Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIR

Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIRYəqin ki, çoxumuz orqanizmimizdə yaranan hər hansı bir narahatlıq, fiziki şikayətlə bağlı həkimə getmədən öncə internetdə araşdırma edirik. İnternetdə rast gəlinən qeyri-dəqiq məlumatlar əsasında  diaqnoz qoyuruq. Bu bəsit görünən həll metodu çox zaman xəstəliklə bağlı şübhələrin artmasına səbəb olur.
Həddindən artıq axtarış isə şübhələrin artmasına və narahatlığın ciddi bir problemə çevrilməsinə yol açır.
Yəni əslində ciddi bir xəstəlik olmadığı halda insanın o anda yaşadığı stress narahatlıq, qorxu və ya depressiya kimi emosional vəziyyətlər bədənin fiziki vəziyyətinə də təsir göstərir. Məşhur bir ifadədə də qeyd olunduğu kimi: Hər şey beyində başlayır.
Sən demə insanların internetdə qarşılaşdıqları qeyri-dəqiq və qorxuducu tibbi məlumatlardan təsirlənərək özlərini çoxsaylı xəstəliklərlə əlaqələndirmələri də xəstəlik imiş. Bu fenomenə pxisologiyada Siberkondriya adı verilir.
İnternetdən yoluxan bu "xəstəlik"  insanların sağlamlıqla bağlı yanlış düşünmələrinə səbəb olur. Bununla yanaşı, həddindən artıq narahatlıq və təlaş yaratmaqla, insanların həyat keyfiyyətini aşağı salır. Səhv diaqnozların qoyulmasına və yanlış müalicə metodlarına yönlənmələrinə gətirib çıxarır. "Siberkondriya yalnız psixoloji təsir göstərmir. Həmçinin lazım olmayan dərmanlardan istifadəni də artırır.  
Mütəxəssislər bildirirlər ki, internetdən istifadə artdıqca bu xəstəliyə yoluxma riski də artan dinamika ilə davam edəcək.
Ətraflı
Bəs, bununla necə mübarizə aparmaq olar?
Milli.Az xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, psixoloq və psixiatrlar tərəfindən Siberkondriya ilə bağlı diaqnoz qoyulmur. Onun sözlərinə görə, bu, xəstəlik olmadığı üçün dərmanlarla müalicə edilə bilmir.
"Lakin simptomlardan müəyyən edə bilirik.  Siberkondriya ayrıca deyil, xəstəliklərin arasında bir qoldur. Bu da internetdə daha çox zaman keçirərək xəstəliklər haqqında araşdırmaq, müəyyən xəstəliklər haqqında məlumat almaqdır. Səbəblər müxtəlifdir. İnsan var ki, o çox bilgiyə sahib olmaq istəyir. Elə insanlar da olur ki, xəstədirlər və öz xəstəlikləri haqqında həddən artıq çox məlumat əldə etmək istəyirlər. Buna səbəb öz xəstəliklərini idarə etməkdir. Bəzilərinin isə sadəcə bir işlə məşğul olmağa ehtiyacı var. Lakin ən başlıca məsələ psixoloji narahatlıqla bağlıdır", - o deyib.
Müsahibimiz bunun müalicəsinin yalnız psixoloqla mümkün olduğunu deyir.
"Məsələnin əsas mahiyyəti öyrənilir, kökündə dayanan problem araşdırılır. Bu zaman şəxsin problemi mütəxəssis  tərəfindən aşkarlanır və müalicə edilir. Ümumiyyətlə birşey həyat tərzinizə mane olursa, o problemdir",- deyə F.Mehmanqızı fikrini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 772   Tarix: 09 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır

Gənclər arasında enerji içkilərinin istifadəsi sürətlə yayılır və bu da sağlamlıq üçün ciddi təhlükəyə çevrilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər xüsusilə ürək-damar sistemi, böyrəklər və psixi sağlamlıq üçü

.

Şampun və losyonlarda gizli təhlükə - Xərçəng yaradan maddələr aşkarlandı

ABŞ və Böyük Britaniyada geniş istifadə olunan bir çox şampun, losyon və gözəllik məhsullarının tərkibində xərçəng riskini artıran kimyəvi maddələr olduğu üzə çıxıb. xəbər verir ki, ABŞ-da yerləşən "Silent Spring"

.

Miqreni olanlar bu qidaları yeməsin

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana gündəlik həyatında ciddi maneələr yaradan nevroloji pozuntudur. Bu xəstəlik bəzi hallarda iş qabiliyyətini azaldır, yuxu və qidalanma rejimini pozur, həmçini

.

Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır - SİYAHI

Süd vəzi xərçəngi ilə bağlı dünyanın məşhur xeyriyyə təşkilatı krem və şampunlardakı bu xəstəliyi yaradan zərərli maddələri açıqlayıb. xəbər verir ki, xeyriyyə təşkilatının açıqlamasında şampun və kremlərin tərkibindəki maddələri

.

Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin

Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb. xəbər verir ki, dəri səpgiləri, qaşınma, qızarıqlıq, burun axması kimi əlamətlər bir çox valideynləri narahat edir. Bu simptomlarla ev şəraitində mübarizə aparmaq bəzə

.

Sirkə bu xəstəliklərin düşmənidir

Sirkə ənənəvi tibbdə uzun müddət istifadə edilən və sağlamlıq üçün bir çox faydaları olan təbii məhsuldur. xəbər verir ki, təbii üsullarla sağlam qalmaq istəyənlərin tez-tez istifadə etdiyi alternativlərdən biri olan sirk

.

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri alçadır. May ayı başlayar-başlama

.

Yayda üz dərisinə necə qulluq edək?

Yaz aylarının gəlişi ilə birlikdə dərimizin daha çox təmiz hava ilə təmasda olması, həmçinin günəş şüalarının güclənməsi, üz dərisində müxtəlif problemlərə səbəb ola bilər. Xüsusilə, səpgilər (pigment ləkələri) bəzi insanlard

.

Alçanı duzla yeməyin ziyanları

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir. xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 geymler 2025 qadin dunyasi qadın alt paltarları 2025 yaz yay kolleksiyasi asan hamiləlikdə qidalanma veten seirleri sağlamlığa aid atalar sözləri 8 mart seksual şirin qoğal
OSZAR »