Yolda satılan bu məhsulu qəti yeməyin - öldürür

Yolda satılan bu məhsulu qəti yeməyin - öldürürBaş toksikoloq: "Yol kənarlarında, ya bazarlarda satılan göbələklərin içində zəhərli növü ola bilər, bu da..."
Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.
Göbələyin zəhərli və öldürücü olması faktı çoxdan məlumdur. Lakin insanlar bu məhsulu hələ də gündəlik qida rasionuna əlavə edirlər. Əksəriyyət mağazalarda satılan göbələyə üstünlük verir, amma onların keyfiyyəti ilə bağlı hələ də narahatlıqlar var. Sadəcə, əsasən meşədən yığılmış və təmizlənməmiş göbələk zəhərli, insan həyatı üçün təhlükəli olur.
Bundan başqa, toy mərasimlərində süfrəyə göbələk gətirilir. Kim zəmanət verə bilər ki, şadlıq evləri bu göbələyin keyfiyyətindən xəbərdardır?
Qeyd edək ki, ötən il də Xaçmazda iki qadın göbələkdən zəhərlənib dünyasını dəyişib. Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. Həkimlər insanlara məsləhət görür ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin.
Bəs yeməli göbələklərin qida kimi faydası, üstünlüyü nədən ibarətdir, uşaqlara da vermək olarmı?
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı "Yeni Müsavat" a fikrini bölüşüb: "Göbələk zəhərlənməsi ilə bağlı KTM-ə cəmi 6 nəfər müraciət edib. Onlar göbələyi marketdən almışdılar. Məlum olub ki, zəhərli göbələk növü olub. Yəni qida zəhərlənməsi kimi dəyərləndirilib, müayinə olunublar, məsləhət alıb evə gediblər. Ölüm hadisəsi olmayıb. Amma insanlar diqqətli olmalıdırlar. Əsasən də yol kənarlarında, ya bazarlarda göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola bilər. Bu da ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın".
Baş toksikoloq əlavə edib ki, mağazalarda əsasən zəhərsiz göbələklər-şampinyon və onun növləri satılır:  "Onlar zəhərlənməyə səbəb olmur. Ancaq saxlanma müddətinə fikir vermək lazımdır. AQTA hər dəfə zəhərlənmə hadisəsi zamanı dəqiqliklə araşdırır. Marketlərdə zəhərli göbələk növləri satılmır. Amma qida məhsulu kimi göbələyə qarşı bəzi insanlarda həssaslıq ola bilər. Göbələyə qarşı orqanizmdə reaksiya ola bilər. Saxlama müddəti pozulursa, zəhərlənməyə səbəb ola bilər. Üzərində yazılır, 10 gün, ən gec 2 həftə ərzində vaxtı var, buna diqqət etmək lazımdır. 
O ki qaldı allergik reaksiyalara, göbələk çox qüvvətli qida məhsuludur. Yeyəndən sonra mədə nahiyəsində köp, ağrılar, dəri səthində qızartılar olarsa, bu o deməkdir ki, bu qida orqanizmə düşmür. Ondan uzaq durmaq lazımdır".
Məlumat üçün bildirək ki, bazarlarda və marketlərdə satılan şampinyon, kəpənək göbələyi, balqabaq göbələyi (lisichka), qozlu göbələk kimi növlər zəhərsiz sayılır. Onlar aşağı kalorili və zülal baxımından zəngin olduqları üçün sağlam qida hesab olunur. Ən təhlükəli məqam - zəhərli göbələklərin yeməli olanlara bənzəməsidir. Mütəxəssislərin fikrincə, bəzi zəhərli göbələklər ilk baxışda dadlı və zərərsiz görünür.  Ağ ölümcül göbələk (Amanita phalloides) - Şampinyona bənzəyir, ancaq az miqdarda belə ölümlə nəticələnə bilər. Ağsaqqal göbələyi (Amanita verna) - həm zahirən, həm də dad baxımından yeməli göbələklərlə qarışdırıla bilər. Qırmızı başlı zəhərli göbələk (Amanita muscaria) -ən çox tanınan, lakin halüsinasiyalara və ağır zəhərlənməyə səbəb olan növdür. Zəhərli paxlava göbələyi (Hypholoma fasciculare) - qrup halında bitir, tez-tez yeyilən növlərlə səhv salınır. Göy göbələk (Entoloma sinuatum) - yeyilən "mavi göbələk"lərlə bənzərliyi var, lakin orqanizmdə ağır fəsadlar yarada bilər. Bu növlərin bəzilərinin ayağında kisə (volva) və halqa olur, bu da onları tanımaq üçün vacib göstəricidir. Amma ən etibarlı üsul - tanımadığınız heç bir göbələyə toxunmamaq və dadına baxmamaqdır.
Pediatrlar qeyd edib ki, 5 yaşına qədər uşaqlara göbələk verilməsi məsləhət görülmür. Göbələk - zülalla zəngin olsa da, onu həzm etmək çətindir. Əgər uşağa verilərsə, yaxşı bişmiş olmalıdır və kiçik porsiyada verilməlidir. Amma əvvəlcə allergik reaksiya yoxlanılmalıdır. Yalnız market məhsulu kimi etibarlı mənbədən alınmış növlərdən olmalıdır. Marketdə satılan məhsullarda belə, istifadə müddətinə, qoxusuna və görünüşünə diqqət yetirmək vacibdir. Meşədən yığılmış və ya yol kənarında satılan göbələklər isə heç vaxt riskə dəyməz.
Milli.Az

