Öskürəyin müalicəsində uşaqları öldürə bilən səhv

Öskürəyin müalicəsində uşaqları öldürə bilən səhvUşaqlarda öskürəyi müalicə edərkən mukolitik (bəlğəm gətirici) və öskürək əleyhinə dərmanların birlikdə qəbulu məqsədəuyğun deyil.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı otolarinqoloqu Daria Tsap bildirib. O, qeyd edib ki, belə hallar boğulma ilə nəticələnə bilər.
Öskürək üçün vasitələr, o cümlədən şərbətlər iki yerə - antitüsiv və mukolitiklərə bölünür. Birincilər beyin qabığındakı öskürək mərkəzinə və öskürək reseptorlarına təsir edərək öskürək istəyini azaldır. Mukolitiklər isə bəlğəm istehsalını stimullaşdırır və onların tezliklə orqanizmdən çıxarılmasını təmin edərək bronxları təmizləyir.
"Nəzərə almaq lazımdır ki, öskürək əleyhinə və mukolitikləri birləşdirmək mümkün deyil. Bu zaman bəlğəm mayeləşəcək, lakin öskürək refleksinin bloklanması səbəbindən uşaq onu öskürə bilməyəcək. Nəticədə bronxlarda maye yığılmağa başlayacaq. Bundan əlavə, altı yaşdan kiçik uşaqlara mukolitiklər verilməməlidir. LOR orqanlarının və tənəffüs yollarının quruluşuna görə selik mayeləşdikdə uşaq öz bəlğəmi ilə boğula bilər", - deyə həkim bildirib.
Onun sözlərinə görə, valideynlər arasında məşhur bir fikir var ki, quru öskürək əvvəlcə yaş öskürəyə çevrilməlidir və yalnız bundan sonra bəlğəmin çıxarılması başlamalıdır.
"Bu müalicə rejimi həmişə özünü doğrultmur. Xüsusilə 12 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə. Əsasən viruslar səbəbiylə quru öskürəyin olma ehtimalı daha yüksəkdir. Bu vəziyyətdə, öskürəyin başlanğıcında dərhal qarşısını almaq və onu yaş vəziyyətə gətirməmək daha yaxşıdır", - mütəxəssis izah edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 847   Tarix: 02 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.  xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib. "Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı

Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları çirklənmə şübhəsi ilə bazardan geri çağırılır. xəbər evrir ki, bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləm

.

Bu meyvənin qabığını zibilə atmayın

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fit-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəs

.

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir

Son dövrlərdə idmanla məşğul olan gənclər arasında zülal tərkibli qida əlavələrinə xüsusilə protein tozlarına maraq artıb. Lakin daha tez nəticə əldə etmək arzusu bəzən ciddi sağlamlıq riskləri ilə müşayiət olunur. Mütəxəssislə

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

Min bir derdim dərmanı - Mixək

Mixək bitkisi çox sayda faydası olan bir bitkidir. -a istinadən xəbər verir ki, mixək bitkisi antidepressant və anksiolitik kimi işləyir və stres, depressiya və sinirlilik kimi psixoloji vəziyyətlərdə yardım edir. . Xüsusil

.

Gecə növbəsində işləyənlər OXUSUN

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudlaşdırmaq gecə növbəsində işləyən insanlarda ürək-damar xəstəlikləri riskini azaldır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Nature Communications"

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri gozel gorunmek hamilelikde qidalanma gül buketləri usaqlarda angina qoç bürcü bilinçik resepti narin faydasi bürcler seksler kondom uzeyir hacibeyli
OSZAR »