Zirincin turş dadı və faydalı çayı

Zirincin turş dadı və faydalı çayıZirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən "şimal limonu" da adlandırırlar.
Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.
İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.
Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1362   Tarix: 18 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl çimənlərin nəzərinə! - Mikrobioloq xəbərdarlıq etdi

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir. nypost-a istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyükləri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma

Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib. xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalınd

.

"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.  xəbər verir ki, konfransın əvvəlində Dövlət Himn

.

Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır

Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi narahatlığa səbəb olub. xəbər verir ki, ən etibarlı və məşhur markaların diş məcunlarının tərkibində ağır və zəhərli metallar aşkarlanıb. Hətta uşaqlar üçü

.

Ağciyər xərçənginin gizli əlaməti - Barmaq uclarına diqqət yetirin

Ağciyər xərçənginin erkən əlamətlərindən biri barmaq uclarında müşahidə edilə bilən dəyişiklikdir. Xüsusilə bu, dırnaqların və onların ətrafındakı dərinin vəziyyəti ilə bağlıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri parıldamağ

.

Dırnağınız tez qırılırsa, bunları edin

Son zamanlar bir çox insanın qarşılaşdığı problemlərdən biri dırnaqların tez-tez qırılmasıdır. xəbər verir ki, dırnaqların zəif və qırılgan olması həm estetik baxımdan, həm də sağlamlıq baxımından narahatlıq yaradır. . Dırnaqları

.

Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır

ABŞ Yuxu Təbabəti Akademiyasının yeni hesabatında tez-tez əsnəmə, gündüz diqqətsizlik və artan kofein istəyi kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib. xəbər verir ki, mütəxəssisləri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gelinlikler qadin dunyasi sac duzumleri qış ayaqqabıları makaronlar elm haqqinda atalar sozleri dosabin xeyri üzeyir hacıbəyli buga burcu oglaq vətənə aid bayatılar brusell bakteriyası
OSZAR »