Xəbərlər     Baxılıb: 672   Tarix: 31 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara şokolad verilməlidir?

Şokoladı sevməyən uşaq yəqin ki, çətin tapılar. . Uşaqların bir çoxunda bu məhsulu yemək alışqanlıq halını alıb. Şokoladın uşaqlara müsbət, mənfi təsirləri nələrdir? . Çox şokolad yeməyin ziyanı varmı? . Pediatr Mətanət Əliyev

.

İsti havalarda yaranan yorğunluq bu xəstəliyin əlaməti ola bilər

İsti havalarda yorğunluq dağınıq sklerozun əlaməti ola bilər.  xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimləri isti havalarda meydana çıxan yorğunluq və digər simptomların dağınıq skleroz xəstəliyini

.

Yayda xəstələnmək istəmirsizsə, bunları bilməlisiz

Bal və turşu suyu ayrı-ayrılıqda sağlamlıq üçün çoxsaylı faydalar təqdim etsə də, birlikdə qəbul edildikdə bu təsir daha da güclənir. xəbər verir ki, mütəxəssislərin fikrincə, bu təbii qarışım həm immun sistemini gücləndirir

.

Bu böcəklər 60 min ildir bizimlə birlikdə "yatır"

Yatağımızı 60 min ildir bölüşdüyümüz bir canlı növü ola biləcəyi heç ağlınıza gələrdimi? İnsanlıq tarixi boyu az qala yanımızda olan böcəklər. -a istinadən xəbər verir ki, dəri bitləri (yataq böcəkləri) müasir dövrün ən bezdiric

.

Siqareti tərgitməyin üç əlverişli YOLU

Siqareti tərgitmək çətin olsa da, doğru üsullarla bu proses daha asan və uğurlu ola bilər. sizə həmin üsulları təqdim edir:. Tədricən azaltma metodu. Siqareti bir anda buraxmaq çətin gəlirsə, tədricən azaltmaq daha real v

.

Bu vitamin insanı daha gənc göstərir

Alimlər müəyyən ediblər ki, D vitamini qəbulu bioloji qocalmanı azı üç il ləngidə və insanı daha gənc göstərə bilər.  xəbər verir ki, tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub. Corciy

.

Gənclər arasında ani ölümə səbəb nədir?

Son dövrlər gənclər arasında qəfləti ölümlərin sayı artır. Vəfat edənlər arasında tələbələr üstünlük təşkil edir. . Maraqlıdır, gənclər arasında ölüm hallarının artmasının səbəbi nədir?. Professor, həkim Adil Qeybulla -

.

Qurban bayramında necə qidalanmalı?

Qurban bayramında bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılır. Bayram günlərində çox ət  sağlamlıq problemlərinə yol aça bilər. . Dietoloq Leyla Sarıyeva -a deyib ki, bayramda çox ət qəbulu bir ço

.

Bu 4 qida ömrünüzü qısaldır

Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzrə mütəxəssis Dan Buettner vacib xəbərdarlıq edib. O bildirib ki, bəzi qidalar var ki, onları sadəcə azaltmaq yox, ümumiyyətlə mətbəxə buraxmaq olmaz. Buettneri

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri sac duzumleri yemek reseptleri qadın və kişi zirinc haqqinda karikatura geyim necə seçməli hakışda xeyanet prostat sağlamlığa aid atalar sözləri tapmaca
OSZAR »