Ürəyin böyüməsi - təhlükəli simptom

Ürəyin böyüməsi - təhlükəli simptomÜrək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın orqanizm boyu dövr etməsini təmin edir.
Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır.
Bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu çox ciddi pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına səbəb ola bilər.
Ürəyin böyüməsinin səbəbləri arasında:
- İntensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla məşğul olan insanlarda) zamanı ürək da intensiv şəkildə işləyir - ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə ürək xəstəliklərinə gətirib çıxarda bilər.
- Ürəyin böyüməsinin digər səbəbləri - xəstəliklərdir.
Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir - endokardit, perikardit ) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər. Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya (zəhərlənmə) səbəb olur.
- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri həmçinin ürəyin böyüməsinə səbəb ola bilər.
Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan xəstəliyin müalicəsidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1241   Tarix: 30 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qanı az olanlar oxusun

Qastroenteroloq və hepatoloq Sergey Vyalov yüksək dəmir tərkibli məhsulların ilk beşliyini tərtib edib. xəbər verir ki, çox insanlar dəmirin almada, çuğundurda olduğunu düşünür. Lakin ancaq bunları yeməklə dəmir depolay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

.

Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.  xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib. "Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalın

.

Yay aylarında bu qidalardan uzaq durun – Mütəxəssis xəbərdarlığı

Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artırır. xəbər verir ki, qida təhlükəsizliyi üzrə rusiyalı ekspert Yelena Spetsenko bildirib ki, xüsusilə zülal tərkibli və tez xarab olan məhsullar bu fəsild

.

Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili geri çağırış elan edilib. xəbər verir ki, buna səbəb tərkibində xərçənglə əlaqələndirilən maddələrin tapılmasıdır. Qida Standartları Agentliyinin (FSA

.

Ağızdan gələn pis qoxunun səbəbi…

Ağızdan pis qoxunun gəlməsi əksər insanların üzləşdiyi problemlərdən biridir. . Kimisi bu problemin diş sağlamlığı, başqa birisi daxildən yaranan xəstəliklərlə bağlı olduğunu düşünür. Maraqlıdır, ağızdan pis qoxunun gəlməsin

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim necə seçməli geyim və ayaqqabılar yaz geyimleri 2025 elme aid atalar sozu hakışta sözləri kofe maskasi onkoloji xəstəliklər seksler ekizler baldıza aid hakışta toy gecesi novruz hakistasi
OSZAR »