"Kənd toyuğudur" adı ilə belə ALDANIRIQ

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?
Broyler bir aya yetişir, kənd toyuğu dörd aya
Qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğuladı: "İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır". Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: "Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir".
Dərisi sarı və qabarıq olur
İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür: "Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur".
Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir: "Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq".
"İşbazlar üçün insan sağlamlığı ikinci plandadır"
Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər: "Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər".
İ.Şirinov insanlara tövsiyə etdi ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: "Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir".
"Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: "Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir".
Yaşlı toyuqlar da kənd toyuğu adı altında satılır
E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: "İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır".
Sədrin fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara ttövsiyə edirəm ki, kənd toyuqları adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "Qaynar xətt"inə məlumat versinlər". ("Kaspi" qəzeti)
Milli.Az

Xəbərlər     Baxılıb: 854   Tarix: 27 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ağcaqanadlar ən çox bu qan qrupundan olan insanları "yeyir"

Yaponiyada aparılan araşdırma ağcaqanadların ən çox hansı insanlara hücum etdiyini üzə çıxarıb. xarici mətbuata istinadla xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə ağcaqanadlar ən çox 0 qa

.

Ayaqqabılar sağlamlığınıza zərər verə bilər – Həkim xəbərdarlıq edir

Ayaqyalın gəzmək duruş və onurğa sağlamlığına müsbət təsir göstərir. xəbər verir ki, idman həkimi və reabilitasiya mütəxəssisi Valeri Vasilyevin sözlərinə görə, ayaqyalın gəzmək insanın duruşunu və onurğa sağlamlığını yaxşılaşdırmağ

.

Siqareti tərgitməyin üç əlverişli YOLU

Siqareti tərgitmək çətin olsa da, doğru üsullarla bu proses daha asan və uğurlu ola bilər. sizə həmin üsulları təqdim edir:. Tədricən azaltma metodu. Siqareti bir anda buraxmaq çətin gəlirsə, tədricən azaltmaq daha real v

.

Qarpızı illərdir səhv yeyirmişik - Pendirlə yox

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpızın təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa olan faydaları ilə də diqqət çəkir. Son elmi araşdırmalara əsasən, qarpız düzgün şəkildə istehlak edildikdə əzəl

.

Alça yedikdən sonra bunlara diqqət edin

Yay aylarının sevilən meyvələrindən biri olan alça həm ləzzətli, həm də faydalıdır. Lakin mütəxəssislər alça və digər turş meyvələrin istehlakından sonra diş sağlamlığını qorumaq üçün bəzi vacib tövsiyələr verirlər. Dişləriniz

.

İsti havalarda bəzi qidalar istilik vurması riskini artırır – diyetoloqdan xəbərdarlıq

Yay aylarında bəzi qida məhsullarının orqanizmə mənfi təsiri arta bilər və istilik vurması riskini yüksəldə bilər. xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi və Rosbiotex Universitetinin Dietologiy

.

Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O, həmin səbəblərdən danışıb:. "Sözsü

.

Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?

avanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir. Qripdən qorunmaq üçün ilk növbədə düzgün v

.

Ən keyfiyyətsiz yağlar bunlardır

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib. xəbər verir ki, "Solntse Moe", "Kuban" və digər istehsalçıları

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az donlar 2025 geyim necə seçməli gelinlikler gəlin qaynana sağlamlıq xəbərləri intim heyat vetene aid bayatılar burclər qadin.az haxista xocali novruz hakışdaları
OSZAR »