Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlarUşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 
O, bildirib:
"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."
O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.
"Yelləmək - doğru bilinən yanlışlardan biridir"
Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:
"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."
"Zehni və fiziki zədələr baş verə bilər"
Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:
"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."
Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:
"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."
"Göz təması sağlam bağlanmanı dəstəkləyir"
Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:
"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."
Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:
"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."
Hüseyn
Milli.Az

Xəbərlər     Baxılıb: 676   Tarix: 11 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarını

.

1 qaşıq yeyənlər 10 il xəstələnmir - Bəhməz deyil

Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü bir alternativ qazanıb. Söhbət son dövlər daha çox istifadə edilən üzüm marmeladından gedir. . xəbər verir ki, dəmir, antioksidant və vitaminlərlə zəngin ola

.

Bu vərdişlər səssizcə beyninizə zərər verir

Zaman-zaman nəyisə unutmaq adi hal sayıla bilər. Lakin unutqanlıq gündəlik həyatınıza mənfi təsir göstərməyə başlayarsa və ətrafınızdakılar da bu vəziyyəti hiss edirsə, mütləq mütəxəssisə müraciət edilməlidir. xəbər veri

.

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü. -ın məlumatına görə, son elmi araşdırmalar göstərir ki, avokado ürək və dama

.

Faydasını bilən yaşıl soğanın qoxusunu unudar

Mətbəxlərimizin ayrılmaz hissəsi olan yaşıl soğan bəzən kəskin qoxusuna görə ikinci plana atılsa da, sağlamlığa verdiyi saysız faydalarla diqqət çəkir. xəbər verir ki, yaşıl soğanın müntəzəm istifadəsi orqanizmi gücləndirir

.

Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü - FOTO

Qəfil başlayan öskürək tutması ilə gecəni təcili yardım otağında keçirən kişi ağciyərlərinin çökdüyünü öyrənib. xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ekspertlər qorxulu həqiqəti üzə çıxarıblar. Çinin cənub-qərbindək

.

İçdiyiniz suya bir parça əlavə edin - Dəyişimə inanmayacaqsınız

Son illərdə sağlam həyat tendensiyaları arasında önə çıxan üsullardan biri də çox sadə və təbii bir təcrübədir - İçdiyiniz suya bir parça şam budağı əlavə etmək. Sosial media platformalarında viral hal alan bu təklif bi

.

Solaxaylara pis xəbər - Bu xəstəliklərə daha çox meyllidirlər

Dünyadakı insanların təxminən 10 faizinin solaxay olduğu məlumdur. Lakin bu nadir xüsusiyyət əsrlər boyu təkcə fərqli əl üstünlüyü kimi deyil, eyni zamanda cəmiyyətlərdə sosial qərəzlərin hədəfi kimi də tanınıb. İndi is

.

Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

Uzun və sağlam yaşam üçün bu 4 qidanı evinizə daxil etməyin. sözcü-yə istinadla xəbər verir ki, dünyaca məşhur mütəxəssis Dan Buettner uzun və sağlam həyat istəyənlər üçün mətbəxdən tamamilə çıxarılması lazım olan dörd qidan

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az adlarin menasi gelinlikler kosmetik vasiteler şirniyyat ve tortlar viruslar vətən haqqında atalar sözləri xinayaxdi sozleri vətənə aid atalar sözləri vetene aid bayatilar novruz hakista xeyanet veten
OSZAR »