İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR

İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARDünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.
Xanim.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıblar. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O, bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".

Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi".

N. Bayramov əlavə edib ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLARİntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR

Xəbərlər     Baxılıb: 5139   Tarix: 14 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Tibb dünyasında ilk - Bədənindəki şiş xəstənin gözündən çıxarıldı - FOTO

 ABŞ-da həyata keçirilən çətin və riskli cərrahiyyə əməliyyatı tibb dünyasında yeni səhifə açıb. xəbər verir ki, həkimlər xəstənin gözündən girərək onurğa sütununa yaxın ərazidə yerləşən bədxassəli şişi çıxarmağa nail olublar

.

Bu üsulla dərhal yuxuya gedəcəksiniz - Yuxu probleminə SON

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək əsl sınağa çevrilə bilər. Xüsusilə son illərdə geniş yayılmış yuxusuzluq problemi bir çox insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Artı

.

Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma

Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib. xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalınd

.

Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz oxşaya bilər. Ayaqlarınızı belə gözəl və sağlam saxlamaq üçün varikoz damarlarının qarşısını almaq vacibdir. Ayaqları və damarları optimal şəkildə necə qoruma

.

Ölümcül xəstəliyin gizli əlaməti - Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir - FOTO

Barmaqların ucunda baş verən müəyyən dəyişikliklər ölümcül bir xəstəlik - ağciyər xərçəngi-nin səssiz xəbərçisi ola bilər. xəbər verir ki, tibbdə "klubbing" (barmaq çırpılması) adlandırılan bu vəziyyət barmaq uclarınd

.

Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR

Baş dərisinin nəmləndirilməsinin üz dərisinə qulluq qədər vacib olduğunu düşünmüsünüz? Axı saçların sağlamlığı məhz başdakı dərinin vəziyyətindən asılıdır. Əgər buna əhəmiyyət verməsəniz, saç tökülməsi və saç tellərinin qırılmas

.

Uroloq xoşagəlməz sidik qoxusunun səbəblərini izah edib

Pis qoxulu sidik sizin pəhrizinizin nəticəsi ola bilər, lakin bəzi hallarda bu əlamət bir sıra ciddi xəstəlikləri göstərə bilər.  xəbər verir ki, London Bridge Hospitalının məsləhətçisi uroginekoloq Sushma Srikrişna sidiyi

.

Alimlər ömrü 24 il uzada bilən 8 vərdişi açıqlayıb

İnsanın həyat tərzi onun ömrünə təsir edir. Amerika Qidalanma Cəmiyyətinin araşdırması uzunömürlülüklə əlaqəli vərdişləri müəyyən edib. xəbər verir ki, alimlərin fikrincə, səkkiz vərdiş kişilərin ömrünü 24 il, qadınları is

.

"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.  xəbər verir ki, konfransın əvvəlində Dövlət Himn

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar makiyaj instagram kosmetika mehsullari sobada kotlet hamiləlik təqvimi hamileliyin elametleri bu ilin cantalari baldıza aid hakışta vetene aid atalar sozu azərbaycan bahar hamilelik
OSZAR »