Zəhra üçün susub erməniyə sevgi göstərən Xalq artisti ictimai qəzəbə gəldi - RƏYLƏR

ZƏHRA ÜÇÜN SUSUB ERMƏNIYƏ SEVGI GÖSTƏRƏN XALQ ARTISTI ICTIMAI QƏZƏBƏ GƏLDI – RƏYLƏR
Zəhra üçün susub erməniyə sevgi göstərən Xalq artisti ictimai qəzəbə gəldi - RƏYLƏRXalq artisti Brilliant Dadaşova daha bir səs-küylü qalmaqalın cənginə düşüb. Belə ki, onun erməni qarmon ifaçısı Varujan Şahbazyanla isti münasibətləri ortaya çıxıb. Əvvəlcə xalq artistimizin erməni ifaçısının qarmonda ifasını bəyənib, rəy bölməsinə "super" yazmağı aşkarlanıb. Qarşılığında erməni ifaçısı da ona cavab olaraq "Çox sağ ol, əzizim" yazıb. Daha sonra isə məlum olub ki, bu, xalq artistinin həmin erməni sənətçi ilə ilk yazışmaları deyilmiş.

Sən demə, bundan əvvəl də Brilliant Dadaşova erməni ifaçısının statuslarını bəyənib, qısaca da olsa şərhlər bildirib, paylaşımların altına əl və ürək işarələri düzüb. Sənətçinin bu davranışı həm sosial şəbəkə istifadəçilərinin, həm də ictimaiyyət nümayəndələrinin qəzəbinə tuş gəlib. Əksəriyyət bir neçə gün bundan əvvəl erməni mərmisi ilə dünyasını dəyişən 2 yaşlı Zəhra və onun nənəsi üçün heç nə yazmayan və heç nə paylaşmayan, lakin erməni ifaçısını bəyənən xalq artistinin adına utanc olduğunu qeyd edib.

Məsələ ilə bağlı müğənninin mövqeyini öyrənmək mümkün olmayıb. Belə ki, o, telefon zənglərinə cavab vermir. Sosial şəbəkədə isə heç nə olmamış kimi məşhur "A ya jivu krasivaya kak ya xoçu" mahnısını paylaşıb.

Bununla belə, az sonra bəlli olub ki, müğənni mətbuatda dərc edilən yazıların ardınca erməni ifaçısının paylaşımlarına yazdığı şərhləri silib. Eyni zamanda "İnstagram"dakı "brilliant_dadashova" adını dəyişərək "brilliant_dadashova_official" edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb. Bundan sonra erməni ifaçısı Varujan da sosial şəbəkədə profilini bağlı edib. Şahbazyanın B.Dadaşovanın istəyi ilə bu cür addım atdığı ehtimal olunur. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.

Onu da qeyd edək ki, ictimaiyyətdə xalq artistini tənqid edənlərlə yanaşı, ona dəstək olanlar da tapılıb. Bəziləri müharibənin sənətə, mədəniyyətə aidiyyəti olmadığını əsas gətirərək, onu qınayanların özünü tənqid ediblər.

Əməkdar artist Baloğlan Əşrəfov "Yeni Müsavat"a açıqlama verərək qeyd etdi ki, sənəti heç nəyə qarışdırmaq olmaz: "Amma o millətin ki insanları mənim ana-bacılarıma, körpələrimə aman vermir, onları gülləbaran edir, onların sənəti mənim üçün nəinki maraqlıdır, o millətdə adam tanımaq istəmirəm - hətta dünyada çox məşhur olsa belə. Bəlkə də məni bu sözlərimə görə qınayacaqlar, lakin tərifləyə bilmərəm. Mənim dayım oğlu gənc yaşında müharibəyə getdi, ermənilər onu öldürdü. Onun adına kənddə məktəbimiz də var. Bunları görə-görə necə tərifləyə bilərəm?"

Sənətçi ermənilərlə dostluq edən həmkarları haqda danışmaq istəmədiyini bildirib: "Onlar mənim hörmət etdiyim müğənnilər, çoxu sevdiyim insanlardır. O haqda heç danışmaq istəmirəm".

