Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalırAvropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacibliyinə diqqət çəkiblər.
Avropa Onurğa Cəmiyyətlərinin keçirdiyi "Skoliozla Yaşamaq" adlı beynəlxalq vebinarda qeyd olunub ki, skolioz xüsusilə 10-16 yaşlı yeniyetmələr arasında geniş yayılıb və erkən mərhələdə müdaxilə onun ağırlaşmasının qarşısını ala bilər.
Almaniya və Fransadan olan mütəxəssislərin fikrincə, 10-20° əyrilikdə fiziki terapiya və müşahidə kifayət edir, 20-40° hallarda xüsusi korsetlər tətbiq olunur, 40° və yuxarı əyriliklərdə isə cərrahi müdaxilə tövsiyə olunur.
Fransız ortoped Dr. Anna Lefevre bildirib ki, sadə fiziki baxışlarla belə erkən mərhələdə əyrilik müəyyən oluna bilər və müalicəyə başlamaq mümkündür.
"Skolioz yalnız onurğa problemi deyil, həyat keyfiyyətinə təsir edən faktordur"
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən reabilitoloq və fizioterapevt Afaq Azadın sözlərinə görə, skolioz təkcə fiziki deyil, eyni zamanda emosional və psixoloji yüklənməyə də səbəb olur:
"Skolioz uşaqlarda özünəinam itkisinə, sosial çətinliklərə və psixoloji gərginliyə gətirib çıxara bilər. Həm estetik, həm də funksional narahatlıqlara yol açır. Ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunan bu əyrilik vaxtında müdaxilə tələb edir".
O, vurğulayıb ki, düzgün fizioterapiya yanaşması və fərdi məşq proqramları ilə skoliozun cərrahiyyəyə ehtiyac qalmadan idarə olunması mümkündür:
"Xüsusi məşq metodikaları - məsələn, Schroth texnikası - əzələ balansının bərpası və duruşun düzəldilməsi baxımından çox təsirlidir. Lakin bu, yalnız həkim nəzarətində və davamlı reabilitasiya ilə mümkün olur".
Afaq Azad valideynləri uşaqların duruş dəyişikliklərinə qarşı diqqətli olmağa çağırır və əlamətlərin erkən aşkarlanmasının müalicə şanslarını xeyli artırdığını bildirir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 658   Tarix: 29 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?

Aşağı qan təzyiqi olan insanlar çox vaxt özlərini sağlam hesab edirlər. . -ın xarici mediaya istinadla xəbərinə görə, əslində, həm çox aşağı, həm də çox yüksək təzyiq ağırlaşma riskini daşıyır və ciddi sağlamlıq problemlərin

.

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacibliyinə diqqət çəkiblər. Avropa Onurğa Cəmiyyətlərinin keçirdiy

.

Hamamda edilən bu səhv ölümə aparır

Yay aylarında edilən bu xəta ölümə səbəb ola bilər. xəbər verir ki, havanın isti keçdiyi günlərdə çoxları sərinlənmək üçün buz kimi su ilə duş qəbul edir, lakin mütəxəssislər bu üsulun düşündüyümüz qədər təhlükəsiz olmadığın

.

Koronavirusun yeni ştammı aşkarlandı - Sürətlə yayılır

Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni "Stratus" koronavirus ştammı yayılıb. xəbər verir ki, bu barədə "The Independent" qəzeti xəbər verib. Qeyd olunub ki, "Stratus"

.

Yumurtanı qaynadıb suyunu tökməyin – Bilmədiyiniz faydaları

Əksər insanlar yumurtanı qaynadıqdan sonra suyunu heç düşünmədən kanalizasiya ilə axıdır. Halbuki, bu sadə suyun orqanizm və gündəlik həyat üçün bir çox faydası var. Mütəxəssislər bildirirlər ki, yumurta qaynadılan su tamamil

.

Soyuq duşun əsas FAYDALARI

Soyuq duşun sağlamlığa təsirləri ilə bağlı maraq artmaqdadır. Araşdırmalar göstərir ki, bu vərdiş həm fiziki, həm də zehni sağlamlığa müəyyən faydalar verə bilər. Mütəxəssislər bildirirlər ki, soyuq su ilə duş almaq qan dövranın

.

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir. xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənm

.

Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütubətli hava  nisbəti kondisionerdən istifadəni artırır. Demək olar ki, hər evdə, iş yerində eləcə də nəqliyyat vasitələrində kondisioner mövcuddur

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri geyim necə seçməli gozel gorunmek qargidali salati romantik pozalar saç maskaları pehriz qiz evi haxista kondom nedir haxisda novruz hakista terezi
OSZAR »