsir edib?

– Əlbəttə, kim olsa təsir edər.

– İnşallah, yaxın zamanlarda sizə zəng edib, müsahibə almaq istəyəndə "artıq yaxşıyam, dualarınız məni ayağa qaldırdı" kəlməsini eşidəcəm…

– Yaxşı olsam, bunu görəcəksiniz.
Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən xəstəliyin ağır formasını yaşayıram..." - FOTO

Xəbərlər     Baxılıb: 4566   Tarix: 11 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu vitamin xərçəngi 10 günə öldürür

Böyük Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayır. Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının demək olar ki, antitümör təsiri olduğunu müşahidə etmək mümkün olub. Sözü

.

Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI

"Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər insan sağlamlığına ziyan vurur". . Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov -a açıqlamasında deyib. . O bildirib ki, sağlamlığa zərər  ən ço

.

Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir. qafqazinfo-ya istinadən xəbər verir ki,  bu bitkinin insan sağlamlığına çoxlu faydaları və töhfələri var. Jenşenin faydalarını təqdi

.

Dolğular bədəndə hansı hallarda çürüyə bilər?

Son dövrlərdə estetik və tibbi məqsədlərlə istifadə olunan dolğuların bədənə uzunmüddətli təsirləri müzakirə mövzusu olaraq qalır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düzgün tətbiq edilməyən və ya keyfiyyətsi

.

Alimlər HIV-ə çarə tapdılar

Avstraliyada yerləşən Doherty İnstitutunun alimləri HIV-in müalicəsi istiqamətində mühüm elmi irəliləyiş əldə ediblər. Tədqiqatçılar "LNP X" adlandırılan yeni lipid nanopartikullar hazırlayıb. Bu hissəciklər vasitəsil

.

14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır. İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-Yor

.

Bəzi insanlar psixoloqa deyil, süni intellektə üz tuturlar

"Bəzi insanlar artıq dərdlərini və problemlərini psixoloqla deyil, süni intellektlə bölüşməyə üstünlük verirlər". xəbər verir ki, bu sözləri psixoloq Ülviyyə İlqar -a açıqlamasında deyib. . O bildirib ki, bu tendensiyanı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə

Tədqiqatçılar bir məlumatı tanıdığımız və ya düzgün xatırladığımız anlarda gözbəbəklərimizin verdiyi reaksiyaları öyrəniblər. Əldə edilən nəticələr göstərir ki, yaddaş düşündüyümüzdən daha mürəkkəb işləyir. -a istinadən xəbə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi yay kolleksiyasi gozel gorunmek biserli uzun donlar uc baci dolmasi dirnaqlara qulluq maskalari uzdeki qara noqteler fitat sağlamlığa aid atalar sözləri qaynana hakista məsəllər maya maskasi
OSZAR »