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov isə qeyd etdi ki, erməni qarmon ifaçıları daim Azərbaycan musiqisindən və musiqiçilərindən bəhrələnib: "Azərbaycan musiqisi bütövlükdə erməni xalqı üçün dərman kimi olub. Onlar bizim musiqilərimizdən bəhrələniblər. Hətta sovet dövründə bir erməni İrəvandan yanıma gəlmişdi ki, ona qarmon ifaçılığını öyrədim. Amma öyrətmədim, bir qədər yol göstərdim, o da getdi. Yəni onlar qarmon ifaçılığını bizdən öyrəniblər. İstər muğam, istərsə də digər rəqslərimizi öyrənib sonra da ifa edirlər".

QAT sədri Akif Nağı isə müharibənin sənətə, mədəniyyətə aidiyyəti olmaması ilə bağlı fikirlərlə razılaşmadığını bildirdi: "Onda hər kəs öz yaxasını kənara çəkəcək, siyasətçilər, QHT nümayəndələri, sənətçilər deyəcək ki, bu məsələ bizə aid deyil. Bu, nə deməkdir?! Cəmiyyətdə istənilən sahənin nümayəndəsi Azərbaycan vətəndaşıdır. Deməli, Qarabağla bağlı ancaq müəyyən təşkilatlar ortaya çıxıb etiraz etməlidir? Bu nə mövqedir?"

Akif Nağı qeyd etdi ki, xalq artisti Brilliant Dadaşova qalmaqala aydınlıq gətirməlidir: "Onlar bu cür işlərlə gizlincə məşğul olurlar. Zaman-zaman ortaya çıxanda özlərinə bəraət qazandırmağa çalışırlar. Qətiyyən yol verilməzdir! Xüsusən də 2 yaşlı körpənin qətlə yetirildiyi bir vaxtda. Belə bir məqamda erməni sənətçisi ilə yazışmaq, bir-birilərinə "sevgi" nümayiş etdirmək Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir. Ermənilərin törətdikləri bütün vəhşiliklər heç vaxt unudulmamalıdır. Ermənilər torpaqlarımızdan rədd olub getməlidirlər ki, biz düşünək ki, onları bağışlamaq olar, ya yox. Yoxsa ki, torpaqlarımız işğal altındadır, üstəlik, özlərini heç günahkar saymır, bizimkilər də onlarla iş birliyi, xoş münasibət qururlar. Tamamilə biabırçılıq, rüsvayçılıqdır. Və cəmiyyət tərəfindən bu cür olaylar birmənalı şəkildə qınanılmalıdır".

Qeyd edək ki, ictimaiyyətdə bu cür olay ilk dəfə deyil. İki il bundan əvvəl xalq artisti Flora Kərimova da bu cür qalmaqal yaşamışdı. Müğənni Bakı ermənisi olan Boka (əsl adı Arkadyeviç Davidyandır) haqda xoş sözlər dediyi üçün tənqidlərlə üzləşmişdi. Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni həmkarı Georgi Kota qarşı açıq-aşkar, çəkinmədən nümayiş etdirdiyi sevgisi uzun müddət müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır, topraqlarımızın işğal altda qaldığı, müharibə şəraitində yaşadığımız bir dövrdə düşmənlə təmas qurmaq, onunla dostluq münasibətində olmaq nə dərəcədə doğrudur?

