Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokado

Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokadoQaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və digər həyati vacib funksiyalarda iştirak edir. Onun sağlamlığını qorumaq üçün müəyyən qidaların rasiona daxil edilməsi vacibdir.
E-saglam.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı hepatoloq, qastroenteroloq, tibb elmləri namizədi Yelena Butenko danışıb.
Onun sözlərinə görə, rasiona avokado, yulaf, giləmeyvələr, yaşıl çay, yağlı balıq, qreypfrut, zeytun yağı və brokkoli kimi qidalar daxil edilməlidir.
Avokado
Bu unikal məhsul çoxlu doymamış yağlar ehtiva edir ki, onlar qaraciyərin zədələnmə proseslərini ləngidir və onu bərpa etməyə kömək edir. Avokado, həmçinin kifayət qədər lif, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Ən əsası isə qlutation (qaraciyəri sərbəst radikalların zədələyici təsirindən qoruyan maddə) istehsalını artırır.
Yulaf yarması
Beta-qlükanlar adlı unikal liflərlə zəngin olan yulaf qaraciyərdə iltihabı azaldır, immun sistemini gücləndirir, qanda şəkərin və qaraciyər hüceyrələrində piyin miqdarını azaldır.
Giləmeyvələr
Giləmeyvələr polifenol tipli antioksidantlarla zəngindir. Onlar qaraciyəri qoruyur və orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edir. Üzümün tərkibindəki resveratrol isə iltihab əleyhinə və xərçəngə qarşı təsirləri ilə tanınır.
Qarpız
Qarpız qaraciyəri toksinlərdən təmizləyən və orqanizmi maye ilə təmin edən ideal meyvədir. Onun yüngül ödqovucu təsiri də var.
Yaşıl çay
Araşdırmalara görə, yaşıl çayın antioksidant tərkibi qaraciyər xərçənginin riskini azaldır, iltihabi və oksidləşdirici prosesləri zəiflədir.
Qreypfrut
Qreypfrutun tərkibindəki naringenin və naringin adlı flavonoidlər qaraciyərin bərpasını dəstəkləyir, fibroz riskini azaldır, həzm prosesini yaxşılaşdırır və piylənmənin qarşısını alır.
Yağlı balıq (qızılbalıq, skumbriya, sardina və s.)
Yağlı balıq "Omega-3" yağ turşularının ən yaxşı mənbələrindən biridir. "Omega-3" qaraciyərdə "zərərli" yağların, xüsusilə də aşağı sıxlıqlı lipoproteinlərin (LDL) və triqliseridlərin yığılmasını azaldır. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq yemək tövsiyə olunur.
Zeytun yağı
Təravətli (termik emaldan keçməmiş) zeytun yağı qaraciyər üçün olduqca faydalıdır. O, orqanizmdə "yaxşı" xolesterinin (HDL) miqdarını artırır, detoks proseslərini gücləndirir və qaraciyərdə piy yığılmasının qarşısını alır.
Kələm növləri (brokkoli və brüssel kələmi)
Bu xaççiçəklilər (kələm növləri) az karbohidratlı və liflə zəngin olduğuna görə qaraciyərdə piy yığılmasını azaldır. Xüsusilə brokkolinin tərkibindəki sulforafan və indol adlı antioksidantlar qaraciyərin detoks fermentlərini aktivləşdirir və xərçəng riskini azaldır. (oxu.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 920   Tarix: 05 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslər avokadodan uzaq dursun

Super qidalar arasında yer alan və sağlamlığa olan saysız faydaları ilə tanınan avokado bəzi insanlar üçün riskli ola bilər. Xüsusilə xroniki böyrək xəstəliyindən əziyyət çəkənlər üçün bu meyvənin tərkibi təhlükə yarada bilər

.

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir. xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənm

.

Nəm salfetlər təhlükəlidirmi?

Hazırda məişətdə, işdə hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan müxtəlif məqsədlər üçün istifadə edilir. . Həkim Pərvanə Mustafayev

.

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacibliyinə diqqət çəkiblər. Avropa Onurğa Cəmiyyətlərinin keçirdiy

.

Süni intellekt sayəsində hamilə qaldı

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valideyn olmağa hazırlaşır. xəbər verir ki, ABŞ-də azospermi diaqnozu qoyulan və 18 il ərzində övlad sahibi ola bilməyən cütlük, süni intellektin dəstəklədiy

.

Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma vərdişləri, xüsusilə ziddiyyətli məhsulların eyni vaxtda qəbulu həzm sistemində problemlərə, vitamin-minera

.

Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir

ABŞ-da aparılan araşdırma zeytun yağının təkcə ürək və beyin üçün deyil, həm də xərçənglə mübarizədə təsirli ola biləcəyini üzə çıxarıb. xəbər verir ki, Rutgers Universiteti və Hunter Kollecində aparılan tədqiqatda zeytu

.

"Yemiş alarkən də diqqət edilməli bir çox məqam var"

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov -a açıqlamasında deyib. O, yemiş alarkən nələrə diqqət edilməli olduğundan bəhs edib:. "İlk növbədə, bütün meyvə və giləmeyvələrdə olduğu kimi yemişi də mövsümünd

.

Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər

Yay aylarında gənə təhlükəsi artır. Xüsusilə açıq havada daha çox vaxt keçirən insanlar, piknik və kənd yerlərinə səyahət edənlər bu parazitlərə daha çox məruz qala bilər. e- -a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gelinlikler yaz geyimleri 2025 kosmetika mehsullari qan qruplari testlər kokteyllər paltar modelleri vetene aid atalar sozu rus dilin nece orenek usaq geyimleri maya maskasi qizliq perdesi
OSZAR »