Rövşanə işdən çıxarıldı

Rövşanə işdən çıxarıldıARB telekanalı tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb.
Open.az xəbər verir ki, işdən çıxmasını News24.az-a təsdiqləyən aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib:
"Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb".
Teleaparıcı bildirib ki, iş ilə bağlı gələcək planları da elə peşəsi ilə bağlıdır: "Peşəm teleaparıcılıq, telejurnalistikadır. Demirəm ki, başqa sahədə işləmək düşüncəmdə yoxdur. O da ola bilər, amma yəqin ki, yenə də televiziyada fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Təkliflər olduğu halda dəyərləndirəcəyəm. Təbii ki, mənə uyğun layihə olmalıdır. Mən efirdə belinə şal bağlayıb, haxışta deyənlərdən ola bilmərəm. Efirdə atılıb düşmək mənim imicimə, xarakterimə uyğun deyil. Normal tok-şou olarsa razılaşa bilərəm".
Rövşanə Ağasəfqızı qeyd edib ki, əksər hallarda reytinqsiz telekanallar bunda aparıcını günahlandırır:
"Kanalın reytinqi yoxdursa günahı aparıcıda görmək lazım deyil. Aparıcı olaraq öz reytinqimi hər zaman bilmişəm. Adi bir statusum hadisəyə çevrilirsə, verilişlərdən çıxarışlar trendə düşürsə, bunu aparıcı olaraq öz reytinqim kimi dəyərləndirirəm. Bütün tamaşaçılar da bilir ki, Rövşanə Ağasəfqızının aparıcı olaraq reytinqi var. Sadəcə olaraq kanal reytinqsiz olanda günahı aparıcıda görürlər. Telekanalda mənə verilişin reytinqinin aşağı olduğunu dedilər. Ola bilər. Mənə maraqlıdır ki, bütün sosial şəbəkələrdə veriliş yayımlanan günün sabahı trendə düşən kadrlar olur. Reytinq efirə çıxıb ağzına gələni danışmaq deyil. Veriliş xınayaxdı məclisi deyil. Verilişdə bağırmaq, söz atmaq reytinq yığmaqdırsa, mən onu bacarmayacam".

Şou Biznes     Baxılıb: 2035   Tarix: 18 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Zorro'nun ulduzu qızı ilə - FOTOLAR

"Zorro" filmninin əfsanəvi siması Ketrin Zeta Con və məşhur aktyor Maykl Duqlas qızı ilə bağlı paylaşım edib. xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün qızı məzun olub. Ketrin Zeta Con 22 yaşlı qızı Kerisi

.

Türkiyəli müğənni Şimal vəfat etdi

İkinci dəfə xərcəngə tutulan türkiyəli müğənni Şimal 39 yaşında vəfat edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən xəstəxanaya yerləşdirilən müğənni bu gün dünyasını dəyişib. Xatırladaq ki, süd vəzi xərçəngində

.

Əməkdar artist: O qızla bağlı xəbərlərdə mənim adımı hallandırmayın

Əməkdara artist Mehriban Xanlarova bacısı qızı Ayselin illər sonra atasını axtarmasına münasibət bildirib. xəbər verir ki, o, bu haqda "Bizimləsən" verilişində danışıb. Aktrisa adının bacısı qızı ilə bağlı xəbərlərd

.

Bred Pitt ilk dəfə Coli ilə boşanma prosesindən danışıb

Bred Pitt "GQ" jurnalına müsahibəsində ilk dəfə Ancelina Colidən boşandığı zaman yaşadıqları barədə danışıb. xarici mətbuata istinadən xəbər verir ki, jurnalist 61 yaşlı aktyordan ötən ilin dekabrında Coli ilə razılığ

.

Özcan Denizin qardaşı narkotik testindən keçib

"Qardaşım Özcan Denizin iddialarına cavab olaraq özəl xəstəxanaya getdim və narkotik testindən keçdim. Testdən təmiz çıxdım". Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu müğənni Özcan Denizin küsülü olduğ

.

Çimnaz Sultanovanın hesabı ələ keçirildi - Paylaşımlar silindi

Mərhum Çimnaz Sultanovanın "Instagram" səhifəsi naməlum insanlar tərəfindən oğurlanıb. xəbər verir ki, bu barədə mərhum aktrisanın "Facebook" profilində məlumat verilib. Bildirilib ki, səhifənin adı "Cimnazsultanova"da

.

Sibel Can ərə getməsi xəbərini təkzib edib

54 yaşlı türkiyəli müğənni Sibel  Canın ailə qurduğu iddia edilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun özündən 10 yaş kiçik sevgilisi Emir Sarıgül ilə nikah masasına oturduğu xəbəri yayılıb. Sənətçi prodüser

.

Yetenek sizsiniz'in çəkilişləri başladı - FOTO

"Yetenek sizsiniz Türkiye" yarışmasının çəkilişlərinə başlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk seçimlər Adanada həyata keçirilib. Münsiflər heyətinə Eda Ece, Şevval Sam, Hande Yener və İlke

.

İkardi və Vanda Naranın ilk məhkəməsi keçirildi - Xəyanət sübut edildi

İtaliyada Mauro İkardi ilə Vanda Nara arasında boşanma məhkəməsinin ikinci iclası keçirilib. xarici mətbuata istinadən xəbər verir ki, iclas kifayət qədər gərgin keçib. Hər iki tərəf bir-birinin üzərinə əşyalar atıb. Məhkəm

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq gozel gorunmek hamiləlik xına bəzəkləri hakista xina yaxdi sozleri aysel əlizadənin toyu sarimsagin xeyri sekisler faydalı məsləhətlər oglaq babasil ziyafet geyimleri
OSZAR »