Yağların bədənə bilmədiyiniz faydası

Yağların bədənə bilmədiyiniz faydasıAlimlər və nutritionistlər yağların komponentlərindən ehtiyat edirlər. Bəzilərini yağların yüksək kalorili tərkibi qorxudur, digərləri isə pəhriz zamanı yağlı qidaların menyudan çıxarılacağından qorxurlar.
Publika.az oxucuları yağın bədən üçün faydaları ilə tanış edir.
Yağlı məhsullarn qəbulu köklüyə gətirib çıxarır?
Əlbətdə ki, müntəzəm olaraq çox miqdarda yağlı qidalar yeyirsinizsə, onda bir neçə kiloqram kökələcəksiniz, istənilən halda ölçünü qaçırmaq artıq çəkinin artmasına səbəb olur. Ancaq sadə karbohidratları düzgün yağlarla əvəz etməklə kalori miqdarı eyni qalsa da, arıqlaya bilərsiniz.
"Bir qram yağda 9 kilokalori var. Müqayisə üçün: karbohidratlar və zülalların hər bir qramına 4 kilokalori düşür. Kökəlməmək üçün gündəlik kalori miqdarını aşmamağa çalışın" , - amerikalı qidalanma mütəxəssisi Cessika Kordinq məsləhət görür. Bundan əlavə, mütəxəssislər pəhrizdəki sağlam yağların miqdarını 20 faiz artırmağın lazım olduğunu düşünürlər. Əvvəllər 10 faiz kifayət idi, amma bu məlumatlar artıq köhnəlib.
Yağlar heç bir fayda vermir?
Yağlar pəhrizin ən vacib tərkib hissəsidir: beyinə kömək edir, bədəndəki ən vacib prosesləri, hormon ifrazını və bədən istiliyini tənzimləyir. Onların olmaması xarici görünüşə təsir göstərir. Əgər saçlarınız solğun, dəriniz qurudursa, dırnaqlarınız kövrəkdirsə, deməli, bədəniniz kifayət qədər yağ qəbul etmir.
Yağlar zərərlidir?
Karbohidratlar kimi yağlar da bədən üçün yaxşı və pisə bölünür. Doymuş və ya qatı yağlar ən çox işlənmiş qidalarda və heyvan məhsullarında olur. Onların sayını məhdudlaşdırmaq tövsiyə olunur. Amma tərkibində doymamış yağlar olan qidalar (qoz-fındıq, bitki yağları, qızılbalıq, avokado) gündəlik pəhrizə daxil edilməlidir, bu, bədənə yalnız fayda gətirəcək.
Yağlar xolesterin səviyyəsini yüksəldir?
Doymuş yağlar əslində qanda xolesterin səviyyəsini yüksəldə bilər, doymamış yağ turşuları isə (günəbaxan toxumlarında, soya paxlasında, balqabaq toxumunda, qozda) əksinə, azaldır.
Bütün yağlar eynidir?
Adətən yağlar bir qrupda qruplaşdırılır, lakin fərqli növləri bir-birindən xeyli fərqlənir. Doymuş yağlar (heyvan məhsullarında, palma yağında) problemli bölgələrdə dərialtı zonalarda yerləşir. Ancaq bu gün ən təhlükəli olanlar trans yağlardır (marqarin, fast food, şirniyyat və bəzi emal olunmuş qidalar). Bu yağların istifadəsi ürək və qan damarlarında problemlərə, obezliyə və endokrin sistemin pozulmasına səbəb olur. Doymamış yağlar ürəyə faydalı təsir göstərir və bədən tərəfindən tez bir zamanda sovrulur.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1698   Tarix: 03 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sac duzumleri gelinlikler qadin sayti maraqli toy ideyalari məsləhətlər bürclərin sevgi cədvəli qarağatın faydaları 8 mart veten seirleri sirin qogal narin faydasi uzeyir
OSZAR »