Xiyarın qabıqlarını atmayın! 3 faydalı resept

Xiyarın qabıqlarını atmayın! 3 faydalı reseptXiyarı salatlara əlavə etdikdə biz adətən onun qabıqlarını soyub atırıq.
Təəssüf ki, qabıqlarla birlikdə biz bir çox faydalı maddələri da "tullayırıq". Xiyar bir çox orqanizm üçün vacib olan minerallarla zəngindindir. Bu mineralların əksər hissəsi xiyarın məhz qabığındadır.
Xiyar və xüsusilə onun qabıqları əzələlərin (o cümlədən, ürək əzələsinin) normal fəaliyyəti üçün olduqca vacib olan kalium və maqneziumla zəngindir.
Xiyarda olan sink və yod mədəaltı və qalxanvari vəzinin fəaliyyətini yaxşılaşdırır.
Mis qanın tərkibinə və dayaq-hərəki sisteminə müsbət təsir edir.
B qrupu ilə zəngin olan xiyar sinir sisteminə müsbət təsir edir.
Sizə xiyarın qabıqlarından bir neçə faydalı resept təqdim edirik:
1. 3 orta ölçüdə olan xiyarın qabıqlarını xırda doğrayın, termosa yığın, üzərinə 1 stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, limon əlavə edin və için. Bu faydalı içki bir çox vacib minerallarla zəngindir, susuzluğu aradan qaldırır, orqanizmi təmizləyir. Bu içkini hər gün içmək olar.
2. Bir neçə xiyarın qabıqlarını blenderlə əzin, üzərinə çıxana qədər araq tökün, 1 həftə ərzində soyuducuda saxlayın, sonra süzün və yağlı dəri üçün istifadə edin. Bu təbii losyon dəridə olan iltihabları azaldır, pis parıltını götürür, dərini ağardır.
3. Xiyarın qabıqlarını blenderlə əzin, 1 ymurta sarısı, 1 x.q. xama əlavə edin, yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin. Bu maska dərini cavanlaşdırır, ağardır, daha elastik edir.

Saglamolun.Az

Gözəllik və Moda     Baxılıb: 3805   Tarix: 23 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri maskalar kosmetik vasiteler toyuqlar haqqinda elm haqqında aforizmlər fotoqaleriya otaq dizaynları buga burcu məsəllər salatlar novruz bayramina aid hakisdalar xanım az
OSZAR »