Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhrizPielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki onu dəyişməklə mikrobların inkişafı üçün dözülməz şərait yaradılır. Pielonefrit zamanı sidiyin turş reaksiyasında xəstələrə bir cür, qələvi reaksiyasında isə başqa cür pəhriz təyin edilir. Bu xəstələk zamanı sidik yollarını qıcıqlandıran məhsullar, efir yağları olan tərəvəzlər (soğan, sarımsaq, xren, turp), ədviyyatlar menyudan çıxarılır, xəstələrə təzə meyvə-tərəvəzlər yemək, bol su içmək məsləhət görülür.
Böyrəkdaşı zamanı pəhrizin prinsipləri aşağıdakılardan ibarətdir:
- sidik yollarını çöküntü və daş əmələ gətirə bilən qida məhsullarından məhdudlaşdırmaq
- qidanın xarakterini dəyişməklə sidiyin pH-nı requlə etmək və bununla da sidik yollarında çöküntünün yaranmasının qarşısını almaq, daşların həll olmasına nail olmaq
- çöküntüləri sidik yollarından çıxarmaq üçün çoxlu maye içmək.
Böyrəkdaşı xəstəliyində daşın növünə əsasən pəhriz saxlanılır.
Oksaluriya zamanı tövsiyə olunan məhsullar:
* ət, toyuq, balıq orta miqdarda (100-200 qram) qaynadılmış halda, bişirilmiş kolbasa, sosiska, yumurta, qaynadılmış ətdən və balıqdan salatlar
* süd, qatıq, kəsmik, xama
* piylər ,kərə və bitki yağı
* yarmalar, qarabaşaq, yulaf, arpa, makoron məhsulları
* çörək, buğda, un məhsulları
* meyvə və tərkibində oksalat turşusu az olan tərəvəzlər (xiyar, kələm, noxud, badımcan, balqabaq, ərik, banan)
* suplar, souslar
* kompot, kisel.
Pəhrizdə azaldılmalı və ya tam çıxarılmalı məhsullar:
* yağlı ətlər, onların bulyonları, qaraciyər, böyrək, dil, beyin, quru balıq, kürü, hisə verilmiş kolbasa
* duzlu pendir
* göbələk, turşəng, ispanaq, gül kələmi
* şokolad, əncir, moruq
* istiot, xardal, xren
* kofe, tünd çay, kakao.
Fosfaturiya zamanı tövsiyə edilən məhsullar:
* ət, quş əti, balıq bütün formalarda
* yumurta gündə 1 dənə
* yağlar, kərə yağı, bitki yağı
* yarmalar (duzsuz halda)
* çörək, un məmulatları
* tərəvəz, yaşıl noxud, balqabaq, göbələk
* turş alma növləri
* bal, şəkər, qənnadı məmulatları
* açıq çay, qəhvə, itburnu dəmləməsi.
Qadağan edilir:
* hisə verilmiş məmulatlar
* süd və süd məhsulları
* piylər
* kartof, tərəvəz
* meyvə, giləmeyvə, meyvə şirələri.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 10 dekabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir. xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənm

.

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir. bununla bağlı məlumatları sizə təqdi

.

Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur

Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həddindən artıq olmamaq və müəyyən saatlarda kölgədə qalmaq lazımdır. e- -a istinadən xəbər verir ki, körpələrdə və uşaqlarda günəş yanıqları sonrakı illərd

.

Qara istiotun bilmədiyimiz FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?.  xəbər verir ki, qara istiot sağlam həyat tərz

.

Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?

Aşağı qan təzyiqi olan insanlar çox vaxt özlərini sağlam hesab edirlər. . -ın xarici mediaya istinadla xəbərinə görə, əslində, həm çox aşağı, həm də çox yüksək təzyiq ağırlaşma riskini daşıyır və ciddi sağlamlıq problemlərin

.

Günvurmadan necə qorunmaq lazımdır? - Həkimdən vacib xəbərdarlıq

Yay aylarında temperaturun yüksəlməsi ilə bağlı günvurma hallarına tez-tez rast gəlinir. Həkimlər bildirir ki, xüsusilə günorta saatlarında birbaşa günəş altında qalmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbə

.

Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı yaradan yeni texnologiyanı təqdim edib. xəbər veri

.

Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır

ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yayılması ilə bağlı narahatedici statistika açıqlanıb. Məlumata görə hazırda ölkədə təxminən 2 milyon kişi bu "səssiz xəstəlik"dən əziyyət çəkir

.

Yumurtanı qaynadıb suyunu tökməyin – Bilmədiyiniz faydaları

Əksər insanlar yumurtanı qaynadıqdan sonra suyunu heç düşünmədən kanalizasiya ilə axıdır. Halbuki, bu sadə suyun orqanizm və gündəlik həyat üçün bir çox faydası var. Mütəxəssislər bildirirlər ki, yumurta qaynadılan su tamamil

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj etmek qaydalari geyim seçimi kosmetik vasiteler boyun osteoxondrozu göz xəstəlikləri bakirəliyin pozulması morugun faydasi hakista rus dilin nece orenek ariqlamaq novruza aid hakisdalar həmidə
OSZAR »