Dəhşətli hadisə: İki böyrəyindən 300-dən çox daş çıxarıldı

Dəhşətli hadisə: İki böyrəyindən 300-dən çox daş çıxarıldıQars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəstənin hər iki böyrəyindən ümumilikdə 300-dən çox daş çıxarılıb. Uroloqlar bu sayda daşın bir xəstədə eyni anda rast gəlinməsini nadir hal kimi qiymətləndiriblər.
Milli.Az xəbər verir ki, şəhər mərkəzində yerləşən Yenişehir Məhəlləsində yaşayan avtomobil elektrik ustası Ahmet Yarba, şiddətli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib. Qars Universiteti Tibb Fakültəsi Urologiya şöbəsində çalışan Dr. Mehmet Ezer tərəfindən aparılan müayinələr nəticəsində, Yarbanın hər iki böyrəyində çoxlu sayda daş aşkarlanıb.
Əməliyyat zamanı yüzlərlə daş çıxarıldı
Cərrahiyyə müdaxiləsi zamanı fərqli ölçülərdə 300-dən çox böyrək daşı çıxarılıb. Dr. Mehmet Ezer bildirdi ki, "Adətən daşları daha iri və tək-tək görürük. Lakin bu dəfə çoxsaylı və müxtəlif ölçülü daşlarla qarşılaşdıq. Bəzilərini parçalayıb çıxardıq, digərlərini isə bir-bir toplamaq məcburiyyətində qaldıq".
Xəstə daşları "yadigar" kimi evinə apardı
Əməliyyatdan sonra böyrəyindən çıxan daşları görəndə təəccüblənən Ahmet Yarba, "Bunlar mənim yadigarım olacaq" deyərək daşları evinə apardığını söylədi. Yarba əlavə edib: "Sadəcə bir daş üçün gəlmişdim, amma bu qədər çox olduğunu bilmirdim. Allaha şükürlər olsun, sağlığıma qovuşdum".
Səbəb: su çatışmazlığı və çay istehlakı
Dr. Ezer qeyd edib ki, bu qədər daşın yaranmasında genetik meyl və düzgün olmayan qidalanma vərdişləri rol oynayıb:
"Xəstələrimizdə su istehlakı adətən az olur. Bunun əvəzinə çoxlu çay və duzlu içkilər qəbul edirlər. Bu isə daşların əmələ gəlməsinə səbəb olur. Əgər erkən mərhələdə aşkar olunsa, bu cür ağır vəziyyətlərin qarşısını almaq mümkündür".
Böyrək daşları ciddi nəticələr doğura bilər
Həkimin sözlərinə görə, böyrək daşları vaxtında müalicə edilmədikdə böyrək funksiyalarının pozulmasına və hətta dializ ehtiyacına səbəb ola bilər. O bildirib ki, Türkiyədə dializ alan xəstələrin əhəmiyyətli hissəsi məhz bu səbəbdən böyrəklərini itirib.
"Bu əməliyyat bizim üçün də böyük təcrübə oldu"
Əməliyyatda iştirak edən tibbi heyət üçün bu nadir hal həm də peşəkar təcrübə baxımından unikal hadisə olub:
"Əvvəlcə bir böyrəyi əməliyyat etdik, sonra bir qədər zaman keçdikdən sonra digərini. İkinci əməliyyatda 5 sm ölçüsündə daş yığını ilə qarşılaşdıq. Proses 4 saata qədər davam etdi. Kiçik daşları bir-bir toplamaq çox zəhmətli idi. Amma bu da bizim üçün böyük bir öyrənmə imkanına çevrildi"./E-saglam.az
Milli.Az

Xəbərlər     Baxılıb: 644   Tarix: 26 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Piylənmə və diabetin hansı xəstəliyin gizli nəticələri olduğu bilindi

Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə və şəkərli diabetə daha çox meyilli olurlar. xəbər verir ki, bu barədə Rusiya Tibb Elmləri Namizədi, Piroqov Universitetinin Psixiatriya və Tibbi Psixologiy

.

Gündəlik saçını düzləşdirən xanımların NƏZƏRİNƏ: Bu xəstəliyi tapa bilərsiz

İsraildə aparılan bir araşdırmaya görə, saçların düzləşdirilməsi üçün istifadə olunan bəzi kosmetik vasitələrin tərkibindəki qlioksil turşusu böyrək çatışmazlığına səbəb ola bilər. . xəbər verir ki, qlioksil turşusu yalnı

.

Psixiatr stresin gizli əlamətlərini açdı

Stressin gizli əlamətlərini qaçırmaq asan ola bilər, lakin psixi sağlamlığınızı qorumaq üçün onları tanımaq vacibdir. xəbər verir ki, Hyustondakı Baylor Tibb Kollecində icma psixiatriyasının direktoru Asim Şah belə deyir

.

Bu bitkiyə toxundu, kəkələməyə başladı - Hər evdə var - DİQQƏT

Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib. xəbər verir ki, Bursada yaşayan

.

Xınanın möcüzəvi FAYDALARI

Əsrlər boyu həm estetik, həm də müalicəvi məqsədlər üçün istifadə edilən xına təkcə bəzək deyil, həm də təbii şəfa mənbəyi kimi diqqəti cəlb edir.  xəbər verir ki, xına təbii məhsul olsa da, xüsusilə dəri həssaslığı və y

.

Yatmamışdan əvvəl bu qidaları yeməyin

Yatmazdan əvvəl qəbul edilən bəzi qidalar yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə britaniyalı dietoloq Kayl Krouli xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə turş tərkibli meyvə və tərəvəzlə

.

Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı

Çinin Elm və Texnologiya Universitetinin alimləri qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlayıblar. xəbər verir ki, bu barədə "Cell" jurnalında məqalə dərc olunub. Bildirilib ki, yeni nəsil kontak

.

Gündə nə qədər gilas yemək olar?

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. . xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışa

.

İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub. xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamilelikde qidalanma yemek reseptleri sade makiyaj sekilleri hamiləlik testi əlibala hacızadə şirniyyatların hazırlanması makiyaj formalari vidyolar oglaq google burcler haqqinda mikayıl abdullayev
OSZAR »