Psixoloq Azad İsazadə məsələyə bu cür münasibət bildirdi: "Ümumiyyətlə, ictimaiyyətdə bir düşmən obrazı var. İstər bizdə, istəsə də qarşı tərəfdə. Bizdə düşmən obrazı ermənidir. Bu, mühüm bir problemdir və onu hansısa şəkildə prinsipial olaraq həll etməliyik. Aydındır ki, nə vaxtsa, bəlkə də yaxın gələcəkdə bu düşmən obrazı ortadan götürmək lazım olacaq. Çünki istər-istəməz Ermənistan qonşu dövlətdir. Beləliklə, ya düşmən obrazını azaltmaq, ya da aradan götürmək lazımdır. Bu məsələ sözsüz ki, dövlət səviyyəsində həll olunmalıdır. Başa düşülür ki, nə vaxtsa biz psixoloqlar, sosioloqlar, o cümlədən mədəniyyət xadimləri bu düşmən obrazının üzərində işləyib ya onu silməli, ya da ki, şişirtməliyik. Son 20-30 ildə bu düşmən obrazı bizdə çoxalıb. Əgər nə vaxtsa bu obrazı ortadan götürəcəyiksə, onda yavaş-yavaş onu ortadan qaldırmalıyıq. Ermənilər üçün türk düşmən obrazı 100 ildən artıqdır ki, var. Və onlar bu obrazla yaşayırlar. Buna baxmayaraq, ermənilər Türkiyəyə gedir, orda istirahət edir və ya biznes əlaqələri qururlar. Siyasətçilər cürbəcür sülh platformaları yaradırlar. Bəzən Azərbaycan rəsmi olaraq o platformaları dəstəkləyir. Yəqin ki, burda da məsələni birmənalı həll etməməliyik".

mənbə: press-az.com

Xəbərlər     Baxılıb: 1924   Tarix: 15 iyul 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri piylənmədən qoruyur

"Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət təsir edir və qaraciyərin piylənmə riskini azaldır".  xəbər verir ki, bunu amerikalı diyetoloq Kelsi Mur "WellnessPulse" nəşrinə müsahibəsind

.

Yatmaqda çətinlik çəkirsiniz? - Alimlərin tövsiyə etdiyi bu üsul

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, alimlərin də təsdiqlədiyi və yuxuya getməyə kömək edən sadə, lakin təsirli bir ayaq üsulunu sınamağın vaxtı çatıb. xəbər verir ki, yatmaqda çətinlik müxtəlif tibbi səbəblərlə əlaqəli ol

.

Qaraciyəri təmizləyən 4 qida

Qaraciyər bədənimizin ən vacib təmizləyici orqanıdır və onun sağlamlığı ümumi vəziyyətimizə birbaşa təsir edir. Onu qorumaq və gücləndirmək üçün bəzi qidalar xüsusilə faydalıdır. Elmi araşdırmalara əsasən qaraciyəri dəstəkləyə

.

Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır

İngiltərənin aparıcı həmkarlar ittifaqlarından biri olan GMB bəzi peşə sahələrində çalışan şəxslərin sidik kisəsi xərçəngi riski ilə daha çox üzləşdiyini açıqlayıb. xəbər verir ki, həmkarlar ittifaqının son üç ildə xəstəliy

.

Növbəti koronavirus pandemiyasına gəlir? - virus AŞKARLANDI

Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar. -nın xəbərin görə, bu barədə təhqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc edilib. HKU5-CoV-2 adlandırıla

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili geri çağırış elan edilib. xəbər verir ki, buna səbəb tərkibində xərçənglə əlaqələndirilən maddələrin tapılmasıdır. Qida Standartları Agentliyinin (FSA

.

Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir. qafqazinfo-ya istinadən xəbər verir ki,  bu bitkinin insan sağlamlığına çoxlu faydaları və töhfələri var. Jenşenin faydalarını təqdi

.

Ağızdan gələn pis qoxunun səbəbi…

Ağızdan pis qoxunun gəlməsi əksər insanların üzləşdiyi problemlərdən biridir. . Kimisi bu problemin diş sağlamlığı, başqa birisi daxildən yaranan xəstəliklərlə bağlı olduğunu düşünür. Maraqlıdır, ağızdan pis qoxunun gəlməsin

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 geyim şəkilləri makiyaj etmek qaydalari toxunma geyimlər qadın dünyası az olum haqqinda maraqli faktlar xınayaxdı sözləri şirin qoğal fitat burcler haqqinda yumurta vidyolar
OSZAR »